Siyəzəndə qəza: Ailənin 4 üzvü yaralandı .....                        Ata ehtiyatsızlıqdan iki yaşlı qızını öldürdü .....                        Qukasyan da həmin görüşdə iştirak edibmiş... - DETALLAR .....                        Azərbaycanda blogerlərlə bağlı qanun qüvvəyə mindi .....                        Tramp Netanyahu ilə İranı müzakirə etdi .....                        "Xankəndi" tarixində ilk dəfə kubok qazandı .....                        Nuranəni öldürən əri barədə qərar verildi .....                        Təyyarə yaşayış binasına çırpıldı - ölənlər var .....                        Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi .....                       
8-03-2025, 17:03
Masallıda dəhşətli cinayət: Yeniyetmə anasının sevgilisini bıçaqladı


Masallıda dəhşətli cinayət: Yeniyetmə anasının sevgilisini bıçaqladı

Masallı rayonunda ötən il baş verən cinayət hadisə ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
Hadisə ötən ilin noyabr ayında baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə (şərti adı M.N.) yaşadığı evin həyətində anasının münasibətdə olduğu kişi (şərti adı S.Ə) ilə qarşılaşıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Yeniyetmə bıçaqla S.Ə.-nin mədəsinə, dalağına və qida borusuna ciddi zədə yetirib.
Məhkəmə iclasında yeniyetmə özünü təqsirli bilib. O bildirib ki, anasının sevgilisi ilə evdə rastlaşması onu əsəbiləşdirib və S.Ə.nin ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra hadisə baş verib. S.Ə.-nin fiziki cəhətdən ondan üstün olduğunu görən yeniyetmə bıçağı çıxardığını və özünü qorumaq məqsədilə zərbələr endirdiyini söyləyib. Hadisədən sonra isə bıçağı zibillik əraziyə tullayıb.
Zərərçəkmiş S.Ə. ifadəsində M.N.-nı uzun illər tanıdığını və onun ailə üzvləri ilə yaxın münasibətdə olduğunu deyib. Hadisə günü yeniyetmənin anası ona zəng edərək səhhətində problem olduğunu bildirib və onu evə çağırıb. S.Ə. evə daxil olandan sonra açar səsləri eşidib və bir müddət sonra yeniyetmənin qapını açaraq içəri girdiyini deyib. Onun sözlərinə görə, M.N ona “burada nə gəzirsən?” deyərək bıçaqla hücum edib.
Anasının sözlərinə görə, hadisədən sonra oğlu yanına gəlib və S.Ə.-ni bıçaqladığını etiraf edib. Daha sonra zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Yeniyetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunub. Lənkəran ağır cinayətlər məhkəməsi onu təqsirli bilib və ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cəzanı həbsxanada çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gələrək ona 1 il sınaq müddəti təyin edib.
Yeniyetmə sınaq müddətində yaşayış və təhsil yerini dəyişməmək, nəzarət orqanlarına məlumat vermədən müəyyən ərazilərə getməmək və elektron nəzarət vasitəsi gəzdirmək kimi öhdəliklər daşıyacaq.
8-03-2025, 15:43
Azərbaycan gimnastı dünya çempionu oldu


Azərbaycan gimnastı dünya çempionu oldu

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
O, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.
Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.
8-03-2025, 14:52
Bakıda güclü tıxac var - SİYAHI


Bakıda güclü tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

4. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

5. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

16. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

17. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

18. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

21. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

22. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

23. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

24. Mehdi Hüseyn küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
8-03-2025, 14:00
Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirdi - VİDEO


Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirdi - VİDEO

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

8-03-2025, 10:14
14 yaşlı oğlan idman müəllimi tərəfindən döyülüb? - 4 nəfər saxlanıldı


14 yaşlı oğlan idman müəllimi tərəfindən döyülüb? - 4 nəfər saxlanıldı

Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.
“O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə məlumatda bildirilib.
7-03-2025, 19:05
Azyaşlı qızına işgəncə verən ana ilə bağlı həbs qərarı


Azyaşlı qızına işgəncə verən ana ilə bağlı həbs qərarı

Bakının Suraxanı rayonunda azyaşlı övladına amansız işgəncə verməkdə ittiham olunan Fatimə Ramazanovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və Fatimə Ramazanovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyi məlum olub.
Hadisədən xəbər tutan polis əməkdaşları qadını saxlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.
Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, onun bədənində salamat yer qalmadığını etiraf edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
7-03-2025, 18:46
Töhmət verilən məktəb direktoru işdən çıxarıldı


Töhmət verilən məktəb direktoru işdən çıxarıldı

Gəncədə məktəb direktoru işdən çıxarılıb.
İsmət Qayıbov adına 1 nömrəli Tam Orta Məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
O, ötən ilin mart ayında sözügedən məktəbə direktor təyin edilib. Gülbəniz Bayramova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirib, 2004-cü ildən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edib.
Ötən ilin oktyabr ayında sözügedən orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Yayılan səsyazısında iddia edilir ki, məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır: "Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar".
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib.
"Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - açıqlamada deyilir.

7-03-2025, 17:49
Vətən müharibəsi iştirakçısı vəfat etdi


Vətən müharibəsi iştirakçısı vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.
Faktı Tovuz Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.
Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.
7-03-2025, 17:38
Azərbaycanda MAXE-lərin sayı artırılacaq


Azərbaycanda MAXE-lərin sayı artırılacaq

Azərbaycanda hərbi xidmətə çağırışda növbəti islahlatlar gözlənilir.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
O qeyd edib ki, milli kadr potensialı ilə tam şəkildə təmin olunmuş ordunun yaradılması üçün səfərbərlik sistemində islahatlar davam etdiriləcək.
"Bu gün də artıq Milli Məclisin plenar iclasında istefada və ehtiyatda olan hərbçilərin forması ilə bağlı müvafiq dəyişiklik qəbul edildi. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik olacaq, hər xidmət keçmə haqqında əsasnamədə. Bu gün hərbi biletində müvafiq qeydiyyatı olmayan, eyni zamanda müəyyən icazəsi olmayan, istefaya gedəndə, təqaüdə çıxanda buna baxılacaq. Əsas məqamdan ondan ibarətdir ki, bu anım günlərində, peşə bayramlarında, Zəfər Günündə formadan istifadə etmək nəzərdə tutulur”,- Komitə sədri deyib.
A.Nağıyev ödəniş qarşılığında hərbi xidmətdən azad edilmə ilə bağlı təkliflərə də münasibət bildirib: "Hələ bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edən yoxdur".
O əlavə edib ki, Azərbaycanda müqavilə ilə xidmət edən hərbçilərin (MAXE) sayının artırılması istisna deyil:
"Ümumiyyətlə, döyüşkən ordu yaratmaq üçün mütləq şəkildə müqaviləli orduya keçmək lazımdır. Bundan sonra bütün kateqoriyalara uyğun ehtiyat qüvvələr yaratmaq lazımdır. Son zamanlar Ukraynada gedən müharibə göstərdi ki, əgər 80 minlik müqaviləli ordu varsa, heç olmasa 500-600 minlik də ehtiyat orada olmalıdır. Ölkənin təhlükəsizliyinə təhdid varsa, ilk növbə müqaviləli hərbi qulluqçular, daha sonra ehtiyyat qüvvələr mütləq şəkildə səfərbər olunub çağırılırlar. Bu, Rusiya-Ukrayna müharibəsində praktiki şəkildə özünü göstərdi. Bütün bunların hamısının eyni anda birdən-birə formalaşması mümkün deyil. Çox məsələlər var ki, bunlara yenidən baxıla bilər".
7-03-2025, 17:27
Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər


Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə ərsəyə gələn tədbirdə iştirak edən qonaqlar bu əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edərək, Azərbaycan qadınının cəmiyyətimizin həyatında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlar zamanı Azərbaycan qadınının bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.
Daha sonra məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılar hazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər.
Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.
Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilə təlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlı master-klass keçirilib.
Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!