Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ .....                        Daha 50 nəfər Azərbaycana təxliyə edildi .....                        Qadın güləşçimiz Avropa ikincisi oldu .....                        Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı .....                        Ərdoğandan İrandan raket atılmasına REAKSİYA .....                        İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı .....                        İran diplomatları sığınacaq istəyirlər .....                        Rusiya İrana kömək edir - Tramp .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                       
2-04-2023, 16:39
28 minə yaxın abituriyent buraxılış imtahanı verdi


28 minə yaxın abituriyent buraxılış imtahanı verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub. İmtahanlarda 27864 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı çətinlikləri nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Aprelin 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.
2-04-2023, 16:23
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
2-04-2023, 16:07
Yuxarı Lars yolunda avtomobillərin hərəkəti dayandırıldı


Yuxarı Lars yolunda avtomobillərin hərəkəti dayandırıldı

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.
2-04-2023, 07:32
İqor Korotçenkodan maraqlı təklif



İqor Korotçenkodan maraqlı təklif

“Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkonun sözlərinə görə, Ermənistana qarşı dərhal bu cavab tədbirləri görülməlidir:

1. Rusiyanın hakimiyyət dəhlizlərindən beynəlxalq erməni lobbisinin təsir agentləri təmizlənməlidir – onlar xarici siyasətlə bağlı qərarların qəbulu prosesinə dağıdıcı təsir göstərmək imkanından məhrum edilməlidir;

2. Rusiya və Ermənistan arasında ticari-iqtisadi münasibətlər dünya qiymətlərinə keçməlidir – Rusiyanın enerji daşıyıcılarının (qaz) tədarükü heç bir endirim və üstünlüklər olmadan həyata keçirilməlidir;

3. Ermənistanın kişi vətəndaşları üçün Rusiya vətəndaşlığını almaq şərti Rusiya Silahlı Qüvvələri ilə ən azı 2 il müddətinə müvafiq müqavilə bağlamaq yolu ilə “xüsusi əməliyyat zonası”nda rus bölmələrinin tərkibində döyüş əməliyyatlarında məcburi iştirak olmalıdır;

4. Rusiya ərazisində nasist əməkdaşı Qaregin Njdenin xatirəsini əbədiləşdirmək cəhdləri ilə bağlı hər hansı ictimai hərəkət Rusiya Federasiyası Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası maddəsi ilə cinayət işlərinin başlanmasına səbəb olmalıdır.
1-04-2023, 14:48
XİN-in mətbuat katibi iralı həmkarına cavab verdi


XİN-in mətbuat katibi iralı həmkarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib. Bu barədə o, özünün “Twitter“ hesabında paylaşım edib. “Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, - XİN rəsmisi qeyd edib.
1-04-2023, 14:43
Sabahın havası - Yağış, qar gözlənilir


Sabahın havası - Yağış, qar gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
1-04-2023, 14:41
Ankarada azərbaycanlı gənc qətlə yetirildi


Ankarada azərbaycanlı gənc qətlə yetirildi

Türkiyədə azərbaycanlı qətlə yetirilib. Hadisə paytaxt Ankarada, Yeniməhəllə qəsəbəsində qeydə alınıb. Tütün məmulatları satan 30 yaşlı Şamil Xalidlə şəriki Ahmet Dikbaş arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Dikbaş Şamilin qasıq nahiyəsinə tapança ilə atəş açıb. Yaralanan Şamil qaçaraq, meyvə-tərəvəz dükanında gizlənsə də, şəriki orada bu dəfə onun ürəyinə 3 dəfə atəş açaraq, həyatına son qoyub. İlkin məlumata görə, hadisəyə səbəb şəriklərin pul bölgüsü olub.
1-04-2023, 14:38
Zakir Həsənovun rəhbərliyi altında müşavirə keçirildi


Zakir Həsənovun rəhbərliyi altında müşavirə keçirildi

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların Ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib. Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib. Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir. General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsullarının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Müdafiə naziri təhlükəsizlik qaydalarına, eləcə də yanğın əleyhinə zəruri tədbirlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladıb. Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini çatdırıb. Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstərişlər verib. Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.
31-03-2023, 23:24
31 Mart soyqırımıyla bağlı tədbir keçirildi


31 Mart soyqırımıyla bağlı tədbir keçirildi

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Mart tarixin yaddaşından silinməyən soyqırım” adlı tədbir keçirilib. Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, İH yanında İctimai Şuranın üzvləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxış edən natiqlər vurğulayıblar ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının daha çox olduğunun sübuta yetirilməsinə təkan verib. Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı film nümayiş etdirilib.


31-03-2023, 17:01
İranın Ermənistanla qardaşlığı ölkə üçün təhlükədir - Ayxan Hacızadə


İranın Ermənistanla qardaşlığı ölkə üçün təhlükədir - Ayxan Hacızadə

Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edərkən ifadə edib. Qeyd edilənlərlə əlaqədar mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır”, - deyən A.Hacızadə vurğualyıb ki, İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!