Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
24-09-2022, 15:22
Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblər


Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblər

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib. Butov.az xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb ediblər. Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandırıblar. Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər. Aksiya iki saat davam edib və Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.




23-09-2022, 22:18
XİN-dən ABŞ səfirliyinə etiraz


XİN-dən ABŞ səfirliyinə etiraz

"ABŞ-ın Ermənistandakı səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilir. "Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur", - açıqlamada deyilir. XİN ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb: "Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".
23-09-2022, 22:09
Təxribatlara baxmayaraq, Azərbaycan sülh səylərini davam etdirəcək


Təxribatlara baxmayaraq, Azərbaycan sülh səylərini davam etdirəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-yə 30 illik üzvlüyü ərzində bir sıra genişmiqyaslı təşəbbüslər irəli sürdüyü, BMT-nin işinə böyük töhfələr verdiyi, BMT-nin mötəbər qurumlarında üzvlüyü, Qoşulmama Hərəkatında sədr qismində fəalliyyətini diqqətə çatdırıb. BMT-nin ali rəhbər heyətinin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlər və müzakirələr xatırlanıb. BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, gündəlikdə duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal surətdə iştirak etdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov BA Prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

23-09-2022, 22:07
Xızıdakı yanğın məhdudlaşdırıldı


Xızıdakı yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb. FHN-dən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək.
23-09-2022, 22:02
Daha 6 erməni hərbçinin meyiti İrəvana verilib


Daha 6 erməni hərbçinin meyiti İrəvana verilib

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib. Cəsədlərin ərazidə axtarışı davam etdirilir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.
23-09-2022, 22:00
İranın Zəngəzur dəhlizi haqda iddiasına Bakıdan reaksiya


İranın Zəngəzur dəhlizi haqda iddiasına Bakıdan reaksiya

"Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. "44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmiryolu əlaqəsi kəsilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir", - deyə XİN rəsmisi vurğulayıb.
23-09-2022, 21:57
İsraildə erməni təxribatlarına etiraz edildi


İsraildə erməni təxribatlarına etiraz edildi

Aksiya “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı, Kiryat-Bialik şəhəri bələdiyyəsinin dəstəyi və şəhərin birinci vitse-meri Naxum Raçevskinin birbaşa iştirakı ilə baş tutub. Butov.az xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların dayandırılmasını tələb edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çağırıb. Ölkəmizin ərazilərində erməni işğalçıları tərəfindən minaların basdırılması və mədəni irsimizin məhv edilməsinə etiraz səsi ucaldılıb. Aksiya zamanı İsrail və Azərbaycan bayraqlarını dalğalandıran icmamız ivrit və ingilis dillərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni əsgərləri olmamalıdır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan minaları hərbi cinayətdir!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər. Yerli sakinlərə Ermənistanın son təxribatı nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin adlarını və fotolarını əks etdirən bukletlər paylanıb, şəhidlərimizin xatirəsinə şam yandırılıb.




23-09-2022, 21:13
Avropa İttifaqı Lənkərana 300 min dollar ayıracaq


Avropa İttifaqı Lənkərana 300 min dollar ayıracaq

“Avropa İttifaqı Lənkəranın mədəni inkişafının maliyyələşdirilməsinə 300 min avro ayıracaq”. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında yazıb. “Avropa İttifaqı Lənkəranın mədəni inkişafı üçün 300 min avro məbləğində proqramı maliyyələşdirir. Fransa İnstitutu tərəfdaşlardan biri olmaqdan qürur duyur. Teatr tamaşaları, film nümayişləri, musiqi, sərgilər, kitabxanalarla əməkdaşlıq təşkil olunacaq”, - deyə səfir bildirib.
23-09-2022, 21:09
Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə etdiyini açıqladı


Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə etdiyini açıqladı

“Sentyabrın 19-da Nyu-York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib. Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub: “Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb. Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
23-09-2022, 21:07
Külək ağacı aşırdı - 3 yaşlı uşaq və yeniyetmə öldü


Külək ağacı aşırdı - 3 yaşlı uşaq və yeniyetmə öldü

Tovuzda irigövdəli ağacın aşması iki nəfərin ölümünə səbəb olub. Butov.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Məlumata görə, güclü küləyin aşırdığı ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb. Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!