Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
4-02-2023, 19:01
Soydaşlarımızdan SEPAH komandirinə şikayət


Soydaşlarımızdan SEPAH komandirinə şikayət

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Səlami bu gün səhər saatlarında zəlzələdən zərər çəkmiş sakinləri ziyarət etmək üçün Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə gəlib. Hüseyn Səlami Xoyda dəymiş ziyanın miqdarı və SEPAH qüvvələrinin zəlzələdən zərər çəkmiş insanlara necə yardım göstərdiyi barədə məlumatlandırılıb. SEPAH komandiri zəlzələ qurbanları ilə üzbəüz görüşdə deyib ki, şərait tam sabitləşənə və insanların problemləri həll olunana qədər SEPAH yardım səylərini davam etdirəcək. Zəlzələ qurbanlarının SEPAH komandirindən kömək istədiyi bildirilir. Belə ki, bölgənin bir sıra sakinləri bəzi çatışmazlıqlardan şikayətlənərək, zəlzələdən zərər çəkmiş insanlara SEPAH-ın xüsusi diqqət yetirməsini tələb ediblər. “General-mayor Səlami xalqı sakitləşməyə çağırıb və əmr verib ki, SEPAH-ın bölgədəki qüvvələrinin komandirləri dərhal problemləri təqib etsinlər”, - deyə agentliyin xəbərində bildirilib. Yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb. Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir.
4-02-2023, 18:49
Niderlanddakı diasporumuz Beynəlxalq Ədalət məhkəməsində


Niderlanddakı diasporumuz Beynəlxalq Ədalət məhkəməsində

Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirilib. Coan Donoqyunun hakimliyi ilə iki gün davam edən dinləmələr zamanı Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ölkəmizin haqlı mövqeyini dəstəkləmək üçün Haaqa Ədalət Sarayının qarşısına toplaşıblar. Diaspor fəalları “Harada yaşamağımızdan asılı olmayaraq, biz həmişə Azərbaycan dövlətinin yanındayıq!”, Biz çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan silahlı qüvvələrinin qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb edirik!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətini dayandırın!”, “Azərbaycan ərazilərində törədilən ekoloji terroru dayandırın!”, “Ermənistanın ekoterroruna son qoyulsun!”, “Azərbaycanlı ekoloqlara yol verin!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin talanmasına son qoyulsun!”, “Azərbaycanın təbii sərvətləri Azərbaycana məxsusdur!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər. Diqqəti erməni təcavüzünə yönəldən diaspor fəalları hakimləri ədalətli olmağa dəvət edib, eyni zamanda Laçın-Xankəndi yolunda Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları və Ermənistan tərəfindən qeyri-qanuni istismar olunmasına etiraz məqsədilə fasiləsiz dinc aksiya keçirən azərbaycanlı ekofəallarla həmrəy olduqlarını göstəriblər. Dinlmələrdən sonra məhkəmədə Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri diaspor fəallarımızla görüşüb və onlara təşəkkürünü bildirib.
4-02-2023, 18:23
Azərbaycan icmasından Avstraliya ictimaiyyətinə çağırış


Azərbaycan icmasından Avstraliya ictimaiyyətinə çağırış

Azərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb. Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə bildirilib ki, təcavüzkar imicə malik olan Ermənistan və erməni separatçıları bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışır, hətta idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmir. “Australian Open–2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. “Bu, yolverilməzdir!”, - deyə müraciətdə vurğulanıb. Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi, Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət”in mövcud olmadığı, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və havadarlarına arxalanan Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından azad etdiyi nəzərə çatdırılıb. “Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək, Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Beləki, müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”. Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq “Australian Open–2023”nın rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya sərt etirazlarını bildiriblər.
4-02-2023, 16:43
İlham Əliyev türk hökumətləriylə bağlanmış sazişi təsdiqlədi


İlham Əliyev türk hökumətləriylə bağlanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasındakı sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanla 2022-ci il avqustun 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu Fərmanla Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Türkmənistan Hökumətinə bildiriş göndərəcək.
4-02-2023, 15:45
Sabahın havası - Dəyişkən buludlu, yağmursuz olacaq


Sabahın havası - Dəyişkən buludlu, yağmursuz olacaq

Fevralın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
3-02-2023, 23:42
Rəisi zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı tapşırıq verdi


Rəisi zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı tapşırıq verdi

İran prezidenti İbrahim Rəisi fevralın 3-də zəlzələdən zərər çəkmiş Xoy şəhərində əhalinin vəziyyəti ilə bağlı Qərbi Azərbaycan vilayətinin qubernatoru ilə telefon danışığı aparıb və yenidənqurma işlərinin sürətləndirilməsini istəyib. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, İran prezidenti telefon danışığı zamanı soyuq hava ilə əlaqədar müvəqqəti yerləşdirmə düşərgələrinin və sığınacaqların sayının artırılması və insanların ehtiyaclarının ödənilməsi barədə göstəriş verib. Qərbi Azərbaycan vilayətinin qubernatoru da öz növbəsində Rəisiyə son yardım vəziyyəti haqqında ətraflı hesabat təqdim edib. Onun sözlərinə görə, indiyədək Xoy şəhərində 60 müvəqqəti məskunlaşma düşərgəsi yaradılıb və bu düşərgələrin sayı 100-ə çatdırılacaq. Son zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb. Xatırladaq ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələdən zərər çəkənlərin əsasən azərbaycanlılar olduğu bildirilir.
3-02-2023, 17:19
Səfirliyimizə qarşı törədilən terror aktının qəhrəmanları təltif olundu


Səfirliyimizə qarşı törədilən terror aktının qəhrəmanları təltif olundu

Fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Həmçinin Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalına layiq görülüblər.
3-02-2023, 17:15
Azərbaycan bərpaolunan enerji ixracatçısı potensialına malikdir - Aİ komissarı


Azərbaycan bərpaolunan enerji ixracatçısı potensialına malikdir - Aİ komissarı

Bərpaolunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni Yaşıl Enerji Məşvərət Sırasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir. Bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. “Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Bizim enerji naminə proqramımız bərpaolunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nouhau texnologiyasını və özəl sərmayələri qoyur”, - deyə Aİ komissarı əlavə edib.
3-02-2023, 16:56
Musa Qurbanlı ən çox qol vurmuş oyunçular arasındadır


Musa Qurbanlı ən çox qol vurmuş oyunçular arasındadır

Cari mövsüm Avropanın milli çempionatlarında 21 yaşadək futbolçular arasında ən çox qol vurmuş oyunçular açıqlanıb. Siyahıda Azərbaycan millisinin və “Qarabağ” klubunun hücumçusu Musa Qurbanlı da yer alıb. Belə ki, gənc forvard 14 qolla Fransanın “Reyms” komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür. İlk üçlüyü Portuqaliyanın “Benfika” klubunun futbolçusu Qonsalu Ramuş (12 qol) qapayır. Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.
3-02-2023, 16:53
Sabahın hava proqnozu - Buludlu olacaq, arabir tutulacaq


Sabahın hava proqnozu - Buludlu olacaq, arabir tutulacaq

Azərbaycanda fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!