Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
1-05-2023, 14:00
Güclü yağışın Tərtərə vurduğu ziyan açıqlanıb


Güclü yağışın Tərtərə vurduğu ziyan açıqlanıb

Güclü yağış və dolunun Tərtərə vurduğu ziyan açıqlanıb. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib. "30 aprel 2023-cü il tarixdə saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonunun 8 yaşayış məntəqəsi üzrə 117 ev təsərrüfatına, 318 hektar taxıl, 267 hektar arpa, 94 hektar pambıq, 61 hektar günəbaxan, 129 hektar yonca, 32 hektar qarğıdalı, 3 hektar soğan, 300 hektar meyvə bağı, 4 hektar ting sahəsinə ağır və orta dərəcədə ziyan dəyib, 10 baş xırdabuynuzlu heyvan tələf olub" - deyə rəsmi açıqlamada bildirilib. Qeyd edək ki, ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Belə ki, Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlər və həyətyanı sahələri, kənd yolları subasmaya məruz qalıb.
1-05-2023, 13:30
Stilistdən Aygün Kazımovaya təhqiredici ifadələr


Stilistdən Aygün Kazımovaya təhqiredici ifadələr

Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşünü təhqir edib. Bu barədə o, "Instagram" səhifələrinin birində müğənninin videosuna şərh yazıb. “Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - Yaşlananda Allah ağlımı almasın”, - stilist bildirib. Onun şərhi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
1-05-2023, 13:00
İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi


İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib. Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib. Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
1-05-2023, 12:30
Qarabağda yaşayan ermənilərdən sülhməramlılara etiraz


Qarabağda yaşayan ermənilərdən sülhməramlılara etiraz

Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarına qarşı etiraz aksiyası keçirir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Qarabağda yaşayan ermənilərin sürü olmadığını göstərmək üçün etiraz yürüşü keçirəcəyik", - erməni sakinlərdən biri deyib. Aksiya Xankəndidə təşkil olunub. Hazırda Rusiya əleyhinə şüarlar səsləndirilir. Etirazçıların fikrincə, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmir. Separatçıların nümayəndələri Rusiya hərbçilərinin Xankəndidən çıxarılması tələbini irəli sürüblər. "Ruslar bizi satdılar. İndi bizdə onların getməsini tələb edirik" - etirazçı ermənilər bildiriblər. Qeyd edək ki, ötən həftə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri dəyişdirilib. Belə ki, Rusiya müdafiə naziri general-polkovnik Aleksandr Lentsovu Andrey Volkovun yerinə göndərib.

30-04-2023, 18:39
İctimai Şuranın üzvləri Xaçmaz və Qubada görüşlər keçiriblər

İctimai Şuranın üzvləri Xaçmaz və Qubada görüşlər keçiriblər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Xidmətin müxtəlif struktur bölmələri tərəfindən miqrasiya proseslərinin həyata keçirilməsi vəziyyəti ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq görüşlər təşkil edir.


Növbəti tədbir çərçivəsində İctimai Şura üzvləri Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində əcnəbilərlə görüşüblər. Tədbirdə miqrasiya məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlər, edilən müraciətlər müvafiq qaydada qeydiyyata alınıb.

Sonra Şura üzvləri Xaçmaz Regional Miqrasiya idarəsində olublar. Burada onlara regional idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Eyni zamanda səfər çərçivəsində Şura üzvləri Quba “ASAN Xidmət” mərkəzində ümumi işin təşkili, miqrasiya və digər əlaqəli pəncərələrin fəaliyyəti ilə də tanış olublar.
30-04-2023, 16:50
“Formula 1” üzrə əsas yarışın qalibi bəlli oldu


“Formula 1” üzrə əsas yarışın qalibi bəlli oldu

Bakı halqasında Formula1 üzrə Azərbaycan Qran-prisində əsas yarışın qalibi məlum oldu. Birinci yerin qalibi "Redbull"dan Sergio Peres olub. İkinci və 3-cü yerdə müvafiq olaraq "Redbull"dan verstappen və "Ferrari"dən Şarl Lekre qərarlaşıb.
30-04-2023, 16:30
İdmançımız Avropa rekordunu qıraraq qızıl medal qazandı


İdmançımız Avropa rekordunu qıraraq qızıl medal qazandı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda iştirak edib. İdmançımız gənclər arasında 76 kq nəticə göstərərək fərdi çəkidə Avropa rekordunu qıraraq qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Qeyd edək ki, Leyla Kərimova ümumi kateqoriyada isə 147 kq nəticə ilə yarışı 4-cu pillədə tamamlayıb.
30-04-2023, 16:00
Prezident xanımı ilə “Formula 1”də iştirak etdi


Prezident xanımı ilə “Formula 1”də iştirak etdi

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxırlar. Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib. Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.
30-04-2023, 15:30
Bu gün 48 mindən çox şagird imtahan verdi


Bu gün 48 mindən çox şagird imtahan verdi

Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar və Zaqatala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Bu gün həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrinin nəzdində yerləşən məktəblər), eləcə də tədris ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib. Çilov adasında yerləşən məktəbə isə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi ayrılıb. İmtahanda 48065 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 2 nəfər isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Bundan əlavə, Şirvan şəhərində 1 nəfər kənar şəxs (11-ci sinif şagirdi) pəncərədən imtahan binalarının birinə daxil olmağa cəhd edib və bunun qarşısı alınıb. Bütün qeyd olunan hallarla bağlı araşdırma aparılır. Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.

30-04-2023, 14:00
Sabahın hava proqnozu - Yağış yağacağı gözlənilir


Sabahın hava proqnozu - Yağış yağacağı gözlənilir

Azərbaycanda mayın 1-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 2-6°, gündüz 6-9° isti olacağı bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!