Məhkəmədən İmamoğlu barədə qərar .....                        27 azərbaycanlı deportasiya edildi .....                        Zelenskinin istədiyi kimi olmadı... .....                        “Beşiktaş” öz meydanında məğlub olub .....                        Ersin Tatardan Azərbaycanla bağlı paylaşım .....                        Zakir Həsənov Bred Kuperlə görüşdü .....                        Ərdoğan Azərbaycanı təbrik etdi .....                        Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi .....                        Ramiz Mehdiyevin ailəsi də dindiriləcək? .....                       
23-08-2022, 21:20
Qəbələdə yanğın başlayıb


Qəbələdə yanğın başlayıb

Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.
23-08-2022, 21:18
Delimitasiya üzrə komissiyaların görüşü keçiriləcək


Delimitasiya üzrə komissiyaların görüşü keçiriləcək

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının növbəti görüşü keçiriləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Məlumata görə, iclas avqustun sonunda Moskvada baş tutacaq. Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində olub. Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev ilə Mher Qriqoryan rəhbərlik edir.
23-08-2022, 21:16
Rusiya təyyarələri sərhədi pozub


Rusiya təyyarələri sərhədi pozub

Rusiya hərbi təyyarələri əvvəlcədən xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub. Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
“Cənubi Koreya hərbçiləri Rusiya hərbi təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmasından sonra mümkün insidentlərə hazırlıq kimi taktiki səviyyədə tədbirlər görüblər”.

23-08-2022, 21:10
Qarabağ separatçıları Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdü


Qarabağ separatçıları Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdü

Avqustun 23-də Xankəndidəki separatçı-terrorçu dəstənin qondarma “parlamentininin 5 nümayəndəsi” Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb. Butov.az xəbər verir ki, görüşün keçirilməsinə səbəb Rusiyanın Ermənistan Respublikasındakı səfirliyinin müşaviri Maksim Seleznyovun son bəyanatı, həmçinin avqustun əvvəlində Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra yaranmış vəziyyət olub. Görüşdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsul şəxsləri qeyd olunan məsələlərlə bağlı izahat veriblər. Xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək, Laçından yan keçən yeni yolun “Laçın dəhlizi” ilə eyni hüquqi statusa malik olacağını, 5 kilometrlik enində təhlükəsizlik zonasının müəyyənləşdirildiyini, bitən bütün təhlükəsizlik komponentlərinin qorunub saxlanacağını qeyd ediblər. Bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən 32 kilomeytrlik yeni yolda Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür halların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərini və Qarabağdakı ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərini əmin ediblər.
23-08-2022, 20:56
Laçında hələ 4 erməni ailəsi qalıb


Laçında hələ 4 erməni ailəsi qalıb

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmək üçün avqustun 25-nə kimi vaxt verib. Butov.az-ın məlumatına görə, Laçın şəhərindəki qanunsuz erməni icmasının başçısı Narek Aleksanyan bu gün “Hraparak” qəzetinə oradakı son vəziyyət barədə danışıb. O bildirib ki, ermənilərin əksəriyyəti artıq Laçın şəhərini tərk edib. “Hazırda şəhərdə yəqin ki, 20 nəfərə yaxın, bizimlə birlikdə 4 ailə var. Bu ailələrin də bir hissəsi bu gün, digər hissəsi sabah çıxacaq”. Onun sözlərinə görə, Laçını tərk edənlər əmlaklarını da çıxarıblar. Narek Aleksanyan təxliyə işləri zamanı hökumətdən pul və yanacaq şəklində birbaşa dəstək aldıqlarını qeyd edib. “Laçın şəhərini tərk edənlər hara köçüblər” sualına cavab verən icma başçısı deyib ki, 3 ailə Xankəndiyə və Qarabağın başqa yerlərinə köçüb, qalanları Ermənistanda yerləşib. Onlara yeni mənzillər veriləcəyi vəd olunub.
23-08-2022, 20:52
İranla sərhəddə insident - Atəş açıldı


İranla sərhəddə insident - Atəş açıldı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, avqust ayının 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İİR istiqamətinə qaçıb. Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 (bir) ədəd bağlamada təxmini çəkisi 4 kq 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
23-08-2022, 20:42
Azərbaycanla Özbəkistan arasında hərbi saziş təsdiqləndi


Azərbaycanla Özbəkistan arasında hərbi saziş təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
23-08-2022, 20:30
Prezident Nəsimi rayonu ilə bağlı sərəncam verdi


Prezident Nəsimi rayonu ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
23-08-2022, 20:21
DSX Rusiya və İranla sərhədi pozmaq istəyən şəxsləri saxladı


DSX Rusiya və İranla sərhədi pozmaq istəyən şəxsləri saxladı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib. Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İrana keçməyə cəhd etməsi müəyyənləşdirilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
23-08-2022, 20:09
Türkiyədə meymunçiçəyinə yoluxma sayı artıb


Türkiyədə meymunçiçəyinə yoluxma sayı artıb

Türkiyədə meymunçiçəyi virusuna yoluxma sayı artaraq 11-ə yüksəlib. Bu barədə qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. "Bu, Türkiyə üçün qorxulu xəstəlik deyil. Nə pandemiya, nə də epidemik vəziyyət olacaq. Koronavirusa yoluxma sayı da son günlər azalmağa başlayıb", - deyə nazir əhalini təşvişə düşməməyə çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!