Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
5-09-2022, 01:22
Lerikdəki qəzada xəsarət alanların vəziyyəti ağırdır


Lerikdəki qəzada xəsarət alanların vəziyyəti ağırdır

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb. Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
5-09-2022, 00:54
Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular


Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
5-09-2022, 00:50
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi


Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakı şəhərinin Xətai rayonunda yanğın olub. Butov.az xəbər verir ki, Yeromenko küçəsi 56 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib. Tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
4-09-2022, 23:41
Lerikdə turist avtobusu qəzaya uğradı - 8 ölü


Lerikdə turist avtobusu qəzaya uğradı - 8 ölü

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub. Butov.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959). Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb. Son məlumata görə, qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Lerikdə yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Butov.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda yerləşən Günəşli kəndi ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisə zamanı avtobusda 50 nəfərin olduğu bildirilir. Yaralılar xəstəxanaya aparılıb. Qəzanın ilkin səbəbi hələlik məlum deyil.
4-09-2022, 23:32
İdmançımız ilk qızıl medalını qazandı


İdmançımız ilk qızıl medalını qazandı

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb. Butov.az-ın xəbərinə görə, 60 kiloqram çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır. Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.
4-09-2022, 16:26
Karateçilərimiz daha 2 medal qazandılar


Karateçilərimiz daha 2 medal qazandılar

Azərbaycan təmsilçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində daha iki medala sahib olublar. Butov.az xəbər verir ki, turnirdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Turqut Həsənov üçüncü yer uğrunda görüşdə iranlı Zabiola Purşabı məğlub edib. Digər təmsilçimiz Murad Hacızadənin (+84 kq) rəqibi Gürcüstan idmançısı Qoqita Arkaniya zədəli olduğu üçün görüşə çıxmayıb və karateçimiz bürünc medal əldə edib. Daha əvvəl millimizin üzvü Tural Ağalarzadə (67 kq) yarışı üçüncü pillədə başa vurmuşdu. Yığmamızın 3 üzvü bu gün qızıl medal uğrunda yarışacaq. Belə ki, Əminağa Quliyev (60 kq) misirli Karim Abueita, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq. Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır. Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
4-09-2022, 16:24
Qriqoryan Azərbaycandan üzr istədi


Qriqoryan Azərbaycandan üzr istədi

Bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndi şəhərinə qanunsuz səfər edib. Butov.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qriqoryanın qanunsuz səfərinə etirazını bildirib. “Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisinin məqsədyönlü şəkildə atdığı bu qanunsuz addım görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində iştirakının qeyri-səmimiliyi də açıq şəkildə nümayiş etdirir. Beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addımlara cavab veriləcək”, - XİN-in yaydığı məlumatda deyilir. Ermənistanın “168.am” xəbər saytının yaydığı məlumata görə, Armen Qriqoryan Azərbaycanın sərt reaksiyasından sonra təşvişə düşüb. O, hətta daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib. O, əslən Qarabağdan olduğunu, Xankəndiyə səfərinin siyasi məqsəd daşımadığını söyləyib. Bundan əlavə, Qriqoryan Qarabağda ata evini, eyni zamanda atasının məzarını ziyarət etdiyini vurğulayıb.
4-09-2022, 16:14
Azərbaycan, İran və Rusiya rəsmiləri Bakıda görüşəcək


Azərbaycan, İran və Rusiya rəsmiləri Bakıda görüşəcək

Gələn həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər. Bu barədə İranın Azərbaycandakı səfiri Abbas Müsəvi məlumat verib. O bildirib ki, görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq. Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq. İran mətbuatı qeyd edib ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək. Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.
4-09-2022, 15:44
Kəlbəcər və Laçın atəşə tutuldu


Kəlbəcər və Laçın atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəxsi heyət və texnikamızda itki yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
4-09-2022, 15:43
Temperatur düşəcək, yağış yağacaq


Temperatur düşəcək, yağış yağacaq

Azərbaycanda sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 29-32° isti, Bakıda gecə 23-25°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək. Sentyabrın 5-də Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 17-18° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!