Şəmkir rayon Zəyəm qəsəbə sakini Məlahət Vəliyeva redaksiyamıza müraciət edərək adı çəkilən tibb müəssisəsi barəsində şikayətçi olduğunu bildirir.
Mən Vəliyeva Məlahət 10 avqust 2021 ci il tarixində tibb mərkəzinə müraciət edərək dizimin ağrıdığını bildirmişəm.Bütün lazımi ödənişləri eləmişəm. Məni 6 ay müddətində səhv müalicə ediblər və hazırda dizimden ayağım amputasiya olunmalıdır. Məni travmatoloq Ədalət Allahverdiyev bu günə saldı.İndi də məni təhqir edir və deyir ki,get kimə istəyirsən şikayət elə.Belə getsə ayağım 11.01.2022 tarixində amputasiya olunacaq. Mən bütün aidiyyatı orqanlardan kömək istəyirəm.
Redaksıyadan: Mövzunu diqqətdə saxlayır və araşdırmalar aparılır.Qarşı tərəfi dinləməyə hazırıq.
"Boz kardinal"ın kürəkəni öz əmlaklarını sataraq pulları xaricə çıxarmağa çalışır, nə edir etsin, yetər ki, büdəcəyə borcunu ödəməsin deyə dəri-qabıqdan çıxır...
Demokratik.Az xtırladır ki, ötən ilin sentyabrında "Yeni Müsavat" yazmışdı ki, eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. “Yeni Müsavat”ın məlumatında bildirilirdi ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə küllü miqdarda olan vergini verməyiblər.
Hələ 2020-ci ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var.
Aldığımız yeni məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün ötən ilin payızında 1 ay vaxt istəsə də, vədinə hələ də əməl etməyib. Səbəb bəllidir - arxasında Ramis Mehdiyevin basılmaz əli var.
Eyni zamanda gələn məlumatda deyilirdi ki, o, nəzarətində olan varidatı tələm-tələsik “özgəninkiləşdirməyə” çalışıb və bəzilərini özəlləşdirib də. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa da çalışıb. Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var. Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib. Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb. Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib. İlham Əliyev Zirə qəsəbəsi ərazisində hektarlarla torpaq sahələrinə də sahibdir və həmin torpaqları da satışa çıxarıb. Qaynağımız deyib ki, İlham Əliyev çaşqın durumdadır və sanki nə etdiyini bilməyən biri təəssüratını bağışlayır. İlham Əliyevin biznes imperiyası haqda məlumatlara gəldikdə isə bu haqda kifayət qədər məlumatlar var. Bilinir ki, İlham Əliyevin biznesi qayınatası Ramiz Mehdiyevin böyük biznesinə daxildir. Bura tikinti kooperativləri – “Topaz” MTK və “Qala-R.L” MTK, MMC-lər – “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza”, hazırda “German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzi və bu qəbildən olan xeyli obyektlər daxildir.
“Gandezza” ticarət mərkəzi Bakıda, “Torqovı” adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. “Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə “Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haqverdiyev və Adil Güloğlan oğlu Aldostovdur. “Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub.
Fikrət Əliyev İlham Əliyevin qardaşıdır. Fikrət Əliyevin iki oğlu var: Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – “Topaz” MTK-nın, Orxan Əliyev “NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev “Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə “E & S” MMC və “Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda “Dry Tech” şirkətinə, eləcə də “Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Əliyev rəhbərlik edir.
Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur.
Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyində təmsil olunurdu. Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub.
2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib.408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib. “Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var. Demokratik.Az yuxarıdakı siyahıya Gəncədə yerləşən "YENİ GƏNCƏ" Tibb Mərkəzini də əlavə etməyi vacib bilir. Sözügedən və dəyəri milyonlarla ölçülən klinika 2017-ci ildən İlham Əliyevin təsisçiliyilə yaradılmış “İNTERMEDSERVGİS” MMC-nin nəzdindədir. Maraqlıdır ki, Əliyevə qarşı vergiyayınma yoxlamaları çərçivəsində sözügedən klinikada da maliyyə maxinasiyalarının varlığı üzə çıxıb. İlham Əliyev isə həmin ünvan üzrə məsuliyyətdən xilas olmaq üçün bütün nöqsanı Yeni Gəncə Tibb Mərkəzinin sabiq icraçı direktoru Kərimova Ülkər Nadir qızının şəxsinə yönəldib. Hazırda Yeni Gəncə Tibb Mərkəzinin də özgəninkiləşdirilməsinə cəhdlər müşahidə edilir.
Qeyd edək ki, bu məlumatlar İlham Əliyevin təmsil olunduğu ailənin böyük biznesini tam olaraq əhatə etmir.
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
Bütöv.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib:
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 844 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 688 646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edir.
Azərbaycanda qardaşı arvadını öldürən şəxs 15 il azadlıqdan məhrum edildi.
2020-ci il martın 26-da Daxili İşlər Nazirliyinin 102 xidmətindən Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə inzibati ərazidə qətl baş verməsi barədə məlumat daxil olub.
Bildirilib ki, hadisə Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanında baş verib.
Araşdırma zamanı məlum olub ki, Laləzər Kərimlini qaynı Səbuhi Kərimov bıçaqlayaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan qadın xəstəxanaya aparılarkən ölüb. Ayın 27-nə keçən gecə Səbuhi Kərimov şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təqdim edilib.
Qaradağ Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Laləzar Kərimlinin ölümünə sağ ağciyərin, böyrəyin və sol kürəkaltı nahiyənin zədələnməsindən törənən kəskin daxili və xarici qanitirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, Səbuhi Kərimov qardaşı Həbib Kərimlinin həyat yoldaşı Laləzar Kərimlinin qonşuluqda yaşayan Əli Əliyevlə sevgi münasibətində olması haqda məlumat əldə etdikdən sonra qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə martın 26-sı saat 20:00 radələrində qardaşı oğlu Kərim Kərimli ilə birlikdə bacısı Mehriban Bəkirzadənin yaşadığı Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanına gəlib. Yardımçı tikilinin mətbəx otağına daxil olaraq, Laləzər Kərimliyə arxadan yaxınlaşıb, sol əli ilə boyun nahiyəsindən tutub və sağ əlində saxladığı mətbəx bıçağı ilə ümumilikdə ona 11 dəfə zərbə endirib, zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Səbuhi Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl Laləzərin xəyanət etməsini qardaşı Həbib özü ona danışıb. Eşitdiklərinə inanmayan Kərim bu haqda Laləzərlə söhbət etmək niyyətinə düşüb və onun Qobustan qəsəbəsində müvəqqəti yerləşdiyi bacısı evinə gəlib. Səbuhi ilə Laləzər arasında olan söz-söhbətin sonu bıçaqlanma ilə nəticələnib. Məhkəmə iclasında Səbuhi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini xahiş edib.
Məhkəmə Səbuhi Kərimovun Laləzər Kərimlini öldürmək istəməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşıb və bunu özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin havanın axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
“Bahalı paltarlar geyinmək lazımdır ki, toyda yaxşı pul versinlər”.
Bu sözləri ARB-də yayımlanan “Həmin Zaur” verilişinin qonağı olan Əməkdar artist Aygün Bəylər deyib.
Verilişdə aparıcının suallarını cavablandıran Aygün Bəylər “paltara pul xərcləyirsinizmi?” sualına “sevmirəm amma kənardan deyirlər ki, "bahalı paltar geyinmək lazımdır ki, camaat yaxşı pul versin”, - deyə cavab verib.
Əməkdar artist artıq 3-4 ildir ki telefon işlətmədiyini deyib. O, prodüserinin olmadığını, hər zaman telefon zənglərinə özünün cavab verdiyini və artıq bundan yorulduğunu bildirib.
Tokayev ruslarla birləşib Qazaxıstanda Nazarbayev “siyasi xəttini” məhv etməyə çalışır: “Tokayevə bunu bağışlamaya bilərlər...”
Qazaxıstanda bir neçə gündür davam edən iğtişaşların yavaş-yavaş səngidiyi təsəvvürü yaranır. Ancaq bu ölkədə baş verənlər əksər dünya media orqanlarının, xüsusilə keçmiş SSRİ respublikalarına aid mətbuatın əsas gündəm mövzularından biri olaraq qalmaqdadır.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın müstəqil mətbu orqanlarından sayılan “Novaya qazeta” Qazaxıstanda baş verən hadisələrin səbəbi, ssenarisi və mümkün nəticələri barədə maraqlı məqalə dərc edib.
Məqalədə ölkədə son günlər baş verənlərin xronologiyası təqdim olunur və bildirilir ki, Qazaxıstanın demək olar dörd bir yanını bürüyən etiraz mitinqləri əvvəlcə dinc xarakter daşıyıb.
Ancaq sonradan kənar müdaxilələr səbəbindən qanlı toqquşmalara çevrilib: “Dinc etirazların baş verdiyi digər şəhərlərdən fərqli olaraq, nədənsə Almatıda aksiyaya çıxanlar başlanğıcdan aqressiv və kəskin davranışları ilə seçilirdilər. Əgər yanvarın 4-də gündüz etirazçılar hansısa şüarlar səsləndirirdilərsə, artıq axşam küçədəki kütlə polis avtomobillərini yandırmağa başladılar. Şəhərə dərhal xüsusi texnika yeridildi və Tokayev fövqəladə vəziyyət elan etdi. Lakin səhərə doğru bu texnikanın əhəmiyyətli hissəsi kütlənin əlinə keçdi.
Maraqlıdır ki, Qazaxıstan hərbçiləri və güc strukturları heç də qorxaq sayılmırlar. Lakin Almatıya talançılar gələn kimi, ilk olaraq məhz onlar şəhərdən qeyb oldular.
Çoxsaylı şahidlər bildirirlər ki, şəhər tamamilə heç nədən qorxmayan idman geyimli şəxslərin ixtiyarına verilmişdi. Etirazlara heç bir aidiyyatı olmayan “gəlmələr” şəhəri dibinə qədər yandırmağa başlayıblar. Almatının şəhər administrasiyası, prokurorluq, “Nur Otan” partiyasının qərargahı, “Qazaxıstan” telekanalının binası yandırıldı.
Talançılar bankları, bankomatları qarət etməyə, maşınları yandırmağa və qarşılarına keçən hər kəsi – geri çəkilən güc strukturları təmsilçilərini və adi vətəndaşları döyməyə başladılar. Yanvarın 5-i axşam aeroport da talan edildi...”
Məqalədə daha sonra ilk olaraq spontan şəkildə başlayan hadisələrin sonradan hansısa mərkəzdən idarə olunmağa başladığı qeyd olunur və Qazaxıstandakı hakimiyyətdaxili çəkişmələrə eyham vurulur: “Bir qədər sonra Dövlət Təhlükəsizlik Komitəsinin binası və oradakı silahlar çox asanlıqla talançıların əlinə keçdi. Bundan başqa, banditlərə xüsusi avtomobillərin gətirdiyi silahlar paylandı. Saat 22.50 radələrinə qədər talanlar davam edirdi. Almatı faktiki olaraq, dağıdılmaq üçün kimlərinsə ixtiyarına verilmişdi. Bəs, kimlərin?
Tokayevin dediyinə görə, söhbət hansısa “xarici təsir”dən gedir, lakin burada Qərbin əlinin olduğu inandırıcı deyil.
Bu, fantastik görünə bilər, lakin hər tərəfi dağıdan kişilərin cəmləşdiyi bu kütlə məhz daxildə hansısa köklərə malik idi.
Xronologiyaya diqqət yetirin - Almatıda gərginliyin kəskin forma alması qəribə şəkildə Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edilən kimi baş verdi. Sabiq prezidentin eyni zamanda bir neçə idman federasiyasına rəhbərlik edən digər qardaşı oğlu da var. Belə ehtimal var ki, həmin federasiyalardakı radikal baxışlı idmançılardan ölkədə stabilliyi pozmaq üçün istifadə edilə bilərdi...”
Daha sonra prezident Tokayevin Nursultan Nazarbayev və onun yaxın ətrafı ilə bağlı atdığı addımlara diqqət çəkilir: “Tokayev yanvarın 5-i 4 gündür ki, barəsində heç bir məlumat verilməyən Nursultan Nazarbayevin əlindən Təhlükəsizlik Şurasını faktiki olaraq aldı, baxmayaraq ki, “Elbası”(N.Nazarbayev-red.) bu vəzifəni ömürlük daşımalı idi. Ardınca isə Dövlət Təhlükəsizlik Komitəsinin toxunulmaz sayılan sədri Kərim Məsimovu vəzifəsindən azad etdi. Bundan dərhal sonra güc strukturları qəflətən şəhəri talançılardan geri almaq üçün hücuma keçdilər. Artıq yanvarın 6-sı səhərə şəhərin “cinayətkar elementlər”dən təmizləndiyi anons edildi, lakin gecə şəhərdə mütəmadi olaraq, odlu silahdan istifadə olunmaqla döyüşlər gedirdi.”
Bu yerdə “Novaya qazeta” maraqlı məqama toxunur və soruşur: “Əgər güc strukturları özləri işin öhdəsindən gələ bilmişdilərsə, KTMT-nin ordusu nəyə gərək idi? Rusiya və Belarus öz ordularını heç bir problemsiz göndərəcək. Lakin Rusiya hakimiyyətinə Qazaxıstandakı münasibətin, xüsusilə də qazaxdilli əhalinin münasibətinin gərgin olduğu nəzərə alınsa, bu, əlavə destabilizasiya yaradan faktor ola bilər. Və buna baxmayaraq, Tokayev bu addıma gedirsə, deməli özgə güc strukturlarına və ordulara etibarı özünkülərdən daha çoxdur. Perspektivdə bu, Tokayevə yox, Nazarbayevə loyal olan güc strukturlarında təmizləmələrin aparılması anlamına gəlir. Bu, həm də prezidentin başqa çıxış yolunun olmadığı üçün çox böyük riskə gedərək, Putinə və Lukaşenkoya etibar etməsi deməkdir. Əgər nəsə öz yolunda getməsə, bu, Tokayev üçün ölümcül səhv olacaq. Belədə o, təkcə KTMT-dəki tərəfdaşları ilə haqq-hesab çəkməli olmayacaq, onu həm öz vətəndaşları bağışlamaya bilər....”
Göründüyü kimi, müstəqil mövqeyi ilə seçilən və mötəbər mənbələrə malik dərgi sayılan “Novaya qazeta” Qazaxıstanda adi sosial etirazlardan başlanan hadisələrin sonradan hakimiyyətdaxili qüvvələrin çəkişməsinə dair çalarlar aldığına, həmçinin, Rusiya başda olmaqla, xarici oyunçuların dövrəyə girməsinə eyham vurulur.
Qeyd edək ki, postsovet məkanında baş verən hadisələrlə bağlı dəqiq məlumatlara malik olan “Caliber” “Telegram” kanalı da baş verənlərin araxasında Moskvanın diqtəsi ilə hərəkət edə Tokayevin Qazaxıstanda Nazarbayevin siyasi xəttini “vurmaq” niyyətinin dayandığına işarə vurub.
Bunun da təsadüfü olmadığı bildirilir. Belə ki, Nursultan Nazarbayevin milli dövlət qurmaq, Qazaxıstanı Rusiyanın təsirindən çıxarmaq cəhdləri ilə Moskvanın barışmadığı və belə bir xain plan hazırladığı ehtimal edilir.
Məqalədə bildirilir: “Nursultan Nazarbayev müstəqil Qazaxıstanı qurmağa başlayanda ölkədə rusların və qazaxların nisbəti təxminən yarıbayarı idi: 1989-cu il siyahıyaalınmasına əsasən 6,5 milyon qazax və 6,2 milyon rus.
Sovet dövründə hər zaman belə olmayıb – 1970-ci ildə respublikada 5,4 milyon rus və 4,1 milyon qazax yaşayırdı (həmin dövrdə əhalinin ümumi sayı daha az idi).
2021-ci ilin əvvəlinə olan qiymətləndirməyə görə, Qazaxıstanda 13 milyon qazax və 3,5 milyon rus yaşayır. Son 30 ildə ölkədə həqiqətən müstəqil Qazaxıstanın qurulması baxımından düşünülmüş, demoqrafik, mədəni və dil siyasəti həyata keçirilib. Son illər ölkədə türk özünüdərki fəal şəkildə oyanmağa, özünüidentifikasiya güclənməyə başlayıb. Bu keçmiş metropoliya ilə etibarlı münasibətləri qoruyub saxlamaqla, tam suverenliyə gedən mərhələli, ehtiyatlı çıxış yolunun memarı məhz Nursultan Nazarbayev idi.
Görünür, o, təcrübəli siyasətçi kimi ikili hakimiyyətin risklərini hesablamağa və nəzərə almağa çalışaraq güc blokunun idarəsini özündə saxlasa da, bu yolu özü tamamlaya bilməyib. Ancaq bu kömək etmədi. Vaxt, sağlamlıq, güc, sadiq insanlar çatışmadı. Ölkələrin sözün əsl mənasında “ya-ya da” prinsipi ilə seçim etmək məcburiyyətində qoyulduğu indiki geosiyasi vəziyyət də manevrlər üçün əlverişli olmadı. Ancaq son 30 ildə o, milli oyanış çarxını işə salmaq və Qazaxıstanın ərazi bütövlüyünü saxlamaqla öz tarixi missiyasını yerinə yetirdi...”
Sözsüz ki, baş verən hadisələrə ən gerçək qiyməti zaman verəcək. Ancaq hələlik ortada olan Qazaxıstanın iqtisadi və siyasi imicinə, iqtisadiyyatına və siyasi gələcəyinə vurulan böyük zərbə, ölkəni heç bir şübhəsiz qarşıda gözləyən geriləmə, nəhayət, onlarla, bəlkə də yüzlərlə qazaxın qətlidir...