Tramp bu ölkənin prezidentini hədələdi .....                        HƏMAS komandiri öldürüldü .....                        Rusiyaya heç nə verməyəcəyik - Zelenski .....                        Çin ABŞ-ni kiberhücumlarda ittiham etdi .....                        Türkiyədə 4,1 ballıq zəlzələ .....                        Netanyahu orduya əmr verdi .....                        Qurban Qurbanov "Qarabağı" tərk edib-etməcəyinə aydınlıq gətirdi .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        3 gün yağıntı olacaq - XƏBƏRDARLIQ .....                       
22-08-2022, 21:45
Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri minalardan təmizlənir


Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri minalardan təmizlənir

Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.




22-08-2022, 21:36
Ağdamda 20 hektarlıq meşə yandı


Ağdamda 20 hektarlıq meşə yandı

Ağdam rayonunun Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.
22-08-2022, 21:35
İkinci mövsümə yekun vurulub


İkinci mövsümə yekun vurulub

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” adlı təlim proqramının ikinci mövsümünə yekun vurulub.

Birliyin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, təlim proqramının bağlanış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, gənclərlə işin ən vacib məsələlərindən biri bu işi peşəkar şəkildə mənimsəmiş kadrların olmasıdır. Təşkilatın “gənclərlə iş üzrə keyfiyyət nişanı”nın təmin edilməsi, gənc təlimçi və fasilitatorların formalaşması istiqamətində daim çalışdığını bildirən Şahin Rəhmanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“İrəli” İctimai Birliyinin Sosial iş üzrə katibi, layihə rəhbəri Günel Abbaszadə vurğulayıb ki, layihə sosial işi praktik cəhətdən aşılamağa, sosial işçilərlə və onların fəaliyyətləri ilə yaxından tanış olmağa, habelə gənclərin bilik və bacarıqlarını möhkəmləndirməyə hesablanıb. 42 saatlıq təlim proqramı çərçivəsində müxtəlif mövzularda qrup işləri aparıldığı, sosial iş üzrə mütəxəssislərlə görüşlərin keçirildiyi də tədbir müddətində diqqətə çatdırılıb.

Qeyd edək ki, gənc sosial işçilər üçün nəzərdə tutulan “Essentials of Social Work” layihəsi çərçivəsində ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Layihənin növbəti mövsümünün sentyabr ayında keçirilməsi nəzərdə tutulur.
22-08-2022, 21:33
Son sutkada vaksin vurulmayıb


Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, üç və daha çox doza vaksin vurduranların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 050 təşkil edir.

22-08-2022, 21:31
Azərbaycanda bir gündə 8 nəfər koronavirusdan öldü


Azərbaycanda bir gündə 8 nəfər koronavirusdan öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkad COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 8 nəfər ölüb. İndiyədək ümumilikdə 808 713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9793 nəfər vəfat edib, aktiv xəstə sayı 3698 nəfərdir. Son sutka ərzində 2280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

22-08-2022, 21:24
Tankçılarımız yarımfinala hazırlaşır


Tankçılarımız yarımfinala hazırlaşır

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər. Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.
22-08-2022, 21:21
Bolqarıstan Azərbaycandan qaz tədarükünü artırır


Bolqarıstan Azərbaycandan qaz tədarükünü artırır


Bolqarıstan hökuməti qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqları bərpa edəcək. Bunu Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib. “Biz həcmin artırılması və qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Onların şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik, buna görə də bazar ertəsindən danışıqlara başlayacağıq”, - deyə nazir vurğulayıb.
22-08-2022, 21:16
Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu


Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

22-08-2022, 21:13
“Aztəminatlı ailələrə yardım edilməsə, vəziyyət pis olacaq” - Deputat


“Aztəminatlı ailələrə yardım edilməsə, vəziyyət pis olacaq” - Deputat

"Unun və digər qida məhsullarının qiymətlərinin qalxması dünyada ümumi problemə çevirilib. Təkcə Azərbaycanda belə deyil, bütün dünyada qiymət artımı hiss olunur. Məsələn, Avropda hazırda 11-12 faiz inflyasiya gedir, bu rəqəm bizdə bir qədər çoxdur. Bu da bizim idxalımızın çoxluğundan irəli gəlir". Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Son günlər unun və çörəyin bahalaşması ilə bağlı əhalinin narazılığına münasibət bildirən deputat Azərbaycanın taxılı əsasən Ukrayna, Rusiya, Qazaxstan və başqa ölkələrdən aldığını xatırladıb: "Onların vəziyyətinin müharibə ilə əlaqədar gərgin olması səbəbilə taxılın bir tonunun qiyməti 365 dollara qaldırılıb. Buna görə də istehsalçılar belə qərara gəlirlər ki, çörəyin qiymətini artırsınlar". V.Əhmədov çörəyin strateji qida məhsulu olduğunu vurğulayıb. Parlamentari hesab edir ki, bahalaşma səbəbindən aztəminatlı ailələrə yardım edilməlidir: "Əlbəttə, çörək strateji qida məhsuludur. Əsasən rayonda, insanların sıx olduğu yerlərdə ondan çox istifadə olunur. Çörək əhalinin birbaşa büdcəsi ilə əlaqədardır. Ona görə də, aztəminatlı ailələr, pensiyaçılar və kifayət qədər vəsaitləri olmayan insanlar nəzərə alınmalıdır. Onlara yardımlar edilməlidir. Əgər yardım edilməsə, vəziyyət çətin olacaq. İnsanların ailə büdcəsində problemlər yarana bilər. Təklif edirəm ki, sosial paket şəklində bu məsələlərə baxılsın. Mən bunu hamıya şamil etmirəm. Ancaq aztəminatlı ailələrə, o cümlədən pensiyası aşağı olan insanlara müəyyən qədər yardımlar edilməlidir ki, qiymət artımı ilə bağlı problem yaşamasınlar. Yay fəsli ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulları, meyvələr kifayət qədərdir. Buna baxmayaraq, onların da qiyməti yüksəkdir. Faktiki olaraq bütün qida məhsullarının qiyməti artıb. Hesablamaq lazımdır ki, bir insanın dolanması, bir ailənin saxlanması üçün nə qədər artıma gedilməlidir. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır və baxılacaq".
Maaş və pensiyaların yenidən artırılması barədə təkliflərə gəlincə, V.Əhmədov deyib: “Biz büdcəyə yenidən baxdıq. Müəyyən qədər artımlar oldu. O cümlədən, ərzaqla bağlı 193 milyon manat əlavə vəsait ayırdıq ki, taxılın gətirilməsi, qapalı məkanların, xüsusilə də Müdafiə Nazirliyi və digər qurumların ərzaqla bağlı problemləri olmasın. Dövlət büdcəsindən artıq vəsait bölünüb. Ancaq ehtiyyat fondları var. Ondan istifadə etmək olar. Əgər belə qiymət artımları varsa, xüsusi aztəminatlı ailələr, pensiyaçılar, şəhid ailələri maddi yardımla təmin olunmalıdır. Elə insanlar var ki, 350-400 manat penisya alır. Problemi var. Ümumiyyətlə, elə etmək lazımdır ki, çörəklə bağlı problem olmasın. İnsanlar çörək almaqla bağlı problemlə üzləşməsinlər”.

22-08-2022, 21:00
"Bayrağımız Qarabağda, Zəngəzurda əbədi dalğalanacaq" - Prezident


"Bayrağımız Qarabağda, Zəngəzurda əbədi dalğalanacaq" - Prezident

"Bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, əbədi dalğalanacaq". Bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib. "Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm", - dövlət başçısı əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!