İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
17-10-2022, 16:49
Xocavənddə insan sümükləri tapıldı


Xocavənddə insan sümükləri tapıldı

İşğaldan azad olunmuş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində insan sümükləri aşkar edilib. Butov.az-ın məlumatına görə, sümükləri ərazidə təmir tikinti işləri ilə məşğul olan işçilər tapıblar. Belə ki, əməkdaşlardan biri insan skeletinin hissələrinə bənzər sümüklərə rast gəlib. Bundan sonra o, Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə zəng edib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, məlumat daxil olduqdan sonra dərhal Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib:“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub”.
17-10-2022, 16:47
Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazandı


Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazandı

15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Butov.az xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Artıq onlardan biri – Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 141 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib. Toplam 261 kq (120+141) nəticə göstərən Tehran Məmmədov yekun sıralamada gümüş medal qazanıb.
17-10-2022, 16:44
Leyla Abdullayeva Fransaya səfir göndərildi


Leyla Abdullayeva Fransaya səfir göndərildi

Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, hələ bir neçə ay əvvəl L.Abdullayevanın Fransada diplomatik fəaliyyətə başlayacağı ilə bağlı məlumat vermişdi. Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Yeni təyinatdan əvvəl XİN-in Mətbuat xidmətinin rəhbəri olub.
17-10-2022, 16:40
Prezident yolların təmirinə pul ayırdı


Prezident yolların təmirinə pul ayırdı

Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalanıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
17-10-2022, 16:39
Azərbaycanın Avropada statusu artıb


Azərbaycanın Avropada statusu artıb

Rusiya və Ukrayna müharibəsi səbəbindən Avropaya gedən qaz kəsilib. Buna görə də yenə Azərbaycan üzərindən gedən neft xətlərinin önəmi artıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. "Digər ölkələrdə də qazın olmaması səbəbindən Avropada Azərbaycanın statusu artıb. Bizim bərabər atacağımız addımlar enerji və qida təhlükəsizliyinə təsir edəcək".
17-10-2022, 15:05
Makron obyektiv ola bilmir - Çavuşoğlu


Makron obyektiv ola bilmir - Çavuşoğlu

Təəssüf ki, Fransa və Makron obyektiv ola bilmirlər. Bir tərəfdən vasitəçi olmağa çalışırlar, amma biz onları görmürük. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib. "Azərbaycan Prezidenti İlham Əliyev Makronun təklifini qəbul etdi, dördtərəfli görüş keçirildi. Bu iclası da bildiyim qədəri ilə Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq elə bir Azərbaycan yoxdur. Artıq hər dediyinizi edənTürkiyə və Azərbaycan yoxdur. Niyə 30 ildir Qarabağ məsələsi həll edilməmişdi?",- nazir bildirib.
17-10-2022, 15:03
"Laçın və Zəngəzur eyni statusdadır" - Çavuşoğlu


"Laçın və Zəngəzur eyni statusdadır" - Çavuşoğlu

"Laçın və Zəngəzur eyni statusdadır. Bunu Azərbaycan artıq bir neçə dəfə bildirib". Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib. "Azərbaycan və Ermənistan arasında qalıcı sülh müqaviləsinin bağlanması lazımdır. Ermənistan tərəfindən gec də olsa, cavab gəlir. Ermənistanın da bu sülh müqaviləsinə ehtiyacı var. Bu əlaqələr təbii ki, Türkiyə və Ermənistan əlaqələrinə də təsir edəcək",- nazir bildirib.
17-10-2022, 14:57
Döyüşdə ayaqlarını itirən qazi qəzaya düşdü


Döyüşdə ayaqlarını itirən qazi qəzaya düşdü

Vətən müharibəsi qazisi Camal Alxasov qəzaya düşüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisənin "VAZ dairəsi" deyilən ərazidə baş verdiyi bildirilir. İddiaya görə, qəza təmir gedən yolda xəbərdaredici nişanın olmaması səbəbindən baş verib. Qeyd edək ki, Camal Alxasov Qubadlı istiqamətində döyüşlər zamanı minaya düşərək hər iki ayağını itirib. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
17-10-2022, 14:55
Ermənistan Daşkəsən istiqamətində artilleriya yerləşdirir


Ermənistan Daşkəsən istiqamətində artilleriya yerləşdirir

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
17-10-2022, 14:53
Üç ay əvvəl nişanlanan tələbə intihar etdi


Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib. Butov.az xəbər verir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!