Nazir iclas çağırdı - Polisə tapşırıq verdi .....                        Bakıda iki dost alim vəfat etdi .....                        Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO .....                        “Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı .....                        Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı .....                        Pakistanda 5,5 bal gücündə zəlzələ .....                        Şabranda ər arvadını bıçaqladı .....                        Ermənistanda rektor, prorektor və bir neçə əməkdaş saxlanıldı .....                        Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq .....                       
5-08-2022, 20:38
Özünü yandırmaq istəyən şəxs müharibə iştirakçısı deyil - Nazirlik


Özünü yandırmaq istəyən şəxs müharibə iştirakçısı deyil - Nazirlik

“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb. Qurum rəsmisi qeyd edib ki, İsmayıl İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib. "Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün təyinatdan imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib. Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, Mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.
5-08-2022, 20:35
Valideynlər gənc əsgərlərin andiçməsinə buxarılmayacaq


Valideynlər gənc əsgərlərin andiçməsinə buxarılmayacaq

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər. Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb. Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək
5-08-2022, 19:27
Ceyhun Bayramov Türkiyəyə gedir


Ceyhun Bayramov Türkiyəyə gedir

Türkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək. Butov.az xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq. Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək. Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.
5-08-2022, 19:22
Hərbçilərimiz Rusiyaya yollandı - səbəb..


Hərbçilərimiz Rusiyaya yollandı - səbəb..

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
5-08-2022, 19:16
Yasamalda qanunsuz ağac kəsimi


Yasamalda qanunsuz ağac kəsimi

Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb. Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub. “Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - xidmət rəisi qeyd edib.
5-08-2022, 19:10
Ermənilər Laçının bu kəndindən çıxarılır


Ermənilər Laçının bu kəndindən çıxarılır

Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər bu ayın sonuna qədər ərazini tərk etməlidir. Bu barədə Zabux kəndindəki qondarma "Aqavno" icmasının "rəhbəri" Andranik Çavuşyan bildirib. Onun sözlərinə görə, ermənilərə kənddən çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib. Qondarma rejimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan da Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib.
5-08-2022, 18:47
Abşeronda amansız qətl törətdi, Gürcüstanda tutuldu


Abşeronda amansız qətl törətdi, Gürcüstanda tutuldu

Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Abşeron rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun-qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.
5-08-2022, 18:40
Azad Cavadov işdən çıxdı


Azad Cavadov işdən çıxdı

Bu gün mətbuatda “Gunay Sığorta” şirkətinin Direktorlar Şurası sədrinin müşaviri Azad Cavadovun vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı yayımlanan xəbərlərə cavab olaraq bildiririk ki, Azad Cavadov tutduğu vəzifədən öz xahişi ilə azad edib. Bu barədə “Gunay Sığorta” şirkətinin mətbuat xidməti məlumat yayıb.
5-08-2022, 18:37
Bayrağımız artıq Xankəndində - Ermənilər tezliklə manata keçəcək


Bayrağımız artıq Xankəndində - Ermənilər tezliklə manata keçəcək

Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov ötən gün Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib. General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib. Toplantıda əsas diqqət çəkən məqam rus generalın Xankəndi erməniləri ilə görüşündə Rusiya və Ermənistan bayrağı ilə yanaşı, Azərbaycanın dövlət bayrağının masa üzərinə qoyulmasıdır. Bayrağımızın Xankəndi şəhərində olması maraqlı müzakirə predmetinə çevrilib. Bəzi siyasi ekspert və politoloqlar hesab edir ki, Rusiya komandanının görüşündə Azərbaycan bayrağının qoyulması Xankəndi, Xocalı, eləcə də digər ərazilərin tezliklə Bakının nəzarətinə keçəcəyindən xəbər verir. Bununla bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, bizim üçün ən böyük mesaj Azərbaycan Ordusunun qələbəsi olub: “Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərin hamısı Azərbaycan torpaqlarıdır. Rusiya bu yerləri Azərbaycan ərazisi kimi tanıyır və rəsmən qəbul edir. Bu ərazilərdə Azərbaycan bayrağı çoxdan dalğalanmalı idi”. Deputatın sözlərinə görə, Qarabağda yaşayan ermənilər artıq həqiqətləri qəbul etməlidirlər: “Qarabağda yaşayan və indiyədək vətəndaşlığını təsdiqləməyən ermənilər də bilməlidirlər ki, bura Azərbaycan ərazisidir və orada Azərbaycan bayrağı dalğalanacaq. Torpaqlarımızda Azərbaycan dövlətçiliyinin simvolları olacaq. Artıq bunu ermənilər, xaricdə yaşayan və vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışan dairələr bilməlidir. Azərbaycan bayrağının Xankəndi şəhərində olmasına artıq normal hal kimi baxmalıyıq. Eyni zamanda mən gözləyirəm ki, müəyyən vaxtdan sonra Azərbaycan manatı istifadə olunacaq, orada qurumlarımız fəaliyyət göstərəcək. Bunları etməyin vaxtı çoxdan çatıb”.



Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, görüşdə Azərbaycan bayrağının olmasını sülhməramlı qüvvələrin ermənilərə mesajı kimi dəyərləndirmək olar. Onun fikrincə, sülhməramlılar erməniləri Azərbaycan Respublikasının ərazisində yaşadığını yavaş-yavaş başa salmağa çalışır. Ermənilərin mövqeyinə gəlincə, Zərdüşt Əlizadə iki xalq arasında normal münasibət qurmağın vacibliyinə diqqət çəkib: “Qarabağda yaşayan ermənilərə öz vətəndaşımız kimi xoş münasibət göstərməliyik. İnsana xoş münasibət bəsləyəndə, o da buna qarşılıq verməyə məcbur qalır. Əlbəttə, ermənilərin hamısı eyni fikirdə deyil. Onların arasında düşmənlik eşqinə düşənlər də var. Lakin bunu hamısına şamil etmək olmaz. Hamısı xəstə deyil ki?! Bəli, dəlilər, xəstələr, xəbislər var. Ermənilər bizdən xoş münasibət görsələr, onlar da yavaş-yavaş dəyişərlər. Onları 150 ildir xəstələndiriblər. İndi yavaş-yavaş sağaltmaq lazımdır”.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!