Nazir iclas çağırdı - Polisə tapşırıq verdi .....                        Bakıda iki dost alim vəfat etdi .....                        Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO .....                        “Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı .....                        Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı .....                        Pakistanda 5,5 bal gücündə zəlzələ .....                        Şabranda ər arvadını bıçaqladı .....                        Ermənistanda rektor, prorektor və bir neçə əməkdaş saxlanıldı .....                        Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq .....                       
5-08-2022, 18:30
Bəzi dairələr Azərbaycana qarşı təzyiqləri artırmağa çalışacaq


Bəzi dairələr Azərbaycana qarşı təzyiqləri artırmağa çalışacaq

“Londonda baş verən təxribat bir sıra dairələrin Azərbaycanla bağlı məkrli niyyətlərini həyata keçirmək cəhdidir. Bu gün Azərbaycanda dini etiqad azadlığı təmin edilib, dini ayinlərin sərbəst icrası üçün hər bir şərait yaradılıb. Dini etiqad azadlığı baxımından Azərbaycan dünyada nümunə göstərilə biləcək ölkələrdəndir”. Bu fikirləri deputat Ceyhun Məmmədov Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı danışarkən deyib. Milli vəkili bildirib ki, Azərbaycanda dini etiqad azadlığının pozulması barədə iddialar tamamilə əsassızdır: “Hesab edirəm ki, son hadisə Azərbaycana qarşı dindən bir təzyiq kimi istifadə cəhdlərinin təzahürüdür. Əslində Azərbaycanda qeyd etdiyimiz kimi, bu işlər ən yüksək səviyyədə təmin olunur və ölkə rəhbərliyi tərəfindən həyata keçirilir. Burada bir məqama da diqqət çəkməliyik. Bir müddət əvvəl Bakının mərkəzində mitinqlər keçirildi və cəzaçəkmə müəssisələrinin birində Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması idddia olunaraq, buna etiraz əlaməti kimi aclıq aksiyası keçirildi, dindarlar küçələrə çağırıldı. Məncə, bu iki hadisə arasında da müəyyən bir əlaqə var. Çünki hər ikisində də iddia olunur ki, guya, Azərbaycanda dini etiqad azadlığına müəyyən məhdudiyyətlər, dindarlara təzyiqlər var. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə radikal dini təriqətlər bu gün dünyada xüsusi xidmət orqanlarının nəzarəti və təlimatı əsasında fəaliyyət göstərir, Bu gün bir sıra hallarda da ayrı-ayrı dövlətlərə qarşı belə təzyiq cəhdlərindən istifadə olunur. Görünən odur ki, bir sıra dairələr, bəzi dövlətlər Azərbaycanın müstəqil siyasət yeritməsini, güclü olmasını istəmir və məqsədlərinə çatmaq üçün ölkəmizi tutduğu yoldan döndərməyə çalışır, bu kimi təxribatlara əl atırlar. Eyni zamanda, Azərbaycanda dini durumu gərginləşdirməyə çalışırlar. Halbuki, tam əminliklə deyə bilərik ki, Azərbaycanda dini durumla bağlı heç bir təzyiq və məhdudiyyət yoxdur. Azərbaycanda hansısa dindara təzyiqlər mövcud deyil. Əgər kimsə dövlətin müəyyənləşdirdiyi qanunları pozursa, təbii ki, o halda qanunvericiliyə uyğun addımlar atılır. Onu da qeyd etmək lazımdır ki, önümüzdəki günlərdə bu istiqamətdə Azərbaycana qarşı təzyiqlərin artma ehtimalı yüksəkdir və müəyyən dövlətlər, bəzi dairələr buna cəhd edəcəklər”. C.Məmmədov hesab edir ki, Qarabağdakı qələbədən sonra qarşımızda duran ən mühim vəzifələrdən biri dini təhlükəsizliyimizin təmin edilməsi, radikal qrupların fəaliyyətinin qarşısının alınmasıdır. “Bu gün dövlət sözügedən istiqamətdə müvafiq addımlar atır, ancaq hesab edirəm ki, daha çevik, operativ, surətli, həm dini təhsil, həm dini məsələlərin idarə edilməsi sahəsində ciddi tədbirlərin görülməsinə ehtiyac var. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda da müəyyən radikal qruplar var və bu gün dövlət onlara qarşı ciddi tədbirlər görməkdədir. Ancaq maksimum dərəcədə həm inzibati tədbirlər, həm maarifləndirmə tədbirləri sürətli formada həyata keçirilməlidir. Eyni zamanda, Azərbaycandakı dini duruma kənar təsirlərin qarşısı alınmalıdır. Bu reallıqdır ki, Azərbaycandakı dini duruma xarici dövlətlərin təsir etmə imkanları mövcuddur və zaman-zaman onlar bu imkanlardan bəhrələnərək ölkəmizə hansısa mesaj verməyə, siqnallar ötürməyə çalışırlar”, - millət vəkili deyib.
5-08-2022, 18:13
Zakir Həsənovla Papikyan arasında əlaqə dayanıb


Zakir Həsənovla Papikyan arasında əlaqə dayanıb

“Azərbaycan və Ermənistan müdafiə nazirləri Zakir Həsənovla Suren Papikyan arasında hazırda operativ əlaqə yoxdur”. Bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib. “Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında operativ əlaqə yoxdur”, - o əlavə edib. Müdafiə Nazirliyinin nümayəndəsi bunun nə vaxtdan davam etdiyini və səbəblərini açıqlamayıb.
5-08-2022, 18:08
49 minlik ziyanla bağlı cinayət işi açıldı


49 minlik ziyanla bağlı cinayət işi açıldı

Baş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəyib. Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!