İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
12-10-2022, 12:22
ABŞ-da səfirliyimizin maşını atəşə tutuldu


ABŞ-da səfirliyimizin maşını atəşə tutuldu

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyik tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb."Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq. Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olub. Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplimatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir. AR XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq", - deyə məlumatda qeyd olunub.
11-10-2022, 21:01
Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdır


Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdır

"Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar". Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib. Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparılıb."Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir", - deyə Prezident İlham Əliyev vurğulayıb.
11-10-2022, 20:19
İki qurum arasında müqavilə imzalanıb

İki qurum arasında müqavilə imzalanıb

İki qurum arasında müqavilə imzalanıbQovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.
Bu barədə Butov.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələri qurulması daxildir.
Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.

11-10-2022, 17:02
İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu


İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

11-10-2022, 16:59
Baş Qərargah rəisləri Bakıya gəlir - Sabah iclas olacaq


Baş Qərargah rəisləri Bakıya gəlir - Sabah iclas olacaq

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyadakı hərbi attaşesi iştirak edəcək. İclasa Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.
11-10-2022, 16:56
“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı


“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı

“11 min manatlıq birdəfə ödəmə kart hesabındadır. Pulu kartdan çıxarmamışam. Elə orada qalıb”. Bunu açıqlamasında son döyüşlər zamanı şəhid olan hərbçi Səbuhi Əhmədov qardaşı Sənan Əhmədov deyib. O, 11 min manatın şəhidin “qan pulu” olduğunu söyləyib və həmin vəsaiti şəxsi ehtiyacı üçün xərcləməyəcəyini bildirib:“O pula əlimi də vurmaram və heç vaxt şəxsi ehtiyaclarım üçün xərcləmərəm. Amma həyat yoldaşım istəsə, hansısa ehtiyacı üçün istifadə edə bilər. Məni şəxsən pul maraqlandırmır”. Ona təklif olunan birotaqlı evdən imtina etdiyini xatırladan şəhid qardaşı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşmək istədiyini söyləyib:“Mənə təklif olunan birotaqlı evdən imtina etdim. O evi mənə yazıqları gəldiyi üçün təklif etmişdilər. Evim yoxdur, kirayədə qalıram, bundan sonra da kirayədə qalaram. Bəlkə də, nazir Sahil Babayevin olanlardan xəbəri yoxdur. Əgər həqiqətən də xəbəri yoxdursa, onunla görüşmək istəyərdim”. Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. 12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.
11-10-2022, 16:51
Balaxanıda “MilliÖn” terminalı oğurlandı


Balaxanıda “MilliÖn” terminalı oğurlandı

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5 405 manat olan “MilliÖn” ödəniş terminalı oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər. Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




11-10-2022, 16:48
Bakı və İrəvan sülh sazişinin əsas bəndləri üzrə razılığa gəlib - Çavuşoğlu


Bakı və İrəvan sülh sazişinin əsas bəndləri üzrə razılığa gəlib - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər, indi onları həyata keçirmək qalır. Çavuşoğlu bunu Tvnet-ə müsahibəsində deyib."Prinsial məqamlar üzrə razılıq əldə olunub - bunlardan 5-i var idi. Bura bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. daxildir. Yalnız onları həyata keçirmək qalır", - Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Ankaranın İrəvanla münasibətləri normallaşdırma prosesi və Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz.“Biz bu barədə dəfələrlə danışmışıq”, - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Teleaparıcının "bu, Türkiyənin "qırmızı xəttidirmi" sualına Çavuşoğlu “bəli” deyə cavab verib. Türkiyənin xarici işlər naziri onu da əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüş müsbət keçib. Eyni zamanda, Çavuşoğlu qeyd edib ki, rəsmi İrəvan həm ölkə daxilində, həm də diaspor tərəfindən təzyiqlərə məruz qalır.
11-10-2022, 16:39
Parlamentdə həbsdə olan qazi ilə bağlı məsələ qaldırıldı


Parlamentdə həbsdə olan qazi ilə bağlı məsələ qaldırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ukraynada həbsdə olan Vətən Müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı məsələ qaldırılıb.
Butov.az xəbər verir ki, deputat Məlahət İbrahimqızı Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.“Misir Qasımlı Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili dəfələrlə iş üzrə heç bir sübut olmadığını bildirib. Mən müraciət edirəm ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin”,- deyə M.İbrahimqızı vurğulayıb. Qeyd edək ki, Misirli Qasım Kiyevdə ermənilərin şikayəti əsasında saxlanılıb. Ona qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, lakin bir ildir bu ittihamlar sübuta yetirilməyib. Ukraynada həbsdə olan 29 yaşlı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
11-10-2022, 16:37
Milli Məclis İsraillə imzalanmış sazişi təsdiq edib


Milli Məclis İsraillə imzalanmış sazişi təsdiq edib

Azərbaycan və İsraildən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcək. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil olan “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir. Həmçinin, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər. Müzakirələrdən sonra layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!