Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
19-08-2022, 23:12
Güləşçimiz ermənini məğlub edib finala yüksəldi


Güləşçimiz ermənini məğlub edib finala yüksəldi

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb. Butov.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib. Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq. Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.
19-08-2022, 23:08
Premyer Liqada III tur heç-heçə ilə başladı


Premyer Liqada III tur heç-heçə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. Butov.az xəbər verir ki, bugünkü matçda "Şamaxı" klubu "Səbail"i qəbul edib. Şamaxı şəhər stadionundakı oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra yeni mövsümdə ilk xallarını qazanan komandalar 7-8-ci yerləri bölüşdürürlər.
19-08-2022, 22:52
“Yeni İctimai Nəzarət Şurası”nın cinayətləri - İş məhkəməyə göndərildi


“Yeni İctimai Nəzarət Şurası”nın cinayətləri - İş məhkəməyə göndərildi

“Yeni İctimai Nəzarət Şurası” adı altında təşkilatlanmış mütəşəkkil dəstə barəsində cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaradılmış “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə, respublikanın bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü mövcud olan həmin qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək vətəndaşlara qarşı bir sıra qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib. Müəyyən edilib ki, Ramil Şükürov özünü və əlbir olduğu dəstə üzvlərini müxtəlif dövlət qurumları və müəssisələrə işə qəbul olunma, hüquqi şəxslərin fəaliyyətlərinin bərpa edilməsi, şəhidlik statusunun verilməsi, hüquq-mühafizə orqanlarında istintaqı aparılan cinayət işləri və məhkəmələrdə baxılan işlər üzrə şəxslərin azadlığa buraxılmalarının təmin edilməsi, o cümlədən əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi imkanına malik şəxslər kimi təqdim edərək vətəndaşlara, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə məxsus pul vəsaitlərini ələ keçirmək məqsədi ilə fəaliyyət göstərən sabit cinayətkar qrupun rəhbəri olub. Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıb qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlarla əvvəllər məhkum olunmaqla əməlində xüsusi təhlükəli residiv olan Ramil Şükürova və əməlində təhlükəli residiv olan Elçin Aslanlıya, habelə Koroğlu İbrahimov və Diləfruz Mustafayevaya törətdikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
19-08-2022, 22:47
İlham Əliyev bu səfirləri geri çağırdı


İlham Əliyev bu səfirləri geri çağırdı

Azərbaycanın bəzi ölkələrdəki səfirləri geri çağırılıb. Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən geri çağırılıb. Bundan əlavə, Rəmzi Kazım oğlu Teymurovun Azərbaycanın Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmasına qərar verilib. Dövlət başçısının digər sərəncamı ilə R.Teymurov Azərbaycanın Argentinadakı səfiri təyin olunub. Növbəti sərəncamla Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniya Federativ Respublikasında səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra o, Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb. Prezident, həmçinin Elxan Polux oğlu Poluxovun Azərbaycanın Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador, Qayana Kooperativ Respublikasında, Surinam, Trinidad və Tobaqo Respublikalarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda sərəncam verib. Elxan Poluxov, həmçinin Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb. Bundan başqa, dövlət başçısı Rəşad İntiqam oğlu Novruzu Azərbaycanın Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycanın Küveyt Dövlətində səfiri vəzifəsindən,Yaşar Teymur oğlu Əliyev isə Azərbaycanın Kuba Respublikasında səfiri vəzifəsindən geri çağırılıblar.
19-08-2022, 22:42
Prezident yeni səfirlər təyin etdi - Sərəncam


Prezident yeni səfirlər təyin etdi - Sərəncam

Azərbaycanın Argentinaya yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri də təyin edilib. Bu vəzifəyə Ramin Müzəffər oğlu Həsənov təyinat alıb. Bundan başqa, Prezident Rəşad İntiqam oğlu Novruzu Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Daha bir sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısı Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə də sərəncam verib. Ruslan Novruz oğlu Rzayev isə Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
19-08-2022, 22:33
İntim videolar çəkən FHN polkovnikinin həbsinə qərar verildi


İntim videolar çəkən FHN polkovnikinin həbsinə qərar verildi

Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. Müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
19-08-2022, 22:25
İslamiadada iştirak edən idmançılarımız Vətənə qayıdıb


İslamiadada iştirak edən idmançılarımız Vətənə qayıdıb

Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar. Butov.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları idman ictimaiyyəti, media nümayəndələri və digər şəxslər qarşılayıb. Qeyd edək ki, Azərbaycan yarışda 99 medalla 54 iştirakçı ölkə arasında dördüncü yeri tutub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.
19-08-2022, 22:15
Baytarlar ƏDV-dən azad olundu - Ayda cəmi 20 manat...


Baytarlar ƏDV-dən azad olundu - Ayda cəmi 20 manat...

Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
19-08-2022, 22:04
Hərbçilərin sosial sığortası ilə bağlı yeni qayda


Hərbçilərin sosial sığortası ilə bağlı yeni qayda

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşib. Butov.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Dəyişikliklə qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!