Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
22-12-2022, 17:43
Sabaha gözənilən hava şəraiti


Sabaha gözənilən hava şəraiti

Azərbaycanda dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
22-12-2022, 17:32
Sülhməramlılara məxsus maşınların hərəkətinə şərait yaradıldı


Sülhməramlılara məxsus maşınların hərəkətinə şərait yaradıldı

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib. Qeyd edək ki,dünən həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
22-12-2022, 17:06
Bu il çaylarda sululuq yüksəlib


Bu il çaylarda sululuq yüksəlib

Ötən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə
ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur. Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".
22-12-2022, 16:26
Bu il çaylarda sululuq yüksəlib


Bu il çaylarda sululuq yüksəlib

Ötən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə
ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur. Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".
22-12-2022, 15:54
Üçtərəfli görüşün yekun sənədi imzalandı


Üçtərəfli görüşün yekun sənədi imzalandı

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Kayseridə keçirilən üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalayıblar. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazir Akar 1918-ci ildə Osmanlı-Azərbaycan-Gürcüstan arasında imzalanmış tarixi müqavilənin surətini hədiyyə olaraq həmkarlarına təqdim edib.


21-12-2022, 18:34
Vasif Talıbovun oğlu atasıyla bağlı danışmaqdan imtina etdi


Vasif Talıbovun oğlu atasıyla bağlı danışmaqdan imtina etdi

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. Bunu açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib. Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını bildirib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”. “Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək, əlavə şərh verməkdən imtina edib.
21-12-2022, 18:19
Prezident serbiyalı həmkarı ilə təkbətək görüşdü


Prezident serbiyalı həmkarı ilə təkbətək görüşdü

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçi qarşılayıb. Sonra birgə foto çəkdirilib.




21-12-2022, 17:54
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü


Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, förüş Kayseri şəhərində keçirilib. Nazirlər Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər.



[media=https://youtu.be/tSIIBb0qMds]
21-12-2022, 17:50
Ali Məclisin yeni sədri təyin olundu


Ali Məclisin yeni sədri təyin olundu

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.
21-12-2022, 17:47
Naxçıvan Ali Məclisinin sədri istefa verdi


Naxçıvan Ali Məclisinin sədri istefa verdi

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin qapalı iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!