3-08-2022, 11:12
Şahmatçılarımız növbəti oyunlarına çıxır
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri bu gün 6-cı turun oyunlarına çıxacaq.
Butov.az xəbər verir ki, kişilər yığmamız Slovakiya, qadınlar millimiz isə Qazaxıstanla qarşılaşacaq.
Şahmat Olimpiadası
4-cü tur
Kişilər
Slovakiya – Azərbaycan
Viktor Qazik – Şəhriyar Məmmədyarov
Yuray Druşka – Qədir Hüseynov
Xristofer Repka – Vasif Durarbəyli
Lyubomir Ftaçnik – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Qazaxıstan
Günay Məmmədzadə – Jansaya Əbdumalik
Gövhər Beydullayeva – Bibisara Assaubayeva
Gülnar Məmmədova – Kseniya Balabayeva
Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva
Oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.
3-08-2022, 10:34
Raket və Artilleriya Qoşunlarında həyəcan siqnalıMüdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.
Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.