15-10-2022, 20:12
Ermənistan Azərbaycana oktyabrın 31-də görüşməyi təklif edibErmənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiyaların görüşünü keçirməyi təklif edib. Bu barədə baş nazir Nikol Paşinyan "Twitter" hesabında yazıb. O bildirib ki, müvafiq məsələ oktyabrın 2-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Cenevrədə keçirilən görüşündə müzakirə olunub.“Eyni zamanda, Ermənistan tərəfi sərhədin delimitasiyası üzrə komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirilməsini təklif edib”. Komissiyalara Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev rəhbərlik edir. Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş Brüsseldə iki ölkə başçıları arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, mayın 24-də Ermənistan və Azərbaycan sərhədində baş tutub. İkinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.
15-10-2022, 20:10
Edillidə baş verənlər çox dəhşətlidirBiz Edillidə bir müddət əvvəl baş verənlərin şahidi oluruq. Bu, çox dəhşətlidir. Bunu Çexiya "Avropaya açılan qapılar" İctimai Birliyinin rəhbəri Stanislava Rousova oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı bildirib. Edillidə baş vermiş hadisələr barədə danışan S.Rousova deyib:"Bu, çox kədərləndiricidir. İnsanların burada necə əziyyət çəkdiklərini təsəvvür edə bilmirəm. Burada cəsədləri aşkar olunanlar öz vətənlərini müdafiə ediblər. Mən vəfat edənlərin xatirəsini anmaq üçün özümlə buraya şam gətirmişəm".
15-10-2022, 20:07
Şüşəsi sınan təyyarə geri qayıtdı“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib."Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib. Bildirilib ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.
15-10-2022, 19:59
Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədiYasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb.
Butov.az-ın məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər. Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Belə ki, intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.
15-10-2022, 19:58
Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnmiş futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin məlumatına görə, Kadi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq. Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir. "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.
15-10-2022, 19:56
Mingəçevirdə dəhşətli qəza - İki qadın öldüMingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Butov.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib. Araşdırma aparılır.
15-10-2022, 19:54
Hərbçilərə psixoloji dəstək göstərilirMüdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib. Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin effektivliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib. Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
15-10-2022, 13:48
“Fransa Prezidenti telefonda mənə vəd verdi” – İlham ƏliyevFransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və ya Aşağı Palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib. Fransanın əvvəlki prezidentləri ilə kifayət qədər sıx ünsiyyət qurmaq imkanının olduğunu xatırladan dövlətimizin başçısı deyib ki, o vaxt münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, balanslaşdırılmış idi. Təəssüf ki, indiki rəhbərlik mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. MDB-dən olan həmkarlarını yaranmış vəziyyət barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.
15-10-2022, 03:22

14-10-2022, 18:18