Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
4-01-2022, 17:19
İlham Şaban: “Bu il ölkəmizdə AVRO-5 standartlarına uyğun dizel istehsal olunacaq”

Hazırda oxunan: İlham Şaban: “Bu il ölkəmizdə AVRO-5 standartlarına uyğun dizel istehsal olunacaq”

“Gələn il Azərbaycanda Heydər Əliyev adına Neftayırma Zavodunun ilk dəfə olaraq “EURO-5” standartlarına uyğun yanacaq istehsal etməsi planlaşdırılır. Belə ki, gələn ilin ikinci rübünün sonlarından etibarən zavod tərəfindən yüksək standartlara cavab verən dizel yanacağı istehsal olunacaq. Bu Azərbaycanda ekoloji baxımdan çox bərbad vəziyyətdə olan yanacağın, dünyada çoxdandır istifadə olunan yüksək səviyyəli yanacaqla əvəzlənməsi deməkdir”.

Bu fikirləri 2022-ci ildə Azərbaycanda enerji istehsalının dünya standartlarına uyğunlaşdırılması ilə bağlı gözləntilərini Bizim.Media ilə bölüşən enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.

Ekspertin fikrincə, sözügedən layihənin reallaşması ölkəmizdə keyfiyyətsiz dizel yanacağı səbəbindən ekologiyaya vurulan zərəri azaltmağa imkan verəcək:

“Onu nəzərə alaq ki, Avropada ekoloji standartların sərtləşdirilməsi ilə əlaqədar, istifadəsinə icazə verilməyən köhnə maşınları Azərbaycan istehlakçıları böyük fərəhlə ölkəyə gətirirlər. Təsadüfi deyil ki, bu il pandemiya dönəmi olmasına baxmayaraq, 60 min maşın idxal olundu. Bu rəqəm gələn il bəlkə də 70 mini də ötəcək. Bu avtomobillərin çoxu isə, ekologiyaya ağır zərərlər vurur. Bunun nəticəsidir ki, Azərbaycanda son 5 ildə dizel yanacağının istehlakı 2 dəfədən çox artıb. Hər nə qədər “yaşıl enerji” konsepsiyasından danışılsa da, paytaxtda havanın çirklənməsinin 80%-dən çox məhz avtonəqliyyatın üzərinə düşür”.

İlham Şaban 2022-ci ildə ekologiyaya ciddi zərər vuran bu cür vəziyyətin öz həllini tapacağına ümid etdiyini də qeyd edib:

“Bununla bağlı “barmağarası” baxış mövcuddur. İnsanlar üçün stimullaşdırma və avtomobil parkının yenilənməsi ilə bağlı qonşu Rusiyada 2010-cu, Qazaxıstanda isə 2014-ci ildən həyata keçirilən oxşar proqramların tətbiqi hələ də yoxdur. Ümid edək ki, yavaş-yavaş bu sahədə nə isə yeniliklər baş versin, yanacağımız dünya standartlarına cavab versin”.

Ekspert, gələn il iki “yaşıl enerji” layihəsi üzrə işlərin start götürməsi ehtimallarını da dəyərləndirib:

“Bu il Energetika Nazirliyi alternativ enerji ilə bağlı Səudiyyə Ərəbistanı və BƏƏ ilə iki müqavilə imzalanıb. Lakin tikinti işlərinə hələ də start verilməyib. Ümid etmək olar ki, 2022-ci ildə hər iki əayihə üzrə tikinti işlərinə başlanılacaq və həmin işlərin 2024-cü ildə başa çatması proqnozlaşdırılır. Bundan sonra həmin stansiyalardan elektrik enerjisi tədarük etmək mümkün ola bilər”.

İlham Şaban enerji sahəsində 2022-ci ildə tətbiqinə başlanılacaq yeni qanun layihəsinin əhəmiyyətindən də danışıb:

“Bu il yeni qanun layihəsi qəbul olundu və Prezident tərəfindən imzalandı. Lakin onun tətbiqinə 2022-ci il 1 iyun tarixindən start veriləcək. Sözügedən qanun enerjidən rasional istifadə və enerji effektivliyinin artırılması ilə bağlıdır. Müstəqil Azərbaycanda enerjiyə yeni baxış dövrünü mən bu cür qiymətləndirərdim. Çünki binaların tikintisində, onların istiliyi saxlamaq qabiliyyəti layihələndirmə prosesində mütləq nəzərə alınmalıdır”.

Bütöv.az
4-01-2022, 17:12
Deputatdan taxılın bahalaşmasının qarşısını almaq TƏKLİFLƏRİ

“Taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənilir. Nəzərə alsaq ki, 2021-ci ilin 11 ayında Azərbaycan 1 milyon tondan artıq buğda idxal edib. Bu, məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir. 2020-ci ilin 11 ayında isə 1,2 milyon ton buğda idxal edilmişdi. Amma 1,2 milyon ton buğdaya 262 milyon dollar vəsait ödənmişdi. Rəqəmlərin müqayisəsi onu göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxarır”.

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov buğdanın qiymətinin artma səbəblərindən danışarkən deyib.
Deputat artımların qarşısının alınması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edir:
“Təbii ki, biz qiymət artımlarının qarşısını alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik. Əvvəlcə taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı. Xüsusən nəzərə alsaq ki, buğda strateji əhəmiyyət daşıyır. Bu baxımdan yüksək miqdarda buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər.
Bu da nəticə etibarı ilə həm istehsalın genişləndirilməsinə, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınmasına imkan verər”.

Bütöv.az
4-01-2022, 17:11
Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlanıb

Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir.

Paralel olaraq abonentlər də bu pros
esdə birliyə dəstəyini fəal olaraq göstərirlər.


Axar.az xəbər verir ki, bu barədə birliyin baş direktoru Ruslan Əliyev deyib.

“Yanvarın 1-dən bu günə qədər sonradan ödənişli sayğacdan istifadə edən (mexaniki sayğaclar nəzərdə tutulur) 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 310-41-04 Varsap nömrəsinə göndərib. Bu dəstəyin müqabilində bu günə qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesində 65 faizlik nəticə əldə olunub. Göstərdikləri diqqətə, verdikləri dəyərə görə hər bir abonentimizə Azəriqaz İB adından dərin təşəkkürümüzü bildiririk”, - deyə baş direktor bildirib.

Bütöv.az
4-01-2022, 17:06
İri un və çörək istehsalçıları qiymətlərlə bağlı müraciət yaydı - VİDEO

Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb.

Müraciətdə deyilir:

"Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.

Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçulərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.

Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.

Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq".



Bütöv.az
4-01-2022, 11:08
Norveçli futbolçunu İngiltərədə qarət etdilər

Norveç millisinin yarımmüdafiəçisi, İngiltərənin “Norviç” klubunun futbolçusu Matias Norman Londonda qarət edilib.

İdmançı bu barədə “Instagram”da danışıb.

Naməlum şəxslər norveçli futbolçunun avtomobili qarət ediblər. Norman arxa şüşəsi sınmış avtomobilin fotosunu yerləşdirərək cinayətkarların içində sənədlər olan bütün çantaları oğurladığını bildirib.

25 yaşlı Norman 2021-ci ilin avqustunda İngiltərə klubuna icarəyə verilib. Eyni zamanda, futbolçunun hüquqları 2021/2022 mövsümündə dörd görüş keçirdiyi Rusiyanın “Rostov” klubuna məxsusdur. Transferdən sonra futbolçu İngiltərə Premyer Liqasında “Norviç”in heyətində 9 oyun keçirib və bir qol vurub

Bütöv.az
4-01-2022, 11:04
Hörmətli deputatlar, parlament tərif yeri deyil...

Milli Məclis 2021-ci ilin payız sessiyasında hansı qiyməti aldı? Obyektiv meyarlarla, hakimiyyət qollarının səlahiyyət bölgüsü kontekstində məsələyə yanaşanda deyə bilərik ki, bəli, parlament prosedurları icra edib.

Ancaq keyfiyyət olaraq fəaliyyətinə dair aydın qiymət vermək bir qədər çətindir.
Parlamentin fəaliyyətinin dəyərləndirilməsi üçün indikatorlardan biri də cəmiyyətin baxış bucağıdır. Axı, parlament seçkili orqandır, xalqın seçdiyi nümayəndələr Milli Məclisin kreslolarında əyləşiblər.

Bəs ali qanunverici orqan cəmiyyətin parametrləri ilə yanaşanda müsbət qiymət aldımı? Buna birmənalı olaraq “yox” cavabı verə bilərik.

Təbii ki, bəzən cəmiyyət parlamentə yeri gəldi-gəlmədi ittiham səsləndirir, hansısa deputatın fikirlərinin ictimai fikir xaosu yaradacaq səviyyədə kontekstdən çıxarılaraq təqdim edilməsinin təsiri altında haray çəkir.

Biz bunun analizini aparmayacağıq - kim təqsirkardır, kim dezinformasiyalarda maraqlıdır və sair.

Ümumi tablo isə bunu deyir: Cəmiyyətin Milli Məclis barədə təsəvvürləri heç də müsbətə doğru dəyişməyib.

Təsəvvür edin, qarmaqarışıq və ziddiyyətli informasiyalar axınında hansısa deputat xalqın faydasına olan bir açıqlama verdikdə belə, hədəfə gəlir, ona qarşı kəskin mövqe sərgilənir.

Səbəb nə olursa-olsun, biz fikirlərimizi tirajlanmış və kampaniya xarakteri alan ictimai mövqe əsasında qurmayacağıq.

Yuxarıda yazdıqlarımız isə sadəcə parlamentə qarşı münasibətin ümumi nəticəsidir.

Qarşıda parlamentin 2022-ci il yaz sessiyası olacaq, bu sessiya belə demək mümkündürsə, parlamentin hökuməti mühakimə edəcəyi perioddur.

Yəni:

1. Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı dinləniləcək,

2. Ombudsmanın məruzəsi təqdim ediləcək,

3. Bələdiyyələrin fəaliyyətinə dair hesabat dinləniləcək,

4. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məruzəsi dinləniləcək,

5. 2021-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat deputatların süzgəcindən keçiriləcək.

Hesablama Palatası isə Milli Məclisin büdcə üzərində təftişedici nəzarətini keçirən ali audit orqanı kimi özünün rəylərini və hesabatlarını təqdim edəcək.

Yaz sessiyası gərgin keçəcək, yəni o mənada ki, deputatlar, daha doğrusu bir neçə deputat hesabatları oxuyacaq, rəqəmləri müqayisə edəcək.

Digərləri isə ya o sənədləri oxumayacaq, oxumadan təqdir edəcək, ya da oxuyub tərif yağdırmağı özlərinə borc biləcəklər.

Əslində isə parlament tərif yeri deyil, Milli Məclis sosial sifarişlərin hökumət üzərində mühakiməedici funksiyasını təsbit edən platformadır.

Təriflərlə isə mümkün deyil. Hörmətli deputatlar, tərif yağdıran vərdişlərinizi kənara atıb düzgün şəkildə qanunvericiliyin sizə tanıdığı formada hökumət üzərində nəzarətinizi təmin etməlisiniz.

Başa düşürük, mentalitetin bizə aşıladığı bir tezis də budur ki, tanıdığın, münasibətin olduğun insan haqqında tənqidi fikir bildirməyək. Onu da bilirik ki, hansısa deputatın icraedici hakimiyyətin nümayəndələri ilə isti münasibətləri var, amma siz məsələyə şəxsi müstəvidə yanaşmayın, qurumun fəaliyyətini təftiş edin.

Qış tətilindən qayıtdıqdan sonra hörmətli deputatları daha aktiv işləməyə çağırırıq.

Bu, həm də sosial çağırışdır...

Bütöv.az
4-01-2022, 11:00
Tanınmış sığorta eksperti Əli Bayramov işsizlikdən şikayətçidir.

Tanınmış sığorta eksperti Əli Bayramov işsizlikdən şikayətçidir.

Bütöv.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən ekspert bildirib ki, çıxış yolu kimi bu gündən taksi fəaliyyətinə başlayır:
“Hörmətli vətəndaşlar, mən, Əli Bayramov 1982-ci ildə Göyçay şəhərində anadan olmuşam. Həmin şəhərin 6 saylı orta məktəbində təhsil almışam. O zaman əla qiymətlər alan şagird olduğum üçün dövlətdən bonus alan iki nəfərdən biri olmuşam. Orta təhsil aldığım müddətdə sinif nümayəndəsi kimi fərqlənmişəm və müxtəlif fənlər üzrə olimpiada çempionu olmuşam. 1998-ci ildə Oksforda yola salınmışam və ciddi nəticələr əldə etmişəm. İngiltərənin Kent Universitetinin maliyyə-iqtisad fakültəsini bitirmişəm. Ölkə sığorta bazarında böyük təcrübəm var. Bir neçə böyük şirkətin rəhbər vəzifələrində təmsil olunmuşam. Sonuncu vəzifəm “Paşa Sığorta” ACS-nin İdarə Heyəti sədrinin 1-ci müavini olub. 2017-ci ilin iyul ayından etibarən işsizəm.
Artıq 5-ci il tamam olur. Avropada təhsil alıb, qayıdan zaman mənə dedilər ki, “ay Əli, qayıtma geri!”. Mən isə “Bəs mən qayıtmasam, o biri qayıtmasa, onda vətən nə olacaq? Vətənə bilik və mütəxəssis gərəkdir”. Qayıtdım. Şərəfli və uğurlu illər, iş fəaliyyəti həyata keçirdim. 17 illik fəaliyyətimin nəticəsində sosial sığorta büdcəm 282.000 manat olub. Zamanla haqqım, hüququm tapdanıldı ki, bu barədə də düşünürəm, geniş açıqlamalarım olacaq.
Dolana bilmirəm.
Çıxış yolu kimi sabahdan taksi fəaliyyətinə başlayıram.
Əgər taksi lazım olsa, mənə müraciət edin 077-707-77-70 (xarici müştərilər, ingilis və rus dillərində sərbəst danışıram)”.
4-01-2022, 10:39
Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.

Bütöv.az oxu.az-a istinadən xəbər verir ki, qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb.
Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 10-20 qəpik civarında bahalaşıb.
4-01-2022, 10:35
Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətlərində bahalaşma qeydə alınıb.

WTI markalı neftin fyuçersləri 0,45 % bahalaşaraq, bir bareli 76.42 ABŞ dolları olub.

“Brent” markalı neftin fyuçersləri 0,56 % faiz bahalaşaraq, bir bareli 79.42 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!