Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-10-2022, 22:49
Şahdağa qar yağdı


Şahdağa qar yağdı

Şahdağa qar yağıb, Əyriçaydan sel keçib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında (Bakı, Sumqayıt, Maştağa) şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb. Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.
18-10-2022, 22:42
Güləşçimiz dünya ikincisi oldu


Güləşçimiz dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yarışan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə uduzan idmançımız gümüş medalla kifayətlənib. Xatırladaq ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.
18-10-2022, 22:38
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə o, rəsmi "Twitter" hesabında paylaşım edib. “Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”, - paylaşımda qeyd olunub.
18-10-2022, 22:16
Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk


Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk

Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib. Butov.az xəbər verir ki, atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb. Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb. Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
18-10-2022, 22:09
Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk


Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk

Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib. Butov.az xəbər verir ki, atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb. Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb. Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
18-10-2022, 21:50
Qazaxıstan səfirliyindən 18 oktyabr təbriki


Qazaxıstan səfirliyindən 18 oktyabr təbriki

Qazaxıstan səfirliyi Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib. "Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq!", - təbrikdə deyilir.
18-10-2022, 21:48
Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək


Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək

Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqqında sazişi təsdiq edəcək. Butov.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
18-10-2022, 21:46
Elm Fonduna rəhbər təyin edildi - Sərəncam


Elm Fonduna rəhbər təyin edildi - Sərəncam

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
18-10-2022, 21:43
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı


İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib. Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb. Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.
18-10-2022, 21:40
Avropa İttifaqı da təbriklərə qoşuldu


Avropa İttifaqı da təbriklərə qoşuldu

Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib. “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, - təbrikdə deyilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!