Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 29-09-2022, 21:06
Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildi


Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildi

Argentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən danışıb, bu xüsusda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib. Sessiyada həmçinin Avropa Prokurorluq Xidmətinin rəhbəri Laura Kövesi, İrlandiya Prokurorluq Xidmətinin sabiq rəhbəri Ceyms Həmilton, Gürcüstan Baş Prokurorluğunun idarə rəisi Nikoloz Çinkoraşvili və Estoniyanın Şimal dairə prokuroru Kairi Kaldoja çıxış edərək öz təcrübələri bölüşüblər. Baş Prokurorluğun nümayəndə heyəti səfər çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşərək gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!