Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 8-04-2022, 16:00
Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir
Aprelin 7-də və 8-də İtaliyanın Sirakuza şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.

Butov.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hibrid formatda keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə videokonfrans vasitəsilə iştirak edən Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Görüşdə prokurorların fəaliyyətinin təkmilləşdirilməsinə dair bir sıra təşkilati məsələlər, o cümlədən prokurorluq orqanları əməkdaşlarının cinayətkarlığa qarşı mübarizə sahəsində biliklərinin artırılması və formalaşmış əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Assosiasiyanın Qlobal Təhsil Akademiyası və Prokurorların Mübadilə Proqramı kimi təşəbbüslərin gələcək perspektivləri və onların inkişafı ilə bağlı təyin olunmuş büdcə məsələləri müzakirə edilib, BPA-nın rəhbər vəzifələrinə seçkilər keçirilib, habelə qurumun illik maliyyə hesabatları dinlənilib.

Azərbaycanın Assosiasiyanın təsis olunduğu vaxtdan fəaliyyətinə verdiyi töhfə və səmərəli əməkdaşlıq əlaqələri nəzərə alınaraq ölkəmizin prokurorluq orqanlarından bir nəfər əməkdaşın təşkilatın Katibliyinə 1 il müddətinə ezam olunması müzakirə olunub. Həmçinin tədbirdə əvvəlki iclaslarda ölkəmiz tərəfindən dəstəklənmiş qurumun 10-cu Regional Konfransının 2023-cü ildə İstanbul şəhərində, 2024-cü ildə baş tutacaq Assosiasiyanın Ümumi yığıncağı və illik konfransının isə Bakı şəhərində keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Tədbirdə iştirak etmək üçün İtaliyaya ezam olunmuş Baş prokurorun müavini Heydər Məmmədov və prokurorluğun digər əməkdaşları Sirakuza Beynəlxalq İnstitutunun rəhbərliyi, həmçinin BPA-nın Katibliyi və İcraiyyə Komitəsinin üzvləri ilə görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!