Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 29-06-2021, 18:10
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Belarusda səfərdə olub

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının İstintaq Komitəsinin yaradılmasının on illiyi və Komitənin ixtisasartırma və peşə hazırlığı institutunun yaradılmasının ildönümü ilə əlaqədar “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün Minskdə səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın gedişində Baş prokurorun birinci müavini çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də ardıcıl aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Həmçinin iştirakçılara “Azərbaycan Respublikası timsalında prokurorluq işçilərinin peşə hazırlığı sahəsində müasir tendensiyalar” adlı elmi məqalə təqdim olunub.
Çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzuya dair suallar ətraflı cavablandırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Belarus Respublikasının İstintaq Komitəsinin sədri Dmitri Qora arasında görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında zəngin tarixə malik və ilbəil daha da dərinləşən münasibətlər diqqətə çatdırılıb, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin nümayəndə heyəti Belarus Respublikasının Baş prokuroru Andrey Şved tərəfindən qəbul edilib. Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub. Bundan başqa, nümayəndə heyəti konfransda iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!