Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir .....                        Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı .....                        Kreml Avropa liderlərini Moskvaya dəvət etdi .....                        "Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI .....                        İlham Əliyev Fərman imzaladı .....                        Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib .....                        Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq .....                        Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL .....                        Daha bir minib-düşmə yeri yaradıldı - FOTO .....                       
Tarix : 16-01-2017, 19:30
Rüstəm Usubov Rusiyada tədbirdə iştirak etdi

Yanvarın 11-dən 13-dək Rusiya Federasiyası Baş prokurorunun dəvəti ilə Rusiya Prokurorluğunun 295 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka ilə görüşərək azərbaycanlı həmkarının yubiley münasibəti ilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da genişlənməklə dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilmiş təntənəli yubiley mərasimində iştirak edib.

Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Nümayəndə heyətimiz mərasimdə iştirak edən Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətimizi ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu müşahidə edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!