Balaca adamın yekə buketi .....                        Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                       
16-09-2022, 16:45
ABŞ-dakı səfirliyimiz qarşısında erməni təxribatı


ABŞ-dakı səfirliyimiz qarşısında erməni təxribatı

Sentyabrın 15-də ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirməyə cəhd ediblər. Butov.az xəbər verir ki, aksiya iştirakçıları səfirliyimiz tərəfindən Azərbaycanın Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla "qarşılanıblar”. Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər. Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatların yazıldığı plakatlar və qondarma “bayraqlarla” səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin onlar bu istəklərinə də nail ola bilmədən, plakatlarını da qoyub ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar. Azərbaycan səfirliyinin qarşısında üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanıb və Dövlət Himninin sədaları ucadan səsləndirilib. Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.
16-09-2022, 16:40
Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydı


Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydı

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı yeni açıqlama yayıb. Butov.az xəbər verir ki, şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib: "Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək". Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi. Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.
16-09-2022, 16:31
Hərbçilərimiz yaralı erməni əsgərə yardım edib


Hərbçilərimiz yaralı

Sərhəddə baş vermiş atışma nəticəsində Ermənistan ordusu ağır itkilər verib. Qarşı tərəfin 450-ə yaxın hərbçisinin döyüşlərdə məhv edildiyi bildirilir. Bundan əlavə, erməni hərbçiləri arasında xeyli sayda yaralılar da var. Butov.az xəbər ki, sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin yaralı erməni əsgərə ilkin tibbi yardım göstərməsinin görüntüləri yayımlanıb. Kadrlardan göründüyü kimi, hərbi qulluqçularımız yaralı erməni əsgərə yardım edərək, onun həyatını xilas ediblər.
16-09-2022, 16:26
“Qarabağ”ın qələbə qazandığı oyundan fotolar


“Qarabağ”ın qələbə qazandığı oyundan fotolar

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər. Butov.az görüşdən maraqlı görüntüləri təqdim edir:







15-09-2022, 22:24
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub. Butov.az xəbər verir ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib. Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb. Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.
15-09-2022, 22:23
Erməni tərəfi: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib”


Erməni tərəfi: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib”

Ermənistanın “Hayalig” nəşri Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən bir sıra strateji əhəmiyyətli ərazilər və yüksəkliklər üzərində nəzarəti itirməsi ilə bağlı məlumatlar yayıb. Butov.az xəbər verir ki, bu informasiyanın həqiqətdən uzaq olmadığını nəzərə alaraq, oxucularımızın diqqətinə təqdim edirik. Beləliklə, “Hayalıg” aşağıdakı ərazilərə nəzarətin itirildiyini qeyd edir:
- Göyçə mahalında 25 kvadrat kilometr ərazi itirilib;
- Yuxarı Zağali istiqamətində 4,5 km irəliləyən Azərbaycan Silahlı Qüvvələri Xorapor dağına (2906 m) çatıb;
- Azərbaycan ordusu Yuxarı Şorca istiqamətində 8 km irəliləyərək Divasar hündürlüyü (2747 m), Qılıncaq (2851 m) və adsız yüksəklikdə (2484 m) nəzarəti təmin edib.
- Ordumuz Əzizli istiqamətində 7 km irəliləyərək adsız yüksəkliyi (2338,6 m) tutublar. Nəşr onu da iddia edir ki, son 2 ildə Azərbaycan ordusu hərbsizləşdirilməmiş zonanın təxminən 150 kvadrat km ərazisinə nəzarəti bərqərar edib.

15-09-2022, 22:18
"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi


"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi

Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub. Butov.az xəbər verir ki, fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər. "İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!