Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
30-09-2022, 16:11
Bu vasitələr gömrük rüsumundan azad ediləcək


Bu vasitələr gömrük rüsumundan azad ediləcək

Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilib. Butov.az xəbər verir ki, dəyişikliklə təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad edilir. Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq. Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
30-09-2022, 16:02
Apteklərdə yod qıtlığının səbəbi açıqlandı


Apteklərdə yod qıtlığının səbəbi açıqlandı

Son günlər Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə media və sosial şəbəkələrdə xəbərlər yayılır. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirlər. Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib. Mərkəzin İdxal-İxrac şöbəsindən bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib:“O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq. Qeyd edək ki, AEM-də olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib. Xatırladaq ki, nə Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir”.
30-09-2022, 15:56
Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə iştirak ediblər


Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə iştirak ediblər

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyənin paytaxtı Ankarada "Sonsuzadək qardaşlıq" təlimlərində iştirak ediblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Azərbaycan, Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları iştirak ediblər.



30-09-2022, 15:54
Prezidentlər arasında təkbətək görüş olub


Prezidentlər arasında təkbətək görüş olub

Sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək görüşü olub. Butov.az xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.

30-09-2022, 15:52
Məhkumlara videogörüşlər keçirmək hüququ verilir


Məhkumlara videogörüşlər keçirmək hüququ verilir

Azərbaycanda məhkumların videogörüşlər keçirməsinə dair layihə I oxunuşda qəbul edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısamüddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. Digər dəyişikliklə Məcəlləyə yeni 84.1-1-ci maddə əlavə edilir. Yeni maddədə qeyd edilib ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq. Müzakirələrdən sonra Məcəlləyə dəyişikliklər I oxunuşda qəbul olunub.
30-09-2022, 15:50
Bayrağa hörmətsizlik edən vəzifəli şəxs şəhid övladıdır - Rəsmi


Bayrağa hörmətsizlik edən vəzifəli şəxs şəhid övladıdır - Rəsmi

“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı Aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”. Bunu Bərdə Rayon İcra Hakimiyyəti hadisə ilə bağlı yaydığı məlumatda qeyd edib. Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
30-09-2022, 15:48
Prezidentin Sofiyada rəsmi qarşılanma mərasimi olub


Prezidentin Sofiyada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb. Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olunub. Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.
30-09-2022, 15:46
Oktyabrın ilk gününə olan hava proqnozu


Oktyabrın ilk gününə olan hava proqnozu

Sabah, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.
30-09-2022, 15:44
Deputat parlamentdə şəhidlərlə bağlı məsələ qaldırdı


Deputat parlamentdə şəhidlərlə bağlı məsələ qaldırdı

“Nazirlər Kabinetinin müvafiq qərarından sonra şəhid adlarının küçələrə verilməsi ilə bağlı çətinliklər yaranıb”. Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Razi Nurullayev deyib. O qeyd edib ki, şəhid ailələri onların adını yaşatmaq üçün adlarının küçələrə verilməsini istəyirlər:“Amma bu mümkün olmur. Sənədlərə əsasən yalnız ordenlə təltif edilən şəhidlərin adları əbədiləşdirilir. Bununla əlaqədar sənədlərdə dəyişikliklər edilməsini təklif edirəm. Hesab edirəm ki, icra hakimiyyətləri bununla əlaqədar özləri qərar verməlidirlər”.
30-09-2022, 15:39
Özbəkistanla bağlanan 4 saziş təsdiqləndi


Özbəkistanla bağlanan 4 saziş təsdiqləndi

Milli Məclis Özbəkistanla bağlanan 4 sazişi təsdiq edib. Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında məsələlər ayrı-ayrılıqda müzakirə edilib. Həmin sazişlər “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişdir. Qeyd olunan sənədlərlə bağlı qanun layihələri müzakirələrdən sonra səsverməyə qoyularaq, qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!