Netanyahu Türkiyəyə qarşı çıxdı .....                        Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb .....                        Paşinyan:Azərbaycanla Gürcüstanın dostluq modelindən ruhlanırıq .....                        111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər .....                        Putin onu MDB ölkələri üzrə xüsusi nümayəndə təyin etdi .....                        Keçmiş baş nazir öldü .....                        Azərbaycanda dövlət xidmətləri üzrə xərclər azaldılır .....                        “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edildi .....                        Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq .....                       
28-12-2021, 14:56
Rusiya və Ukrayna arasındakı gərginlik bu ölkəyə sərf edir!
[/cente[center]
Rusiya və Ukrayna arasındakı gərginlik Moldovada da yaxından izlənilir. Moldova Prezidenti Maya Sandu ötən gün Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı mətbuata açıqlama verərkən "vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək” deyib.

Xanım prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir. Məsələ ondadır ki, Ukrayna kimi Moldova da Kremlin "mətbəx məhsulu” olan Dnesteryanı münaqişə ilə mübarizə aparır. Moldovanın eks-prezidenti, Rusiyaya meyilli olması ilə xatırlanan İqor Dodonun hakimiyyətdən getməsi və yerinə qərbyönlü Maya Sandunun gəlməsi Dnesteryanıda gərginliyin artması ilə müşahidə edilib.


Sandu Kremlin Dnesteryanı üzərindən Kişinyova təziq edəcəyini bildiyi üçün hakimiyyətə gələr-gəlməz Rusiyadan qoşunlarını bu ərazidən çıxarmasını tələb etdi. Prinsip etibarilə Sandu bu gün də bu tələbində israrlıdır, lakin Dnesteryanıya hərbi müdaxilə edərək Kremllə üz-üzə gəlmək istəmir.

Hesab edirəm ki, Rusiya və Ukrayna gərginliyindən Sandu maksimum dərəcədə istifadə etməyə çalışır. Bir müddət öncə ABŞ tarixin ən böyük təchizatını Yunanıstandakı

Evros (Dədəağac) bölgəsində həyata keçirdi. Belə ki, rəsmi Vaşinqtona məxsus min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi Yunanıstanın Evros (Dədəağac) bölgəsinə yerləşdirildi. Bu qüvvənin ehtimal olunan gərginlik halında Ukraynanın yardıma gedəcəyi hər kəsə bəllidir. Bundan başqa, Vaşinqton bu hərbi qüvvənin heç də hamısını Yunanıstana yerləşdirməyəcyini, onların Bolqarıstan, Ruminiya və Moldovaya daşınacağını açıqlamışdı. Yəni rəsmi Kişinyov həm Kremlin başını Ukraynada qatmaq, həm də rəsmi Kiyevə dəstək vermək üçün ölkəsini ABŞ üçün açıq elan edir.

Sandunun əsas hədəfi isə Ukrayna - Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnesteryanı bölgəni separatçılardan təmizləməkdir. Təsadüfi deyil ki, xanım prezident son açıqlamsında "biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq” deyib.

Sandu anlayır ki, belə bir fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnesteryanıya hərbi müdaxilə etmək üçün Qərblə və ABŞ-la danışıqlar aparır.

Turan Rzayev
28-12-2021, 11:06
"Qalatasaray" Mustafa Məhəmmedi transfer etdi

"Qalatasaray" misirli futbolçu Mustafa Məhəmmedi transfer edib.

Bütöv.az xəbər verir ki, klub Mustafa üçün 4 milyon dollar ödəyəcək.

Məlumata görə, futbolçu ilə 2025-ci ilə qədər müqavilə imzalanıb.
28-12-2021, 10:59
Yəqin ki nazirliyin bundan XƏBƏRİ YOXDUR... - VİDEO

Redaksiyamıza Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu bir şikayət ünvanlayıb videomüraciətlə.

Onun dediyinə görə, onların Cəlilabad rayon Ağdaş ərazisində tibb məntəqəsi bir fəaliyyət göstərmir. Köhnə Sovetlər dönəmindən qalan bir binada tibb məntəqəsidir, orada xəstələrə yardım üçün hər hansı bir dava-dərman yoxdur və hətta xəstələrin qeydiyyat kitabı belə yoxdur. Yalandan 4-5 nəfər tibb işçisi orada əyləşib, hazır əmək haqqı alıb gün keçirdilər.
Vətəndaş Ölkə başçısından kömək istəyir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

DİA.AZ narazı vətəndaşın gileyini təqdim edir:



Bütöv.az
28-12-2021, 10:36
Dünya bazarlarında təbii qazın son qiyməti

Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,02%% artaraq 4,14 ABŞ dolları təşkil edib.
28-12-2021, 10:20
Yanvarın 1-dən bu avtobuslara icazə verilməyəcək? - VİDEO

Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.

Bütöv.az xəbər verir ki, bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.

Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var.

Ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.

Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, "Bakı Bus" avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusun isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.

Ekspert onu da bildirib ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız Avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə, paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər, xətlərdən çıxarılmayacaq.

28-12-2021, 10:18
Şamaxı sakinləri: “Şamaxını əvvəlcə zəlzələ dağıtdı, sonra da Tahir Məmmədovun komandası”

2018-ci ildə Tahir Məmmədov Şamaxıya icra başçısı təyin olunanda rayon sakinləri böyük ümidlərə qapıldılar. Necə də olsa da, gənc kadr idi, indiyə qədər haqqında mənfi obraz formalaşmamışdı və ən əsası Prezident etimad göstərərək yüksəs vəzifəyə təyin etmişdi. Camaat inanırdı ki, tezliklə Şamaxının yığılıb qalan problemləri öz həllini tapacaq, bu qədim diyarın da üzərinə gün işığı düşəcək. “Bir küçəsi abad” olan qədim Şamaxının da abadlaşacağı günü gözləyən sakinlərin elə gözləri yolda qaldı. İndi isə şamaxılılar deyir ki, “Şamaxını əvvəlcə zəlzələ dağıtdı, sonra da Tahir Məmmədovun komandası”…

Pia.az-a Şamaxıdan dazil olan məlumatda bildirilir ki, icra başçısı təyin olunandan sonra yerli kadrlara qarşı savaş açan T.Məmmədov öz adamlarını ən strateji postlara təyin etməklə rayonda bütün sahələrə nəzarəti ələ keçirdi. Yerli şəraitə bələd olmayan, camaatla adicə ünsiyyəti düzgün qura bilməyən “kabinet məmurları” şamaxılılara qan uddurmağa başladılar. Evini zəlzələdə evləri dağılanları bir də məmurlar incitməyə başladı.

Şikayətçilər qeyd edirlər ki, Şamaxı zəlzələsindən sonra rayonda əsl “korrupsiya zəlzələsi” başlanıb. Belə ki, dövlət tərəfindən ayrılmış vəsaitlərin talanması yetmirmiş kimi, evlərinə ziyan dəyənlərdən təmir işləri ilə bağlı pul yığılmasına start verildi. Cənab Prezident tərəfindən ayrılmış vəsait sağa-sola xərclənərək inşa olunan mənzillər “açıq” şəklində qanunsuz satılıb. Hətta dərəbəylik o həddə çatıb ki, istənilən şəxs babat “şirinlik” verdikdə siyahılara əlavə olunaraq evində təmir işləri aparılır. “Şirinlik” yaxşı olanda isə hətta yeni ev belə tikilir. Bütün bu qanunsuz işlərə isə Tahir Məmmədovun ən yaxın adamları rəhbərlik edir.

Şikayətçilər bildirir ki, Şamaxı rayonunda infrastruktur bərbad vəziyyətdədir. Adi halda yağış yağan kimi bir çox küçələr keçilməz vəziyyətə düşür. Yollar çox bərbad vəziyyətdədir, düzəlməsi isə deyəsən, heç gündəmdə deyil. Rayon mərkəzində işiq və qaz saatlarla verilmir və bu şikayətlərə baxan da yoxdur. Yayın günündə su günlərlə gəlməyə bilər, heç kimə bunun səbəi ilə bağlı izah verilmir və heç kim də tənbeh olunmur.

Rayon mərkəzində küçələri zibil basıb. Bu gün zibil, tullantı qalaqla qapılarda qalıb iylənir, küçələri üfunət iyi basıb…

Cənab Prezidentin Şamaxıya məişət tullantılarının atılması üçün xüsusi maşınlar ayırmasına baxmayaraq, ayda cəmi bir-iki dəfə zibil atılır. Yeni verilmiş maşınlar yönəldilib Çuxuryurd, Nağaraxana istiqamətinə, çünki istirahətə gələnlər zibil atılmasına yaxşı pul verir və bu təmiz gəlir olaraq Tahir müəllimin ixtiyarındadır..

Bu hələ rayon mərkəzində olan vəziyyətdir, kəndlərdə vəziyyət daha acınacaqlıdır və kəndlər haqqında heç danışmağa da dəyməz. İşlədiyi müddətdə Tahir Məmmədov bəlkə cəmi bir dəfə hər hansı bir kənddə olub, mövcud problemlərlə bağlı isə ümumiyyətlə heç bir iş görülməyib.

Şikayərçilər qeyd edirlər ki, Şamaxıda digər bir ağrılı problem isə işsizlikdir. Əvvəllər əhalinin çox hissəsi dolanacaq üçün Rusiyaya üz tutsa da, son zamanlar pandemiya səbəbindən bu da mümkün deyil. Aztəminatlı ailələrin cüzi dolanacaq mənbəyi kimi ictimai işlərin açılması, onların maaş kartları ilə təmin olunmasına baxmayaraq, Şamaxıda bu işlər də hamı üçün əlçatan deyil. Bildirilir ki, icra başçısının məsləhət bildiyi şəxslər həmin maaş kartlarını alırlar. Əgər lazımi strukturlar məsələni dərindən araşdırsalar, dəhşətli faktların üstünü aça bilərlər.

Sitat: “Bu gün Şamaxıda kütləvi narazılıq hökm sürür. Bütün sahələrdə total korrupsiya və rüşvətxorluq dərin kök salıb. İnsanların şikayətinə baxan yoxdur, narazılıq edənlər təqib olunur, incidilir. Bütöv bir rayon bir neçə şəxsin maraqlarına tabe edilib, özəl müəssisəsinə çevrilib.

Tahir Məmmədovun özünü toxunulmaz hesab etməsinin əsas səbəblərindən biri isə xüsusilə maraqlıdır. O hər yerdə özünü sırf Ramin Quluzadənin kadrı kimi təqdim edir, vəzifəyə məhz onun təqdimatı əsasında gəldiyini gizlətmir. Nəzərə alsaq ki, Tahir Məmmədov Ramin Quluzadənin nazir olduğu dönəmdə icra başçısı təyin olunmuşdu, onda bunu həqiqət olduğunu demək mümkündür. Bu gün Ramin Quluzadənin Prezidentin işlər müdiri olduğunu nəzərə alsaq, Tahir Məmmədovun özünü hansı prestijdə hiss etdiyini təsəvvür etmək çətin deyil.

Bax, özünü Prezidentin əsgəri adlandıran şəxslər yerlərdə bu əməllərlə məşğuldurlar. Prezidentin xüsusi diqqət yetirdiyi Şamaxıda baş verənlərdən yəqin ki, məlumatı yoxdur. Ona düzgün məlumat çatdırılsa aydın olar ki, rayonda sırf onun siyasətinə zərbə vuran əməllər törədilir. Lakin hələ ki, T.Məmmədov və komandası necə deyərlər, cidanı çuvalda gizlədə bilirlər. Amma bu çox davam edə bilməz. Həqiqətlər üzə çıxanda yəqin ki, əsl zəlzələ onda baş verəcək!”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Bütöv.az
28-12-2021, 10:14
Namiq Xıdırovun “QOHUM-ƏQRABA MAFİYASI” –  VİDEO

Son iki il ərzində meşə təsərrüfatına Namiq Xıdırov tərəfindən vurulan ziyanın miqyası o qədər genişdir ki onun fəsadlarını növbəti illər ərzində ödəmək çox çətin olacaq.

Demək olar ki meşə təsərrüfatının icra mexanizmi tamam məhv edildi. Uzun illər yetişən kadırlar işdən uzaqlaşdırıldı,strukturun ayağı başına başı ayağına çevrildi. Bütün sahələr üzrə uçot işləri ləğ olundu, qırma sahələri harda gəldi ayrıldı,meşə salma işi məhv oldu,toxumçuluq üzrə olan kadrlar və texnologiya geri atıldı,meşəbəylik skruktu pozoldu,baş meşəbəyilərə aid olan işlər bərbat hala salındı. Bu da axırı, Namiq Xıdırovun hardansa tapıb təyin etdiyi Adəm İsmiyev kimlər bundan artıqına qadir ola bilməzdi, meşə təsərrüfatının inkişafı onun qorunması ilə məşğul olmaq əvəzinə selfi çəkməklə məşğul olur. Masallı Yardımlı Cəlilabad boyda rayonların meşə sərvətini idman müəlliminə tapşıranda belə də olmalı idi . İndi araşdıran oldumu ki Adəm İsmiyev iki ilə yaxın müddətdə regional idarədə nə etdi ?

Hansı işlər gördü ? Nə əkdi, nə biçdi ? İki ildə ayrılan qırma sahələri təftiş olundumu? Əvvəlki illərdə əkilən meşə əkinlərini necə oldu ? İki ildə özü nə əkdi, nə yetişdirdi ?

İctimayətə bu barədə də məlumat verilməlidir. Yoxsa ərizəsi alındı və heç nə olmamış kimi getdi öz işinim ardına. Belə də idarəçilik olar?

Üç rayonun meşə təsərrüfatı iflic vəziyyətinə gətirildi və bir ərizə ilə Adəm İsmiyev gülə-gülə getdi evinə. Kim cavab verəcək bu pozuntulara?

İki il ərzində Adəm İsmiyevin fəaliyyəti nəticəsinə meşə sahələri öz başına buraxıldı, qanunsuz qırma sahələri ayrıldı,meşələrdə işlik materialları hazırlandı və sexlərə daşındı, hazırda Masallıda olan ağac emalı sexlərində kifayət qədər mal var. Rayonda bu barədə hamının məlumatı var. Niyə bu məsələ əsaslı surətdə araşdırılmır. Ona görə ki Namiq Xıdırov və onun mühafizə üzrə müavini Mohuma Heracıyev buna imkan vermir.

Yəqin ki, bu yaxınlarda Namiq Xıdırovun Şabrana direktor təyin etdiyi qohumu digər idman müəllimi, Sabirabada təyin etdiyi əmək müəllimi, Lənkərana təyin etdiyi direktoru, Göygölə təyin etdiyi baytar həkimi barəsində də yeni selfilər üzə çıxacaq.

Deyilənə görə özünü xəstəliyə vuran Namiq Xıdırov indi də bülüten götürüb gizlənir. Bir azdan da məlum olacaq ki, cıxıb gedib xaricə, yəni qaçıb.

Hesab edirik ki Maliyyə nazirliyinin, İqtisadiyyat nazirliyinin və digər aidiatı qurumlardan ibarət geniş tərkibdə komissiya yaradılıb Namiq Xıdırovun faliyyəti, onun icazə verdiyi qırma sahələri, əkin yerləri və s işləri yoxlanılıb bu barədə ictimayətə məlumat verilməlidir, həm də bu yoxlama müstəqil mütəxəssislərin iştirakı ilə aparılmalıdır. O zaman tam məlum olacaq ki, Namiq Xıdırov və onun dostları Mohuma Heracıyev, Mehman Səfərov dövlət meşələrinə nə qədər ziyan vurublar. Yoxsa ki, onların bu dırnaqarası fəaliyətini sonradan kim aradan qaldıracaq.

Yaxsa bunlar ərizə verib qaçıb gedəcək və hər şey düşəcək bu beş üç nəfər yetim meşəçilərin üzərinə.

Bir də yol vermək olmaz, qoy hər şeyə görə cavab versinlər və meşə təsərrüfatına vurduqları ziyanı hər üçü də ödəsinlər.



(Qaynarxett.az)

Bütöv.az
28-12-2021, 10:07
İrakli Qaribaşvili: “Bakı və İrəvan münasibətlərin yeni mərhələyə keçməsində maraqlıdırlar”

“Bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.

Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində - bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır: “Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun (humanitar razılaşma – red.) ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.

İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib: “Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.

Bütöv.az
27-12-2021, 20:12
Azərbaycanda son sutkada 306 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb 560 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib, aktiv xəstə sayı 10 970 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, ötən müddət ərzində isə ümumilikdə 5 824 190 test aparılıb.

Bütöv.az
27-12-2021, 20:07
Polis “Sədərək”də əməliyyat keçirib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb - FOTO - VİDEO

Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat keçirilib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb.

Əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.

Onların ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər üç şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Həmin şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.





Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!