COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 28-08-2022, 01:15
ABŞ və Fransa səfirləri Şuşaya getməkdən imtina etdilər


ABŞ və Fransa səfirləri Şuşaya getməkdən imtina etdilər

Bu gün Şuşada beynəlxalq konfrans işə başlayıb. Konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub. Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir. Nədənsə belə mötəbər tədbirdə ABŞ və Fransanın ölkəmizdəki səfirləri gözə dəyməyib. Səbəbinə gəlincə, məlum olur ki, hər iki ölkənin Bakıdakı səfirlərinə konfransda iştirakla bağlı dəvət göndərilsə də, onlar Şuşaya getməkdən imtina ediblər. ABŞ və Fransa diplomatlarının Şuşa konfransında iştirak etməməsi ortaya ciddi suallar doğurur. Qəribədir ki, adları çəkilən ölkələrin səfirləri bundan öncə də Azərbaycanın mədəniyyət paytaxtında təşkil olunan beynəlxalq tədbirlərə qatılmamışdılar. Bununla bağlı səfirliklərdən rəsmi açıqlama verilməsə də, səbəblər barədə müxtəlif fikirlər irəli sürmək olar. İlk növbədə Ermənistan amili və 44 günlük Vətən müharibəsindən sonra tarixə qovuşmuş ATƏT-in Minsk Qrupu məsələsi diqqət çəkir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və İrəvanla körpüləri yandırmaq istəmirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə ABŞ dövlət katibi Entoni Blinkin Minsk Qrupu məsələsini gündəmə gətirməklə, rəsmi Bakının haqlı etirazına səbəb olmuşdu. Bu mənada demək olar ki, həm Vaşinqton, həm də Paris yaxın dostları Ermənistanla əlaqələrə xələl gətirməmək üçün Şuşaya getməkdən imtina ediblər. Əlbəttə, belə destruktiv mövqe Fransa və ABŞ-ın Azərbaycanla münasibətlərdə, eləcə də Bakı və İrəvan arasında sülh danışıqlarında səmimi olmadığını göstərir. Bu addım həm də ondan xəbər verir ki, ABŞ və Fransa Cənubi Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında o qədər də maraqlı deyillər. Əksinə Minsk Qrupu formatını yenidən dövriyyətə buraxmaqla problemin uzun müddət qalmasına çalışırlar. Digər tərəfdən işğalçı ölkənin tərəfini tutmaqla Ermənistandan heç nə ilə fərqlənmədiklərini göstərirlər. Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib. Deyib ki, onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”, - Prezidentin köməkçisi qeyd edib. Xatırladaq ki, Fransa və ABŞ səfirlərindən fərqli olaraq, Şuşa konfransına qatılan nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar. Konfransa Türkiyədən qatılan diplomat və hərbi attaşelərin Ankara-Füzuli aviareysi ilə ölkəmizə gəlmələri xüsusi əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhəri, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıblar. Sonra Şuşa şəhərinə yola düşən heyət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə yolüstü baxış keçiriblər. Konfrans iştirakçıları daha sonra Şuşa şəhərinin görməli yerləri ilə tanış olacaqlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!