Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
6-08-2025, 19:07
Xankəndidə daha bir məktəb olacaq


Xankəndidə daha bir məktəb olacaq

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək.
Bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli deyib.
O, Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi tədbiri çərçivəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxışında ərazidə məskunlaşan əhalinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyini vurğulayıb.
T.Kərimli bildirib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, Ballıca, Həsənriz, Talış və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib:
"Hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binasının inşası davam etdirilir. Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulan 7 ədəd 5 mərtəbəli binada əsaslı təmir işləri tamamlanmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq görülür. Universitetin klinikasının tədris korpusunun təmiri üzrə son tamamlanma işləri aparılır".
Onun sözlərinə görə, ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb. Suqovuşan - Sərsəng su anbarı - Qozlukörpü - Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir.
Bundan başqa, Xankəndi şəhərində 13600 metr uzunluğunda olan şəhərdaxili yol sahəsinə müvəqqəti asfalt örtüyü çəkilib. Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri də aparılıb.
6-08-2025, 17:51
Xəzərin dayazlaşması müzakirə edildi


Xəzərin dayazlaşması müzakirə edildi

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Xəzər dənizinin dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin əsas istiqamətləri müzakirə olunub.
İclasda çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirib.
Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd etdi, su səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.
Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.
Baş nazirin müavini Şahin Mustafayev qeyd etdi ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.
İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.
6-08-2025, 17:35
Rəşad Nəbiyev Talqat Aldıbergenov ilə görüşüb


Rəşad Nəbiyev Talqat Aldıbergenov ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb.
Görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.


6-08-2025, 17:15
Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi


Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.
Bu barədə Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.
"Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.
Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.
İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram", - məlumatda qeyd olunub.
6-08-2025, 17:01
Azərbaycanda yeni tariflər təsdiqləndi


Azərbaycanda yeni tariflər təsdiqləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının təşkil etdiyi ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.
Qərarı nazir Rəşad Nəbiyev imzalayıb.
Qərara əsasən, ölkədaxili telekommunikasiya kanallarına qoşulma ilə bağlı tarif kanalın tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50 manat, kanallardan istifadə ilə bağlı aylıq tariflər isə aşağıdakı kimi təsdiqlənib:
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

6-08-2025, 16:38
Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti


Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycandakı missiyasını başa çatdırır. Azərbaycan cəmiyyətində bu təşkilatın son 33 ildəki fəaliyyəti ilə bağlı dərin narazılıq uzun müddətdir mövcuddur. Xüsusilə Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən girov götürülən, itkin düşən azərbaycanlılarla bağlı konkret və nəticəverici addımların atılmaması, təşkilatın neytral və humanitar missiyasına dair ciddi suallar doğurmuşdu.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətini dayandırmasından sonra bu istiqamətdə işlər dayandırılmayacaq.
"Ölkədəki aidiyyəti qurumlar və Azərbaycan Qızıl Aypara Cəmiyyəti qarşılıqlı koordinasiya ilə humanitar öhdəliklərin icrasını davam etdirəcək”, - o qeyd edib.
Baş katibin sözlərinə görə, humanitar hərəkatın üç əsas üzvü var: Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və yerli milli cəmiyyətlər:
“Yerli cəmiyyətlər münaqişə və böhranlar zamanı digər iki qurumla koordinasiya şəklində fəaliyyət göstərir. Xüsusilə silahlı münaqişələr və siyasi qarşıdurmalar zamanı əsir və itkin düşmüş şəxslərlə bağlı fəaliyyətlər - onların dəyişdirilməsi, ailələri ilə əlaqələrin bərpası kimi öhdəliklər birbaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına daxildir. Ancaq Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkədə artıq fəaliyyət göstərmədiyi şəraitdə, bu öhdəliklərin icrası üçün müxtəlif qurumların koordinasiyalı əməkdaşlığı zərurətə çevrilir”.
Ceyhun Mirzəyev qeyd edib ki, hazırda Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi fəaliyyət göstərir və müvafiq məsələlərin həllində mühüm rol oynayır:
“Eyni zamanda, Suriyada və İraqda hərbi münaqişələrə cəlb olunmuş azərbaycanlılar, Liviyada həbsdə olan vətəndaşlarımız da var. Bundan sonra həmin şəxslərə səfirliklərimiz vasitəsilə baş çəkiləcək, onların ailələrinə göndərmək istədikləri məktublar, eləcə də son vəziyyətləri ilə bağlı məlumatlar bizim tərəfimizdən ailələrə çatdırılacaq. Bu proseslər də hökumət, xüsusilə Xarici İşlər Nazirliyi ilə koordinasiya şəklində baş tutacaq”.
Baş katib bildirib ki, bu mərhələdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti hətta qondarma rejimin üzvləri ilə bağlı da müəyyən səfərləri və müşahidə fəaliyyətlərini həyata keçirə bilər. Lakin burada bəzi suallar hələ açıq qalır:
“Biz həmin şəxslərə baş çəkə bilərik. Lakin bu səfərlərin nəticəsi olaraq hazırlanacaq hesabatlar BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq strukturlar tərəfindən qəbul ediləcəkmi? Bizim hansı səviyyədə, hansı standartlarla hazırladığımız hesabatlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunacaqmı? Bu suallar hələ açıq qalır”.
Buna baxmayaraq, Ceyhun Mirzəyev humanitar sahədəki bəzi fəaliyyətlərin - məktublaşmalar, ailə üzvləri ilə əlaqələrin bərpası, sosial inteqrasiya və s. istiqamətlərin bundan sonra da mümkün olacağını vurğulayıb:
“Biz Qızıl Aypara Cəmiyyəti olaraq, əhalinin inteqrasiya prosesinin bərpası üçün hazırıq. Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini dayandırmasından sonra da biz dövlət strukturları, XİN və digər qurumlarla birgə, öz mandatımıza və strateji fəaliyyət planımıza uyğun olaraq, humanitar istiqamətdə işlərimizi davam etdirəcəyik. Qızıl Aypara Cəmiyyəti, digər bütün milli cəmiyyətlər kimi, dövlətə yardımçı və dəstəkçi rolu oynayır”.
6-08-2025, 16:03
25 yaşlı futbolçu vəfat etdi


25 yaşlı futbolçu vəfat etdi

Ukraynanın "Zorya" klubunun yarımmüdafiəçisi Volodimir Belotserkovets 26 yaşında vəfat edib.
Bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Futolçunun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, S.Belotserkovets Ukraynada “Metallist”in (Xarkov) yetirməsidir və eyni zamanda “İnqulets” klubunda çıxış edib. O, “Zorya”nın heyətində 11 oyun keçirib, bir məhsuldar ötürmə verib.
6-08-2025, 15:45
Azərbaycana qarşı informasiya hücumunu arxasında KİM DAYANIR...


Azərbaycana qarşı informasiya hücumunu arxasında KİM DAYANIR...

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən Azərbaycana qarşı aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan “Facebook” vasitəsilə hələ də davam etdiyini müşahidə edir.
Belə ki, bir sıra səhifələr (“Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkədə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.
Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində “Facebook”da paylaşıldıqdan sonra istifadəçilərdən “Telegra.ph” kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər:
"Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır".



6-08-2025, 15:33
Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü


Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü

Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşüb.
Hadisə Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini 29 yaşlı Elşən Abdullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq öncə ağaca dəyib, daha sonra isə aşıb.
Qəza zamanı sürücü Elşən Abdullayev və onun atası 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xətəxanasına yerləşdiriliblər.
Məlumata görə, avtomobildə sürücünün anası da olub, lakin qadın xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
6-08-2025, 15:28
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri


Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri

Daxili İşlər Nazirliyi tərəfindən aparılan profilaktik tədbirlərə baxmayaraq sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının təşkil edilməsi hallarına rast gəlinməkdədir.
DİN-dən bildirilib ki, qeyd edilən qanunsuz hərəkətlərə qarşı mübarizə istiqamətində Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir-neçə əməliyyat-texniki tədbir hazirlanaraq həyata keçirilib.
Belə ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!