Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
2-08-2025, 11:54
Bakıda keçiriləcək Formula 1-ə hazırlıqlar başladı


Bakıda keçiriləcək Formula 1-ə hazırlıqlar başladı

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün növbəti təlim təşkil olunub.
Avropa Oyunları Parkında gerçəkləşən təlim nəzəri və praktiki hissələrdən ibarət olub.
Təlimin nəzəri hissəsində marşallar yarış zamanı üzləşə biləcəkləri müxtəlif vəziyyətlər üzrə məlumatlandırılıb, beynəlxalq standartlara uyğun davranış qaydaları ilə tanış olublar. Praktiki mərhələdə isə onlar simulyasiya şəraitində təlim keçərək yarış zamanı baş verə biləcək hadisələrə ilkin müdaxilə, təhlükəsizlik tədbirləri və digər mühüm prosedurlar üzrə bacarıqlarını təkmilləşdiriblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
2-08-2025, 11:48
Suriyanın bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk - Nazir


Suriyanın bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk - Nazir

Bu gün keçirilən mərasim birgə əməkdaşlığın hansı uğurlu nəticələrə gətirib çıxara biləcəyinin əyani sübutudur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycandan Türkiyə vasitəsilə Suriyaya təbii qazın nəqlinə dair keçirilən mərasimdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Suriya bu gün normallaşma prosesinə start verir.
“Çox qısa müddət ərzində bu layihənin həyata keçirilməsi üçün genişmiqyaslı işlər görüldü. Bu hadisə birgə səylərin nəticəsidir və Türkiyənin dəstəyi olmadan mümkün olmazdı. Qardaş ölkə kimi Suriyanın inkişafı və bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk. Bu da əməkdaşlığımızın real nəticəsidir", – deyə Mikayıl Cabbarov qeyd edib.
2-08-2025, 11:33
Arıqlamaq üçün sirkə turşusu içdi - Zəhərlənərək öldü


Arıqlamaq üçün sirkə turşusu içdi - Zəhərlənərək öldü

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb.
Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əlixanov Yusif Aydəmir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
1-08-2025, 22:37
Kollektorda ata və oğul boğuldu


Kollektorda ata və oğul boğuldu

Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Suda ata və övladının boğulduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
1-08-2025, 21:51
Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan


Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib hökumətinə qarşı irəli sürülən ittihamlara sərt cavab verib.
O, çıxışında xüsusilə Yaxın Şərqdə baş verən hadisələrə toxunub..
“Bizim Fələstinlə bağlı həssaslığımızı sorğulamaq kimin nə haqqıdır? Dünən öz torpaqlarını müdafiə edən Qəzzə sakinlərinə "terrorçu" deyən siz deyildinizmi?” - deyə Ərdoğan bildirib.
O, illərlə Suriyada davam edən qanlı müharibə və insanlıq faciələrinə də toxunub: “1 milyon insan qətlə yetirilərkən, suriyalı qardaşlarımız zülm görərkən harada idiniz? Hələb, Dəra, Hums və Hamada günahsız insanların üzərinə varil bombaları yağdırılanda niyə səsiniz çıxmadı?”
Ərdoğan Qarabağ məsələsinə toxunaraq bəzi çevrələrin Azərbaycana qarşı ittihamlarını da xatırladıb: “Qarabağ azadlıq uğrunda mübarizə apararkən, işğalçıların təbliğatını tirajlayaraq Can Azərbaycana böhtan atan siz deyildinizmi?”
Prezident bildirib ki, hökumət üzvlərinə qarşı səviyyəsiz ifadələr işlədənlər nə edirlərsə etsinlər, bu kampaniyalarla nəticə əldə edə bilməyəcəklər: “Nazirlərimizə dil uzadaraq, bizə qara yaxa bilməyəcəksiniz. Türk xalqının bu coğrafiyada yenidən ayağa qalxmasına, qardaşları ilə kucaqlaşmasına mane ola bilməyəcəksiniz. Siz istəsəniz də, istəməsəniz də tarix bizim haqlı və dik duruşumuzu yazır. Türkiyənin apardığı bu çətin mübarizə inanan qəlblərdə iftixarla yaşayır.”
1-08-2025, 20:09
Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı


Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı

Yeni Klinikanın direktoru Barat Yusubov bütün orqanlarını bağışlayıb.
O, həyatının ən önəmli qərarını verdiyini bildirib.
“Bu gün bəlkə də hayatımın ən önəmli qərarını verdim – bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm”, – deyə Barat Yusubov qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir. Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

1-08-2025, 19:40
Azərbaycanda yeni nazir müşaviri TƏYİN EDİLDİ


Azərbaycanda yeni nazir müşaviri TƏYİN EDİLDİ

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.
Bu vəzifə Pərviz Yusifova həvalə olunub.
Qeyd edək ki, P.Yusifov bundan öncə "Agro Food Investments" MMC-nin törəmə şirkəti olan "GrandAgro-Invitro" MMC-nin baş icraçı direktoru vəzifəsində işləyib.
1-08-2025, 18:44
"Qırmızı Xaç" Azərbaycanı tərk edir - Tarix MƏLUM OLDU


"Qırmızı Xaç" Azərbaycanı tərk edir - Tarix MƏLUM OLDU

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər görüşdə BQXQ-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib.
Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
1-08-2025, 18:33
Avtomobilini qəsdən yandıran şəxs həbs olundu


Avtomobilini qəsdən yandıran şəxs həbs olundu

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilini qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
1-08-2025, 18:15
Əli Əsədov nazirləri topladı: tapşırıqlar verildi


Əli Əsədov nazirləri topladı: tapşırıqlar verildi

İqtisadi Şuranın növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub
İqtisadi Şuranın növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub
İqtisadi Şuranın avqustun 1-də növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər yer alıb.
Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!