“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                       
29-10-2025, 17:03
Cəbrayıl şəhərində salınacaq 2-ci və 3-cü yaşayış komplekslərində 48 bina tikiləcək


Cəbrayıl şəhərində salınacaq 2-ci və 3-cü yaşayış komplekslərində 48 bina tikiləcək

Cəbrayıl şəhərində ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək.
Bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.
Onun sözlərinə görə, binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq: “Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq”.
Üçüncü yaşayış kompleksi haqqında da ətraflı məlumat verən İlhamiyyə Rzayeva qeyd edib ki, bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır.
“Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur", - o deyib.
Qeyd edək ki, hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.
29-10-2025, 16:59
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Oktyabrın 29-da Şirvan stansiyasından 33 kilometr şərqdə - Şirvan şəhəri ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:22-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 21 kilometr olub.
29-10-2025, 16:27
"Sovetski"də 127 bina qorunub saxlanılacaq


"Sovetski"də 127 bina qorunub saxlanılacaq

"Sovetski" ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü ümumilikdə 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır.
Bunu Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) aparatanın şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Təzə Pir məscidinin ətrafında gedən söküntülərlə bağlı yayılan neqativ yazılar həqiqəti əks etdirmir:
"Bu ərazidə 73 dövlət reystrindən keçmiş tarixi memarlıq abidəsi, 54 ədəd isə tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü tarixi binalar qorunacaq".
Qeyd edək ki, BŞİH-nin yaydığı məlumata görə, "Sovetski"də rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb. Bildirilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli küçəsində yerləşən tarixi binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.
29-10-2025, 16:22
Elton Məmmədov Prokurorluğa çağırıldı - Xəbərdarlıq edildi


Elton Məmmədov Prokurorluğa çağırıldı - Xəbərdarlıq edildi

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri, keçmiş deputat Elton Arzuman oğlu Məmmədovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
"Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Bildirilir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib",-məlumatda deyilir.
29-10-2025, 15:58
Cəbrayıl şəhərində tikiləcək 2-ci və 3-cü yaşayış kompleksləri - FOTO


Cəbrayıl şəhərində tikiləcək 2-ci və 3-cü yaşayış kompleksləri - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədlərini paylaşıb.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan komplekslərin Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirildiyi bildirilib.
Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.





29-10-2025, 15:15
“Bolmart”ın rəhbəri açıqlama yaydı: “...mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir”


“Bolmart”ın rəhbəri açıqlama yaydı: “...mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir”

“Bolmart” mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.
O, son günlər mətbuatda “Bolmart” mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil. O, lakin bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını söyləyib:
“Bildiyiniz kimi, “Bolmart” artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir”.
İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır:
“Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası — 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil”.
R.Məmmədov vurğulayıb ki, “Bolmart” Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir: “Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda “Bolmart” mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir”.
“Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub. Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Biz hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək”, - icraçı direktor əlavə edib.
R.Məmmədli sonda bir daha vurğulayıb ki, “Bolmart” mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:
“Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır”.
29-10-2025, 15:07
Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olundu - VİDEO


Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olundu - VİDEO

Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Sonuncu tədbir zamanı rayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə saldığına görə saxlanılıb.
T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.

29-10-2025, 14:46
Azərbaycanla Oman vizanı qarşılıqlı ləğv etdi


Azərbaycanla Oman vizanı qarşılıqlı ləğv etdi

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında Saziş və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıb.
Bu barədə Azərbaycan XİN “X”də paylaşım edib.
Qeyd edilib ki, bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində daha bir addımdır.

29-10-2025, 14:37
Bir yaşlı körpə su quyusuna düşərək ölüb


Bir yaşlı körpə su quyusuna düşərək ölüb

İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.
Hadisə rayonun Diyallı kəndində qeydə alınıb.
2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
29-10-2025, 14:09
Xıdırlıya köçən 91 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO


Xıdırlıya köçən 91 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Oktyabrın 29-da yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Uzun illərin həsrətindən sonra daha 91 ailə olmaqla, 366 nəfər Ağdam sakini doğma yurduna qovuşub.
Ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!