“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                       
25-10-2025, 12:29
Zabil Qəhrəmanov bu hadisəyə görə saxlanılıb


Zabil Qəhrəmanov bu hadisəyə görə saxlanılıb

Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri yayılıb.
Videoda vəkilin Göygöl rayonundakı avtoyuma məntəqəsində bir nəfərə təpiklə xəsarət yetirdiyi əks olunur.
Məlumata görə, tərəflər arasında yaranan mübahisə davaya çevrilib və Qəhrəmanov qarşı tərəfə fiziki güc tətbiq edib.
Hadisə ilə bağlı vəkil polis tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, bu gün məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Zabil Qəhrəmanov Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl isə onun vəkillik fəaliyyəti müvəqqəti dayandırılmışdı.
25-10-2025, 12:20
Rasim Balayev Nazirlikdən NARAZIDIR


Rasim Balayev Nazirlikdən NARAZIDIR

“Azərbaycanfilm” yeni direktorun təyin edilməsiylə kino sahəsindəki problemlər yenidən gündəmə gəlib. Son illər Kinostudiyanın rəhbər heyətində baş verən dəyişikliklər müzakirələrə səbəb olub.
Təkcə ötən il Kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.
Yeni rəhbər Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Xalq artisti Rasim Balayev yeni təyinatdan heç bir gözləntisinin olmadığını deyib.
“Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.
Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də Kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, Kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir. Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil”.
25-10-2025, 11:44
Azərbaycan qışda Ukraynanı XİLAS EDƏCƏK


Azərbaycan qışda Ukraynanı XİLAS EDƏCƏK

Son həftələr Rusiya Ukraynada həm elektrik stansiyalarına, həm də qaz infrastrukturuna hücumları artırıb. Ukrayna Rusiyanın enerji sisteminə qarşı hücumlarının intensivləşməsi fonunda yeraltı qaz anbarlarından qaz çıxarmağa başlayıb.
Hücumlara görə Kiyev qaz idxalını 30 faiz artırmağı planlaşdırır. Ukrayna Mərkəzi Bankının rəhbəri ölkənin daxili qaz hasilatının 55 faizini itirdiyini açıqlayıb.
Hazırda Ukrayna Avropanın ən iri qaz anbarlarına malik olsa da (30 milyard kubmetr tutumla), onlar cəmi 28 faiz doludur. Bu vəziyyət qış ərəfəsində ölkənin enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna Avropa, ABŞ və Azərbaycanla ümumi dəyəri təxminən 2 milyard dollarlıq qaz idxalı barədə razılaşma əldə edib. Onun sözlərinə görə, söhbət ehtiyac yarandığı halda Azərbaycandan və digər tərəfdaşlardan qaz tədarükünün təmin edilməsindən gedir:
“Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparılıb. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa”, - Zelenski deyib.
Sözügedən razılaşma Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun növbəti nümunəsidir. Norveçin 100 milyon dollarlıq qrant ayırması və digər ölkələrin də maliyyə dəstəyinə hazırlaşması fonunda, Azərbaycanın qaz ixracı bu qış Ukraynanın enerji böhranını yüngülləşdirən əsas faktorlardan biri kimi qiymətləndirilir.
Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirib ki, Azərbaycanın Ukraynaya yenidən qaz satması imkanları daxilində mümkündür:
“Ukraynanın Azərbaycandan kiçik partiya qaz alması iyul ayının sonlarında baş tutdu. Ukrayna energetika naziri məlumat yaymışdı ki, biz sonra da Azərbaycandan qaz almaq niyyətimiz var. Zelenskinin bu açıqlaması da zamanı yetəndə belə bir addımın atılmasına yönəlib. Təbii ki, belə məslələri həyata keçirə bilər. Yəni nə zaman qaz olacaq kimi məsələlər önəmli faktorlardır. Sırf bir-birlərinə kommersiya ilə bağlıdır”.
İ.Şaban söyləyib ki, qaz satışı qazanclı olacaq: “Azərbaycan qazı satır. Bu humanitar yardım deyil. Qiyməti də özü müəyyən edəcək. Ukraynaya Avropa Birliyi tərəfindən pul ayrılır. Təkcə Norveç 150 milyon verir ki, Ukrayna qış üçün qaz alsın”.
25-10-2025, 11:33
Ağstafada müəllim dərs zamanı vəfat etdi


Ağstafada müəllim dərs zamanı vəfat etdi

Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin musiqi müəllimi işdə ölüb.
1984-cü il təvəllüdlü Günel Hüseynova işdə olarkən qəfil səhhəti pisləşib.
O, xəsətxanaya çatdırılsa da, onuin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
25-10-2025, 11:21
Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ


Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ

Müasir evlərdə uzadıcılar elektrik cihazlarını enerji ilə təmin etmək üçün geniş istifadə olunur. Lakin onların yanlış istifadəsi ciddi fəsadlara səbəb ola bilər.
Professor, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov xəbərdarlıq edib ki, bir çox yanğın halları məhz uzadıcıların düzgün işlədilməməsi nəticəsində baş verir.
Ekspertin sözlərinə görə, qızdırıcı elementləri və mühərrikləri olan cihazlar (məsələn, tozsoranlar, elektrik radiatorları, konvektorlar, istilik ventilyatorları və mikrodalğalı sobalar) uzadıcı vasitəsilə işlədildikdə kabellərin qızmasına, izolyasiyanın əriməsinə və qısaqapanmaya səbəb ola bilər. Bu cihazların gücü 1000–3000 vatt arasında dəyişdiyindən uzunmüddətli işləmə zamanı elektrik şəbəkəsinə həddindən artıq yük düşür.
Yurasov həmçinin soyuducu və dondurucuların, eləcə də paltaryuyan və qabyuyan maşınların uzadıcı ilə qoşulmasının yolverilməz olduğunu bildirib: “Bu avadanlıqlar yalnız güclü və ayrıca elektrik rozetkalarına birbaşa qoşulmalıdır”.
Mütəxəssis əlavə edib ki, uzadıcı seçərkən onun texniki göstəricilərinə, güc tutumuna, naqil qalınlığına, torpaqlama və sertifikatlaşdırma səviyyəsinə diqqət yetirmək vacibdir. Cihazın gövdəsindəki qızarma, çat və ya qoxu dəyişiklikləri onun dərhal dəyişdirilməli olduğunun göstəricisidir.
Yurasovun fikrincə, təhlükəsizlik hər şeydən önəmlidir: “Düzgün elektrik bağlantısına qənaət etməyə çalışmaq, nəticədə çox bahalı texnikanı sıradan çıxara və insan həyatı üçün təhlükə yarada bilər.”
25-10-2025, 11:15
Pensiya və müavinətlərlə bağlı vacib xəbər


Pensiya və müavinətlərlə bağlı vacib xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
25-10-2025, 11:07
“BakuBus”larda bəzi şəxslər üçün gedişhaqqı ödənişsizdir? - RƏSMİ


“BakuBus”larda bəzi şəxslər üçün gedişhaqqı ödənişsizdir? - RƏSMİ

“BakuBus” avtobuslarında bəzi şəxslər üçün gedişhaqqının ödənişsiz olacağı barədə iddialar yayılıb.
"BakuBus" MMC iddialara münasibət bildirib.
Qurumdan verilən açıqlamada qeyd edilir, sosial şəbəkələrdə “BakuBus” avtobuslarında həssas əhali qrupu üçün gediş haqqının ödənişsiz olması ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.
"Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələrini xahiş edirik", - açıqlamada qeyd olunub.
25-10-2025, 10:20
Zabil Qəhrəmanova ittiham elan olundu


Zabil Qəhrəmanova ittiham elan olundu

Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham elan olunub.
Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.
Onunla bağlı təqdimata bu gün məhkəmədə baxılacağı gözlənilir.
Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23- də polis tərəfindən saxlanılıb.
Onun Gəncədə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.
25-10-2025, 10:10
Şabranda 17 yaşlı yeniyetmənin meyiti tapılıb


Şabranda 17 yaşlı yeniyetmənin meyiti tapılıb

Şabran rayonunda yaşayış evinin həyətində meyit aşkarlanıb.
Şabran rayon Padar kənd sakini 17 yaşlı İ. İbadullayevin meyiti yaşadığı evin həyətində tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
25-10-2025, 09:55
Bu gündən Azərbaycanda heyvan bazarları - SƏBƏB


Bu gündən Azərbaycanda heyvan bazarları - SƏBƏB

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.
Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!