TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-12-2025, 17:37
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi


Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib.
Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.
Həmçinin, təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydası açağıdakı kimi olacaq:
Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə bilərlər. Obliqat qruplara aid məişət xidmətinə cəlb edilmiş məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən keçirilməlidirlər.
Təsərrüfat və məişət xidməti işlərinə məhkumlar müvafiq xidmət sahələrinin rəisləri tərəfindən əməliyyat xidməti ilə razılaşdırılmaqla seçilir. Müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin müəssisələrə keçirilən şəxslərin siyahısı isə PX tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri ilə razılaşdırılır.
Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən çıxarışlar onların şəxsi işlərinə əlavə olunur.
Müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilmir. Müayinə və müalicəsi başa çatmış məhkumların müraciətlərinə əsasən bu Qaydaların 49.1-ci və 49.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada onlar müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar.
Təsərrüfat və məişət xidməti işlərinə cəlb olunmuş məhkumlar bir dəstəyə ayrılırlar. Onların vəzifələri müvafiq xidmət sahələrinin rəisləri tərəfindən müəyyənləşdirilir.
Yataqxana tipli adi yaşayış binaları (kameralar) üzrə növbətçilik edən məhkumların vəzifələri bu Qaydalarla müəyyən edilir.
1-12-2025, 17:35
Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur


Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur

Azərbaycanda siyasi partiyalar müvafiq qanuna uyğun olarsa, yaradılması mümkündür.
Bunu Milli Məclisin üzvü Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycanda kommunist ideologiyasına xidmət edən partiya mövcud deyil:
“Partiyaların qeydiyyatdan keçməsi üçün müəyyən tələblər var və bu tələblər çərçivəsində partiya yaratmaq mümkündür. Ancaq Azərbaycanda “kommunist partiyası” deyilən rəsmi bir partiya yoxdur, fəaliyyət göstərmir. Nə Milli Məclisdə, nə də Milli Məclisdən kənarda müxalifətdə belə bir partiya mövcud deyil.
"Siyasi partiyalar" haqqında qanun var. Həmin qanunda partiyaların təsis olunması üçün tələblər müəyyən edilib. O tələblərə uyğun olaraq müvafiq prosedurlardan keçən təşkilatlar siyasi fəaliyyət göstərə bilər. Yəni hər hansı qrup öz siyasi fikirlərini ifadə etmək üçün partiya yaratmaq istəyirsə, siyasi partiyalar haqqında qanunun tələblərinə əməl etməlidir. Ölkəmizdə insanların hüquq və azadlıqları konstitusiya ilə qorunur. Kimin hansı siyasəti dəstəkləməsi onun şəxsi seçimidir. Amma mən düşünürəm ki, sosializm dövrü Azərbaycana müsbət heç nə vermədi. Azərbaycanın müstəqilliyini əlindən aldı. Bizim taleyimizə özümüzün hökm vermək imkanlarımızı məhdudlaşdırdı. Milli sərvətlərimizə sahib olmamızın qarşısını aldı. Bu baxımdan mən sosializmi dəstəkləmirəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
1-12-2025, 17:33
Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı


Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saat 04 radələrində Müşfiqabad qəsəbəsində yerləşən evlərin birindən 800 manat dəyərində elektrik naqilini talayıblar.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 26 yaşlı A.Səfərov və 35 yaşlı T.Kərimov saxlanılıblar.
Binəqədi rayonunda isə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların evlərinin qarşısındakı saxlanc yerindən ümumi dəyəri 990 manat olan 3 ədəd velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklə bağlı əməllərinə görə məhkum olunmuş 47 yaşlı Ə.Qurbanov da tutulub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
1-12-2025, 17:28
Əli Kərimlinin partiyası ləğv oluna bilər


Əli Kərimlinin partiyası ləğv oluna bilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan partiya sədrinə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin sözügedən maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur.
Maddə sübuta yetirilərsə, ittiham olunan şəxsi on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Artıq məhkəmənin qərarı ilə Əli Kərimli və müavini Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib. Onların saxlanılması və həbsi Ramiz Mehdiyevin işi ilə əlaqəlidir.
Əli Kərimli və müavinin həbsindən sonra onun rəhbərlik etdiyi partiyanın ləğvi məsələsi gündəmə gəlib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, vaxtilə post sovet məkanında Xalq Cəbhəsi hərəkatları məhz Qorbaçovun yenidənqurma siyasətinin nəticəsi kimi yaradılmış, Yeltsin hakimiyyəti dövründə isə guya “demokratik” prosesdə, əslində isə dağıdıcı prosesdə aktiv istifadə edilib. Bu baxımdan AXC sədri Əli Kərimovun şimal qonşumuzdakı məlum dairələrlə əlaqələri təəccüblü deyil.
"2013-cü ildə Azərbaycan Prezident seçkiləri vaxtı Rusiyadakı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıq, “Milli Şura” layihəsi və s. məhz bu proseslərin nəticəsi və 5-ci kolonun fəaliyyətinin bariz nümunəsidir.
Əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar", - Əli Hüseynli bildirib.
Komitə sədri hesab edir ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır.
1-12-2025, 17:23
Sumqayıtda yataqxanada yanğın


Sumqayıtda yataqxanada yanğın

Sumqayıt şəhərində yanğın olub.
Beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1-12-2025, 17:14
Maliyyə Nazirliyi ilə bağlı yeni qərar


Maliyyə Nazirliyi ilə bağlı yeni qərar

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nazirliyə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC siyahıya daxil edilib.
Xatırladaq ki, "Rəqəmsal Maliyyə Mərkəzi" 2005-ci ildən fəaliyyət göstərən "Məlumat Hesablama Mərkəzi"nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 min manatdır.
1-12-2025, 17:02
31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi


31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi

Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib. Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan "Yutong" markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,60 manat təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
1-12-2025, 16:54
Bu hallarda yüksək pensiya təyin olunacaq


Bu hallarda yüksək pensiya təyin olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən yeni dəyişikliklə bağlı izah verib.
Bu barədə nazirlik məlumat yayıb.
Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.
Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.
Onun güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya Dövlət arxivinin arayışına əsasən aparılacaq.
Həmçinin yeni Qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişiklikər də edilib.
1-12-2025, 16:47
Bakı və Ankara arasında yeni hərbi memorandom - Əsas məqsəd açıqlandı


Bakı və Ankara arasında yeni hərbi memorandom - Əsas məqsəd açıqlandı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair “Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu sənədin müxtəlif əsasları var.
“Azərbaycan və Türkiyə üçün təhlükəsizlik məsələləri daim prioritet olaraq qalıb. Hər iki ölkənin təhlükəsizlik sahəsinə ayırdığı vəsiti mütəmadi olaraq artırı və bu vəsaitlər hesabına da güc strukturları inkişaf etdirilir. Nəticədə bu vəsaitlərin artırılması Azərbaycanın Silahlı Qüvvələri qarşısında duran ən mürəkkəb və çətin vəzifələrdən biri - ölkənin işğal olunan ərazilərini azad etməyi təmin etdi”.
Onun sözlərinə görə, Silahlı Qüvvələr qarşısında duran vəzifələr yerinə yetirilib. Artıq həm Türkiyədə, həm də Azərbaycanda sabitlik yaradılıb. Lakin bu sabitliyin davamlı olaraq qorunub saxlanması çox vacibdir.
“Azərbaycan ilə Türkiyənin bu qədər yaxın olması, Türk Dövlətləri Təşkilatlarının da ətraflarında birləşdirməsi bir çox qüvvələri və güc mərkəzlərini dərindən narahat edir və onların bizə qarşı addımlar atması heç bir zaman istisna edilmir”.
“Gözlənilən odur ki, yeni anlaşma memerandomu bu məsələlər - hərbi təhlükəsizliyin möhkəmləndirilməsi əsasən Türkiyə ilə Azərbaycan arasında mövcud olan hərbi əməkdaşlığın genişləndirliməsini nəzərdə tutacaq. Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində birgə hərbi təlimlər keçiriməsini, o cümlədən müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini özündə ehtiva edəcək” - hərbi ekspert vurğulayıb.
1-12-2025, 16:40
Göygöldə yanğın - Tüstüdən zəhərlənənlər var


Göygöldə yanğın - Tüstüdən zəhərlənənlər var

Göygöldə yanğın hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon ərazisindən yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində rayon sakini 1961-ci il təvəllüdlü İ.Hüseynova məxsus ümumi sahəsi 200kv.m olan 1 mərtəbəli kürsülü 4 otaqlı evin dəhlizində 1 ədəd divan yanıb, yüksək temperaturdan 3 ədəd plastik qapı və 1 ədəd pəncərə çərçivəsi qismən yanıb. Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın nəticəsində 1989-cu il təvəllüdlü A.Huseynova tüstüdən zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!