TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
29-11-2025, 21:27
Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR


Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
Yeni radarlar və müşahidə kameraları hələki test rejimində işləyir.
Belə ki, poroses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Ödənişli yolda quraşdırılan bu radarlar ən müasir "ağıllı nəzarət sistemi" ilə işləyir. Yeni texnoloji qurğular adi sürət ölçən cihazlardan fərqli olaraq, bir-biri ilə real vaxtda məlumat mübadiləsi aparır. Bu isə o deməkdir ki, eyni yol xəttində ardıcıl yerləşdirilən radarlar arasında məsafə nəzarətə götürülür və sürücü həmin iki nöqtə arasında sürət həddini aşarsa, sistem bunu dərhal qeydə alır.
Ağıllı radarlar avtomobilin həmin marşrut boyu orta sürətini də hesablayır. Beləliklə, sürücülər yalnız radarın qarşısından keçərkən deyil, bütün hərəkət trayektoriyası boyunca müəyyən olunmuş maksimal sürət həddinə əməl etməlidirlər. Sistemin əsas məqsədi yol təhlükəsizliyini artırmaq və sürət həddinin süni şəkildə azaldılıb-artırılması ilə cərimələrdən yayınma hallarının qarşısını almaqdır.
Hazırda texniki vasitələr test rejimində sınaqdan keçirilir. Sınaq müddəti başa çatdıqdan sonra radarların tam funksional şəkildə işə düşəcəyi və qayda pozuntularının avtomatik olaraq qeydə alınacağı gözlənilir. Rəsmi qurum sürücülərə xəbərdarlıq edərək qeyd edir ki, yeni sistem təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub və hərəkət zamanı yol nişanlarına ciddi riayət edilməlidir.
Məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Qeyd edək ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları isə bu ilin yanvar ayında quraşdırılıb.
29-11-2025, 21:15
Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı


Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı

Ermənistan mediası Azərbaycan və Türkiyənin diaspor sahəsində əməkdaşlığı intensivləşdirməsindən narahat olub.
Erməni diasporuna bağlı media orqanları Fransada iki ölkənin güclənməsindən yazıb.
Məqalədə Fransa və digər ölkələrdəki erməni diasporunun parçalanma və koordinasiya böhranı yaşadığını bildirir.
Erməni mətbuatı xatırladır ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohumluq Əlaqələri Başqanlığının (YTB) nümayəndə heyəti ilə görüşüb. Heyətə YTB-nin sədr əvəzi Abdulgadi Turus rəhbərlik edib.
Görüşdə iki ölkənin diaspor təşkilatları arasında fəaliyyətin koordinasiyası, ortaq layihələrin icrası, təcrübə mübadiləsi və türkdilli xalqların dünyadakı diasporlarının əlaqələndirilməsi müzakirə olunub. Tərəflər vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasındakı yaxın münasibətlər bu sahədə birgə təşəbbüslər üçün möhkəm baza yaradır.
Məlumatda o da qeyd edilir ki, Şuşa Bəyannaməsinin müddəaları hər iki ölkəyə diaspor siyasətində daha geniş əməkdaşlıq imkanı verir. Uzunmüddətli proqramlar, birgə tədbirlər və dünya üzrə türk diasporunun həmrəyliyini gücləndirən layihələr gündəmdədir.
Erməni mətbuatı yazır ki, bu proseslər fonunda xüsusilə Fransada yerləşən erməni diasporunda gərginlik, fikir ayrılığı və təşkilati zəiflik nəzərə çarpır. Bir sıra erməni ictimai-siyasi fiqurları hökumətin siyasətini diaspor təşkilatlarının zəifləməsi ilə əlaqələndirir.
Nəşrlər bu vəziyyəti iki fərqli yanaşmanın nəticəsi kimi təqdim edir. Birincisi, Azərbaycan və Türkiyənin koordinasiyalı, strateji və ardıcıl diaspor fəaliyyəti erməni diasporunu parçalayıb. Həmçinin, Ermənistan hökumətinin siyasəti nəticəsində erməni diasporu zəifləyib.
Erməni KİV-ləri qeyd edir ki, hazırkı şəraitdə Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi, dünya siyasətində diasporların rolunun artdığı bir dövrdə, regiondakı balanslara təsir göstərən mühüm faktor kimi qiymətləndirilir.
29-11-2025, 20:44
Adil Şükürov baş məşqçi təyin edildi


Adil Şükürov baş məşqçi təyin edildi

Adil Şükürov "Səbail" PFK-nın baş məşqçisi təyin olunub.
Mütəxəssislər 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.
Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.
A.Şükürov daha əvvəl "Kəpəz"in baş məşqçisi olub.
29-11-2025, 19:28
“Qarabağ” qələbə qazandı


“Qarabağ” qələbə qazandı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax”la qarşılaşıb.
“Azərsun Arena”da keçirilən görüş Qurban Qurbanovun komandasınln 2:0 hesablı qələbəsi ilə bitib. Qolları Emmanuel Addai və Nəriman Axundzadə vurub.

“Qarabağ” - “Karvan-Yevlax” - 2:0

Qol: Emmanuel Addai, 79, Nəriman Axundzadə, 89
29-11-2025, 18:51
Sabahın havası ilə bağlı xəbərdarlıq edildi


Sabahın havası ilə bağlı xəbərdarlıq edildi

Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
29-11-2025, 17:26
Radikal qüvvələr xaricdəki blogerlərdən fərqlənmir - Aydin Mirzəzadə


Radikal qüvvələr xaricdəki blogerlərdən fərqlənmir - Aydin Mirzəzadə

Rusiyanın Cənubi Qafqazda itirdiyi təsir gücünü yenidən bərpa edəcəyi barədə ehtimallar bölgənin təhlükəsizlik balansına birbaşa təsir edə biləcək amillər kimi dəyərləndirilir. Moskvanın Ukrayna müharibəsində qalib gələcəyi təqdirdə buna cəhd edəcəyi istisna olunmur. Bu kontekstdə, müəyyən siyasi dairələrin və şəxslərin xarici təsir müstəvilərində alətə çevrilmə riskləri də müzakirə mövzusu olaraq qalır. Analitik yanaşmalara əsasən, müxtəlif qrupların, o cümlədən radikal mövqeləri ilə tanınan qüvvələrin bu proseslərdə istifadə olunma ehtimalı nəzərdən qaçırılmamalıdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, son hadisələr onu göstərir ki, Azərbaycanda dövlət güclüdür.
“Dövlət öz müstəqilliyini və suverenliyini qorumaqda qətiyyətlidir. Bu, Ulu öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin həmin yolu uğurla davam etdirməsinin nəticəsidir. Bəzi cəhdlər olur, Azərbaycanı hansısa dövlətin təsiri altına almaq, hakimiyyəti qeyri-qanuni yollarla əldə etmək niyyəti görünür, lakin bütün bunların qarşısı qətiyyətlə alınır.
Eyni zamanda Azərbaycan demokratik dövlətdir. Lakin demokratiyadan sui-istifadə etməyə çalışan qüvvələr də var. Onları adətən “radikal müxalifət” adlandırırlar. Bu, təkcə Azərbaycana aid deyil, dünyanın bir çox ölkələrində radikal müxalifət mövcuddur. AXCP, Müsavat və digər kiçik qrupların problemi ondan ibarətdir ki, onların cəmiyyətdə real sosial bazası yoxdur. Bu qüvvələr daha çox sosial şəbəkələrdə fəaliyyət göstərir və liderləri, mahiyyət etibarilə xaricdəki blogerlərdən heç nə ilə fərqlənmirlər. Hətta blogerlərin auditoriyası belə onlardan qat-qat böyükdür”.
Deputat həmçinin vurğulayıb ki, həmin radikal qüvvələr cəmiyyətin içinə çıxmır, onun problemlərini və həlli yollarını ortaya qoya bilmirlər:
“Ortada ciddi proqram yoxdur, tənqid etmək asan olsa da, radikal müxalifətdə təklif yoxdur. Buna görə də onların cavabını Azərbaycan cəmiyyəti, Azərbaycan seçicisi verir. Fikir verin - nə parlament, nə də prezident seçkilərində öz namizədlərini irəli sürdülər, çünki bilirdilər ki, biabırçı məğlubiyyətə uğrayacaqlar”.
A.Mirzəzadə bildirib ki, bu gün dövlətçiliyin ayaqda durmasının qarantı Azərbaycan xalqıdır:
“Hakimiyyətin mənbəyi xalq olduğu üçün Azərbaycan xalqı müstəqilliyini qorumaqda əzmlidir. Çünki son 200 illik tarix göstərdi ki, torpaqlarımız itiriləndə və mədəniyyətimizin inkişafı başqa dövlətlərin maraqlarına tabe ediləndə Azərbaycan böyük zərər görür. Biz bunu istəmirik. Biz demokratik, müasir dünya birliyində hörməti olan bir dövlət olmaq istəyirik və bunu addım-addım əldə edirik”.
Deputat onu da əlavə edib ki, Rusiyanın xaricdə yaşayan bəzi azərbaycanlılar üzərindan bu istiqamətdə istifadə cəhdləri olub, lakin heç biri nəticə verməyib:
“Azərbaycan cəmiyyətini içəridən sarsıtmaq mümkün deyil. Buna görə də kimlərinsə SSRİ bayrağı ilə cəmi 4 nəfəri parka çıxarması və ya kimlərinsə Azərbaycanda radikal müxalifəti gücləndirmək cəhdləri nə baş tutur, nə də tutacaq”,- deyə A.Mirzəzadə bildirib.
A.Mirzəzadə Rusiyanın Azərbaycandakı radikal qüvvələri maliyyələşdirmə istiqamətində addımlar atdığını istisna etmir. Lakin o, bununla hansısa ciddi nəticələrə nail olunacağını düşünmür.
29-11-2025, 15:57
Məmməd İbrahimin də evində axtarış aparılıb


Məmməd İbrahimin də evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.
Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.
Digər məlumata görə, bu axtarış DTX-də aparılan araşdırma çərçivəsində - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə həyata keçirilib.
Xatırladaq ki, bu gün DTX tərəfindən AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.
29-11-2025, 15:36
Əli Kərimlinin evində axtarış aparılıb - YENİLƏNİB


Əli Kərimlinin evində axtarış aparılıb - YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb.
Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.
Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı barədə məlumat yayılıb.
Məlumatı sosial şəbəkədə partiyanın Nərimanov şöbəsinin sədr müavini Səyyad Quliyev yayıb.
Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının onun evində axtarış apardığı bildirilir. Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.
Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb.
AXCP-dən geniş məlumat yayılacağı bildirilib.
29-11-2025, 14:51
Hidayət Heydərov uduzdu


Hidayət Heydərov uduzdu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində mükafatsız bqalıb.
Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyevə (Tacikistan) uduzub.
Digər cüdoçumuz Rəşid Məmmədəliyev isə amerikalı Stiven Boldbaatara məğlub olub.
Hər iki cüdoçumuz 73 kq çəki dərəcəsində mübarizə aparırdı.
29-11-2025, 14:35
"Qarabağ" Çempionlar Liqasında 59 milyon manat qazanıb


"Qarabağ" Çempionlar Liqasında 59 milyon manat qazanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.
Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.
Bu mənada, "köhlən atlar" "Union" (Belçika), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) kollektivlərini üstələyib.
Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!