İran diplomatları sığınacaq istəyirlər .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                       
20-10-2025, 19:47
Xələf Xələfov Əraqçi ilə görüşdü


Xələf Xələfov Əraqçi ilə görüşdü

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında görüş olub.
Bu barədə iranlı nazir özünün "Telegram" kanalında məlumat yayıb.
Görüş zamanı hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.
20-10-2025, 19:35
Zakir Həsənov Özbəkistanda


Zakir Həsənov Özbəkistanda

Oktyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə "Birlik-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Səmərqəndə səfər edib.
Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
20-10-2025, 19:16
Sabiq müavini Əli Kərimlini ifşa etdi: Mehdiyevlə əlaqələri hiss olunurdu


Sabiq müavini Əli Kərimlini ifşa etdi: Mehdiyevlə əlaqələri hiss olunurdu

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
Ramiz Mehdiyevin AXCP sədri Əli Kərimli ilə əlaqələrinin olduğuna dair müxtəlif iddialar irəli sürülür. Qeyd olunur ki, Mehdiyev ölkədəki siyasi mühiti iflic halına salmaq üçün müxalifətdən istifadə edib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bir müddət əvvəl mətbuata müsahibəsində Ramiz Mehdiyevin Azərbaycana qarşı Əli Kərimli, eyni zamanda şər-böhtan yayan mühacir blogerlərlə əlbir olduğunu deyib. O iddia edib ki, faktiki olaraq Əli Kərimli 2003-cü ildən birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib.
Vaxtilə AXCP sədrinin müavini olan, hazırda Milli Cəbhə Partiyasına rəhbərlik edən deputat Razi Nurullayev bildirib ki, belə bir ehtimalı tamamilə istisna etmək olmaz:
"Azərbaycan siyasətində bəzi əlaqələr bəzən açıq şəkildə görünməsə də, arxa planda müxtəlif maraqların toqquşduğu və üst-üstə düşdüyü məqamlar olur. Ramiz Mehdiyev uzun illər sistemin içində olmuş, siyasi proseslərin yönəldilməsində mühüm rol oynamış bir fiqurdur. Əli Kərimli isə özünü müxalifət lideri kimi təqdim etsə də, zaman-zaman onun addımları, ritorikası və davranışları bu iddiaya uyğun gəlməyib.
Ona görə də, Mehdiyev–Kərimli münasibətlərinin müəyyən mərhələlərdə formalaşması və ya qarşılıqlı anlaşma elementləri daşıması mümkündür".
R.Nurullayev Əli Kərimli ilə bir komandada olduğu dövrdə açıq şəkildə belə bir əlaqə görmədiyini, amma çox zaman bəzi qərar və açıqlamaların kənardan yönləndirildiyinin hiss olunduğunu söyləyib:
"Siyasətdə bəzən görünməyən əlaqələr görünən hadisələrdən daha təsirli olur. Bu mənada, belə bir münasibətin olması mümkündür və Azərbaycan siyasi mühitində bu tip əlaqələr çox təəccüblü də görünmür".
20-10-2025, 18:22
Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi


Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.
Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.
“Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”.
Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir:
“Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, - deyə məlumatda vurğulanıb.
20-10-2025, 17:53
Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA


Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun tavan hissəsinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
"Təhsil müəssisələrində təmirə ehtiyac olan məsələlər diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, məktəb infrastrukturunun yenilənməsi və məktəb şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir", - məlumatda qeyd olunub.
20-10-2025, 17:47
Qarabağda İLK - xüsusi dronlar minalanmış ərazilərin radiasiya təhlükəsizliyini yoxlayır


Qarabağda İLK - xüsusi dronlar minalanmış ərazilərin radiasiya təhlükəsizliyini yoxlayır

“2025-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənməmiş sahələrdə xüsusi dronlar vasitəsilə radiasiya təhlükəsizliyi yoxlanılır. Bu fəaliyyət Azərbaycanda ilk dəfə həyata keçirilir”.
Bunu TV1-ə Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev deyib.
O bildirib ki, bu fəaliyyət Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyinin layihəsi çərçivəsində həyata keçirilir.
Dron texnologiyası ilə radiaktiv çirklənməyə məruz qalan ərazilər yoxlanılır.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayından 400 şəxs mina terrorunun qurbanı olub, onlardan 70 nəfər həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

[media=https://www.youtube.com/live/A-tKe9QSghA?si=MMwYCaAZDOcF793O]
20-10-2025, 17:38
Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlandı


Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlandı

Zəngilan şəhərində bərpa-quruculuq işləri tam sürətlə davam etdirilir.
Şəhərdə 6 yaşayış kompleksi və bir inzibati binanın təməli qoyulub.
104 mənzildən ibarət 1-ci yaşayış məhəlləsində tikinti işləri bitmək üzrədir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, elektromobillər üçün günəş panelli 1 enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançaları da yer alacaq.
Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir, 1.96 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir.
Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.
Ümumilikdə birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri, daxili mühəndis kommunikasiya işləri və daxili bəzək işləri də yekunlaşıb. Sahədaxili kommunikasiya işləri qismən yerinə yetirilib, yolların asfaltlanması işləri qalıb.
Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları, eləcə də konservasiya olunmuş keçmiş Zəngilan məscidi, yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanın təkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, indiyədək rayonun Ağalı kəndinə 871 nəfərdən ibarət 175 ailə köçürülüb.
Bundan əlavə, Zəngilan rayonunun ərazisində ümumi gücü 42 meqavat olmaqla hər birinin gücü 10.5 megavat olan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları fəaliyyət göstərir.
Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 20 oktyabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.
20-10-2025, 17:16
Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTO


Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTO

Akademik elmi rütbəsi daşıyan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü olduğu hamıya məlumdur. 87 yaşlı akademik AMEA-nın həqiqi üzvü kimi 2018-ci ildən bəri hər ay dövlətdən 2000 manat elmi rütbə maaşı alır.
Ramiz Mehdiyev daha bir elmi təşkilatın üzvüdür. Belə ki, o, 2022-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) üzvü statusuna malikdir. Onun adı Rusiya Elmlər Akademiyasının saytında da yerləşdirilib. Mehdiyev REA-nın Sosial elmlər bölməsində fəlsəfə üzrə xarici akademikdir.
Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyayönümlü şəxs kimi tanınır. Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyev vətənə xəyanətini həyata keçirmək üçün Rusiyaya arxalanırmış.

20-10-2025, 17:05
Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı


Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.
20-10-2025, 16:54
Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO


Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Bu çərçivədə Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri həyata keçirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Bununla yanaşı, hazırda Bahar və Dədə Qorqud qəsəbələrini birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.
Aparılan bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!