Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş .....                        Müsəlmanları təhqir edən qadın həbs edildi .....                        Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi .....                        İran bu raketi ilk dəfə istifadə etdi .....                        İslamın yanlış təqdim edilməsi qəbuledilməzdir - Azərbaycan XİN .....                        Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu .....                        Ramazan ayının 25-ci gününün iftar vaxtı .....                        Bəhreyndə İran casusları saxlanıldı .....                       
19-07-2025, 20:45
Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq


Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik. Bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir.
Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“COP29-un sədri kimi mən bəyan etdim ki, bizim inkişaf edən kiçik ada dövlətləri ilə xüsusi əməkdaşlıq formatımız olacaq, çünki onlar üçün hədə ekzistensionaldır. Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, okeanın səviyyəsindən asılıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
19-07-2025, 20:33
Zuğulba şossesində yanğın - Tıxac yarandı


Zuğulba şossesində yanğın - Tıxac yarandı

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, hadisə səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
"Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün tədbirlər görülür".
19-07-2025, 20:23
İlham Əliyev siyasətinin təməl prinsipləri


İlham Əliyev siyasətinin təməl prinsipləri

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək.
Dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. “Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”, - deyə Prezident İlham Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır.
Dövlət başçısı əlavə edib: “Bu, həm də hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda, qonşunun da maraqlarına baxmaq lazımdır. Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir, lakin regional və ya qlobal kontekstdən ayrılıqda bu amildən çox sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq, şəraitə sənin qonşunun prizmasından nəzər salmağa çalışmaq lazımdır. Onda çox şey aydınlaşa bilər. Belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələ kifayət qədər effektiv nizamlanır”.
19-07-2025, 19:39
Süni intellektdən istifadə etmirəm - Prezident


Süni intellektdən istifadə etmirəm - Prezident

Mən süni intellektdəm istifadə etmirəm.
Bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
"Amma ailə üzvlərimdən bəziləri istifadə edir. Ola bilər gələcəkdə mən də istifadə edim, çünki bu sürətlə inkişaf edir".
19-07-2025, 19:28
İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib


İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib

Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib.
“Təəssüf ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?”, - Prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir:
“Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”, - Prezident İlham Əliyev bildirib.
19-07-2025, 19:12
Gələcəkdə daha çox xoş xəbərləri eşidəcəyik - Prezident


Gələcəkdə daha çox xoş xəbərləri eşidəcəyik - Prezident

İndi biz ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük. Biz Vaşinqtondan müsbət mesajları alırıq, o cümlədən Azərbaycanın da buna mesajları çox müsbətdir. Bizim tərəfdaşlığımızın çox zəngin tarixi var.
Bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Biz Cənubi Qafqazda gedən proseslərdə Amerikanın fəal iştirak etmək cəhdini görürük. Onlar istəyirlər ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin tamamilə aradan qaldırılmasına öz töhfələrini versinlər. Düşünürəm ki, gələcəkdə biz daha çox xoş xəbərləri eşidəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
19-07-2025, 18:55
İlham Əliyev: Bizim etibarlı tərəfdaş imicimiz var


İlham Əliyev: Bizim etibarlı tərəfdaş imicimiz var

Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik və təhlükəsizlik, inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni, bağlantı layihələrinin təşviqi baxımından bu, mühüm amildir.
Bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
Qonşularla xoş münasibətlər olmadığı təqdirdə ölkənin tranzit ölkə ola bilməyəcəyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də aktiv diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Son 10 il ərzində biz etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu günə qədər də bu, məhz belə olmuşdur”.

19-07-2025, 18:24
İşğalla barışmayın! - İlham Əliyevdən ukraynalılara məsləhət



İşğalla barışmayın! - İlham Əliyevdən ukraynalılara məsləhət


Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.
Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.
“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, - deyə Prezident əlavə edib.
19-07-2025, 17:13
Prezident Şuşa Qlobal Media Forumunda - VİDEO


Prezident Şuşa Qlobal Media Forumunda - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Dövlət başçısı xarici və yerli media nümayəndələrinin çoxsaylı suallarına cavab verib.

***

Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

[media=https://www.youtube.com/live/yOLA2sMMqtw?si=BYC8VUdjTdXvCvW-]
19-07-2025, 16:32
Xanyurdu kəndində 40 ev bərpa olunub


Xanyurdu kəndində 40 ev bərpa olunub

Xocalı rayonunun Xanyurdu kəndində 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub. 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AzərTac-a bildirib ki, hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb. Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!