Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
5-02-2026, 16:27
İlham Əliyev Ərdoğana məktub göndərdi


İlham Əliyev Ərdoğana məktub göndərdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.
Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.
Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.
Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.
Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.
Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.
Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm".
5-02-2026, 16:23
“Qarabağ” yenə uduzdu


“Qarabağ” yenə uduzdu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti matçı keçirilib.
Sonuncu oyun günündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Şamaxı"nın heyətində qolları 26 və 41-ci dəqiqələrdə Karim Rossi vurub. Ağdam klubunda isə 76-cı dəqiqədə Abdullah Zubir diqqət mərkəzinə düşüb.
Digər matçda “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.
Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.
5-02-2026, 16:22
Hərbi hissələrdə odundan imtina edilir


Hərbi hissələrdə odundan imtina edilir

Azərbaycan Müdafiə Nazirliyi ordunun maddi-texniki təminatının gücləndirilməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə yeni tender elan edib.
Müsabiqə üzrə ehtimal olunan qiymət 1 323 140,00 azn (bir milyon üç yüz iyirmi üç min yüz qırx manat) təşkil edir.
Tender müsabiqəsi Azərbaycan Ordusunun hərbi hissələri üçün ağac olmayan briketlərin (bioyanacaqların) satın alınmasını nəzərdə tutur.
5-02-2026, 15:50
Bakıda 7 erməniyə 114 il iş kəsildi


Bakıda 7 erməniyə 114 il iş kəsildi

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub.
5-02-2026, 15:46
QHT-lər üçün yeni qayda: büdcədən “bir pəncərə” ilə maliyyələşmə


QHT-lər üçün yeni qayda: büdcədən “bir pəncərə” ilə maliyyələşmə

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında 29 dekabr 2025-ci il tarixli Fərmanda verilmiş tapşırıqların icrası davam etdirilir.
Bu Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək. Bununla əlaqədar olaraq, qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda 3 ay müddətində təsdiq olunmalıdır.
Fərmandan irəli gələrək, Nazirlər Kabinetinin 16 yanvar 2026-cı il tarixli Sərəncamı ilə qeyd olunan qaydanın layihəsini hazırlamaq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə həvalə edilib.
Tapşırıqların icrası ilə əlaqədar QHT Agentliyi 2026-cı il yanvarın 26-dan etibarən QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmində iştirak edən dövlət qurumları ilə görüşlərə başlayıb. Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin məsul şəxsləri ilə QHT Agentliyində məsləhətləşmələr aparılıb.
Görüşlər zamanı “bir pəncərə” sistemi ilə bağlı təfərrüatlar müzakirə olunub, mövcud təcrübələr nəzərdən keçirilib. Proses davam etdirilir.
5-02-2026, 15:07
Naxçıvanda 1 metrə yaxın qar yağıb


Naxçıvanda 1 metrə yaxın qar yağıb

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağıb.
Müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39 sm, Biçənək ərazisində 24 sm təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində isə qarın hündürlüyü 35 sm, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 sm qeydə alınıb.
Qeyd edək ki, hazırda yağıntılar dayanıb.
5-02-2026, 14:54
Vardanyan arvadı ilə danışıb


Vardanyan arvadı ilə danışıb

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan həyat yoldaşı Veronika Zonabendlə danışıb.
Bu barədə Ermənistan KİV-də dərc olunmuş məlumatda bildirlib.
Ruben Vardanyanla Veronika Zonabend arasında baş tutan telefon danışığı bu yaxınlarda gerçəkləşib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
5-02-2026, 14:30
Yaxın günlərdə qar və çovğun gözlənilir? - RƏSMİ


Yaxın günlərdə qar və çovğun gözlənilir? - RƏSMİ

"Yaxın 2-3 gün ərzində Azərbaycanın hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".
Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ancaq yaxın günlərdə kəskin hava şəraiti, o cümlədən qar və çovğun proqnozlaşdırılmır”, - Gülşad Məmmədova qeyd edib.
5-02-2026, 14:25
Çətin relyef şəraitində narkotik əməliyyatı - VİDEO


Çətin relyef şəraitində narkotik əməliyyatı - VİDEO

Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib, 10 kiloqramdan çox narkotik dövriyədən çıxarılıb.
B barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olan əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən 10 kiloqram 665 qram narkotik vasitə tiryək və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

5-02-2026, 14:01
Xaçmazda qatarla maşın toqquşdu - Sürücü öldü


Xaçmazda qatarla maşın toqquşdu - Sürücü öldü

Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı araşdırma aparılır.
"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

***

Fevralın 5-i səhər saatlarında Xaçmaz rayonunun Nərəcan kəndində dəmiryolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qatar dəmiryolu keçidini keçən “VAZ 2101” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev İlham oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!