Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 8-11-2019, 11:38
Latviyalı deputat: "Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq fəal inkişaf edir"
"Azərbaycan postsovet ölkələri arasında öz mütərəqqi yolu ilə seçilən, Latviya üçün əbədi dost ölkədir".
Butov.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş (Artuss Kaimiņš) bildirib.
Onun sözlərinə görə, bu gün postsovet ölkələri arasında Avropa dəyərlərinə daha çox maraq göstərən ölkələrdən biri də Azərbaycandır: “Bu baxımdan, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq fəal inkişaf edir".
A.Kayminş deyib ki, Latviya ilə Azərbaycan arasında əlaqələr tarixi köklərə malikdir: "Biz vaxtı ilə eyni rejimin əsarətində olmuşuq, bizi birləşdirən tarixi acılar, ortaq talelər var. Bu baxımdan, xalqlar arasında dostluğun kökü dərindir”.
Latviyalı deputat vurğulayıb ki, iki dövlət arasında hazırkı münasibətlər çoxşaxəli sahələr üzrə qurulsa da, yetərincə sıx deyil və inkişaf etdirilməlidir: “Hər iki ölkə qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bu, müxtəlif vaxtlarda ali səviyyəli görüşlərdə də vurğulanıb. Biz çox istərdik ki, qarşılıqlı səfərlər çox olsun. Bizim parlamentlərdə dostluq qrupları var. Hesab edirəm ki, bu məsələdə dostluq qruplarının üzərinə çox böyük iş düşür. Bundan başqa, Latviyada, ümumiyyətlə, Baltikyanı ölkələrdə Azərbaycanla bağlı təbliğat yetərincə qurulmalıdır. Bizim insanlara Azərbaycanla bağlı məlumatlar daha çox lazımdır”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!