Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 17-07-2017, 17:08
Prezident: "Azərbaycanın ərazi bütövlüyü məsələləri bütün dünya tərəfindən dəstəklənir"


Azərbaycan Prezidenti İlham Əliyev Riqada Latviya Prezidenti Raymonds Veyonislə birgə mətbuata bəyanatla qeyd edib: “Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq. Sizin də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.

Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram".

İlham Əliyev əlavə edib: "Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.

İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə, qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir".

Azərbaycan Prezidenti hökumətlərarası birgə komissiyanın fəaliyyətinə də toxunub: "Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim.

Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun".

İlham Əliyev bildirib ki, nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var: "Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar.

Cənab Prezidentin qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir".

Dövlət başçısı vurğulayıb ki, əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır: "Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir".

Prezident xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir: "Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!