COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 2-04-2014, 20:59

 

 

 

Siyasətin fizikadan çətin olduğunu söyləyən dahi Albert Eynşteynin məşhur bir fikrinə görə, "bir şeyin qeyri-mümkün olduğunu hər kəs bilir, lakin bunu bilməyən  şəxs kəşfi edir”.

Eynşteyn məntiqini Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkiləri və onun nəticələrinə tətbiq  etsək, Baş nazir Rəcəb Tayyib Ərdoğanın möhtəşəm siyasi kəşfə imza atdığı qənaətinə gəlmək olar. 17 dekabr rüşvət-korrupsiya qalmaqalı, "kaset” ifşası və digər "kataklizmlər”in hədəfinə çevrilmiş və elə bu səbədən də qalib gəlməsi ilk baxışdan mümkünsüz görünən 30 mart bələdiyyə seçkilərini AKP bir "istiqlal mücadiləsi” kimi dəyərləndirərək 43.18 faizlik səsə sahib oldu. Bununla da "qələbə çələngi”ni boynuna keçirdi. Onu daban-dabana izləyən ana müxalifət partiyası CHP-yə səslərin 26.66, MHP-yə 17.63, BDP-yə 4.09 faizini toplamaq nəsib oldu. Müstəqil namizədlərə isə seçicilərin 0.21 faizi səs vermişdir. Bütün bu statstik göstəricilər nəticəni inikas etdirir. Bəs Baş nazir Rəcəb Tayyib Ərdoğan başda olamaqla AKP-nin möhtəşəm qələbəsinin səbəbləri nədir? Bu qələbənin kökündə dayanan amillər hansılardır? Məlum qələbədə xarizmatik lider fenomeninin rolunu necə qiymətləndirmək olar? Bu və digər suallara cavab verməyə çalışaq.

 

1. AKP-nin bələdiyyə seçkilərində qalib gəlməsinin ilkin səbəbini onun yeritdiyi uğurlu iqtisadi siyasətdə axtarmaq lazımdır.

 

Məlum olduğu kimi, Türkiyə 1994-2001-ci illərdə, yəni 7 ildə 5 iqtisadi böhran yaşamışdı. 2001-ci ildə isə Türkiyə çağdaş tarixinin ən üzücü iqtisadi böhranının məngənəsində çabalayırdı. Bir gündə Türkiyə lirəsi təxminən 100% uzuzlaşmışdı. Bir neçə gün ərzində ölkədən 7 milyard dollar kapital axını olmuşdu. İnflyasiya fəlakətli həddə-67%-ə çatmışdı. Büdcə kəsiri ÜDM-nin 15%-ni ötmüşdü. Dövlət borcu ÜDM-nin 90%-ni keçmişdi. Ağır iqtisadi sarsıntılar məngənəsində sıxılan əhalinin sabahına olan inamı itmişdi. Xalq depressiya vəziyyətində heç bir siyasi qüvvəyə güvənə bilmirdi. Bax bu reallıqlar fonunda AKP Türkiyə siyasi həyatına ildırım sürəti ilə daxil oldu. 2002-ci ildə siyasi olimpin zirvəsinə yüksəldi. Xalqın etimadını doğrultdu. AKP son 10 il ərzində ÜDM-nin düz 5 dəfə yüksəltməyə nail oldu. Onu 150 milyard dollardan 790 milyard dollara çatdırdı. Inflyasiya 67%-dən  6,5 %-ə düşdü. Ölkənin ixrac qabiliyyəti 10 il əvvəl 25 milyard dollar təşkil edirdisə, hal-hazırda 152 milyard dollara yüksəlmişdir.  Xarici valyuta ehtiyatları müvafiq dövrdə 20 milyard dollardan 125 milyard dollara qədər artmışdır. Ölkədə işsizliyin səviyyəsi 2013-cü ilin yanvar ayının göstəricisinə görə, 8,4 % təşkil etmişdir. Dünyadakı müasir iqtisadi konyukturanı nəzərə aldıqda, bu göstəricini də məqbul hesab etmək olar. AKP 2023-cü ilə, yəni Türkyə Cümhuriyyətinin 100 illiyinə 2 trilyon dollar ÜDM və  500 milyard dollar ixracatla daxil olmaq niyyətindədir. Bu nəticə ilə Türkiyə inkişaf etmiş dövlətlərin 10-luğunda yer almağı hədəfləmişdir. Hal-hazırda AKP iqtisadi inkişaf etmiş 20 dövlətlətin sırasında 17-ci mövqedədir.

AKP iqtidarına 30 mart seçkilərində xalqın yenidən etimad göstərməsində başqa bir faktın da rolu az olmamışdır. Belə ki, 2013-cü il 20 may tarixində Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını tam ödəmişdir. Sonuncu ödəniş 422 milyon dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə, yəni AKP iqtidara gəlməmişdən 1 il öncə Türkiyənin  BVF-yə borcu 23,5 milyard dollar təşkil edirdi. Deməli, AKP bu nailiyyəti ilə Türkiyəni "BVF-yə borcu olmayanlar klubu”na daxil etdi. Xalqın gözü tərəzidir. Yuxarıda qeyd etdiyimiz faktlar və arqumentlərin natamam təqdimatı belə göstərir ki, AKP hakimiyyəti Türkiyəni dünya iqtisadiyyatında iqtisadi "autsayder”dən, onun "favoriti”nə çevirə bilmişdir. 2008-ci ildən başlayan və hələ də tam yekunlaşmamış dünya maliyyə-iqtisadi böhranı Türkiyə iqtisadiyyatının möhkəmliyinin və rəqabətəqabilliyinin  sınağı oldu. Türkiyə bu sınağdan üzüağ çıxıdı. Avropa vətəndaşlarının öz maliyyə vəsaitlərini labüd bankrotdan  hifz etmək üçün Türkiyə bankalarına çoxsaylı müraciətləri də yuxarıda səslənən fikirlərin məntiqi təsdiqi kimi dəyərləndirilə bilər.


2. Türkiyənin iqtisadi inkişafının daxili amilləri.

 

Bu amilləri şərti olaraq 5 qrupa bölmək olar:

1980-ci illərdə Türqut Özalanın islahatları;

Orta sinfin və mühafizəkar burjuaziyanın yaranması (İslamçı kalvinistlər);

Əvvəlki böhranlardan dərs alınması;

"Təhsilli uşaqlar” faktoru;

Səmərəli siyasi rəhbərlik

Sonuncu amilin üzərində xüsusi olaraq dayanmağa dəyər. Türkiyənin son 100 ildə 3 nəhəng siyasi lider yetişdirdiyini mübaliğəsiz söyləmək mümkündür. Bunlar Mustafa Kamal Atatürk, Turqut Özal və Rəcəb Tayyib Ərdoğandır. Xüsusilə müasir dövrümüzün xarizmatik liderləri sırasında Rəcəb Tayyib Ərdoğanın özünəməxsus yeri vardır. Dünyada qlobal lider kasadlığının mövcud olduğu çağdaş reallıqda bu amilin rolu daha da artmışdır. Məhz Rəcəb Tayyib Ərdoğanın və komandasının yeritdiyi çevik və nəticəyə hesablanmış siyasət Türkiyəni regional fövqəldövlət statusuna yüksəldə bilmişdir. Bu reallığı həzm edə bilməyən daxili və xarici əleyhdarlar hər vəchlə bu inkişafa mane olmaq istəyirlər. Türkiyəyə müxtəlif yarliqlar asır, onu "Yeni Osmançılıq”da  ittiham edirlər. Hətta iş o yerə gəlib çatmışdır ki, Baş nazirin komandasının mühüm simalarından biri olan və ABŞ-da Türkiyənin "Kissenceri” adlandırılan xarici işlər naziri Əhməd Davudoğluna Dövlət katibi Hillari Xlinton belə bir ritorik  sualla müraciət etmişdir: "Türkiyə nədən bu qədər fəaldır?”. Əhməd Davudoğlunun məntiqli cavabı özünü çox gözlətməmişdir: " Türkiyənin ətrafında diametri 1000 km olan bir çevrə cızdıqda, 20 dövlətin əhatəsinə düşürük. Diametri 3000 km-ə çatdırdıqda isə dövlətlərin sayı 70-i ötür. Eyni qaydanı ABŞ-a tətbiq edikdə isə hər dəfə Kanada, Meksika və okeanları görürük. Hər iki dövlət isə ABŞ-ın dostu, müttəfiqidir. Bizim fəallğımız  bax bu reallıqlardan qaynaqlnır”. Xanım  Klinton bir daha bu məsələyə qayıtmamışdır. Zənnimizcə, burada əlavə şərhə ehtiyac yoxdur. Buna baxmayaraq, müttəfiq olsa da belə, ABŞ Türkiyəyə qarşı təsir və təzyiq rıçaqlarını əldə  saxlamaqda hər zaman maraqlıdır. Həmin rıçaqlar sırasında ənənəvi "qondarma erməni soyqırımı”, "kürd məsələsi”ilə yanaşı, "mənzil-qərargahı” Pensilvaniyada olan siyasi-ideoloji cərəyan vasitəsilə yeni təsir mexanizmləri də yer alır.

Bu reallıqlar fonunda 30 mart bələdiyyə seçkilərini Rəcəb Tayyib Ərdoğanın özü üçün də bir ümumxalq referendumu hesab etmək olar. Təkcə partiyası deyil, o özü də şəxsən bu referendumdan qalib kimi çıxdı. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi ilə bağlı onu  təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıbdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildiribdir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Beləliklə, sonda onu da qeyd edək ki, Türkiyə reallıqlarında dəfələrlə təsdiqlənmiş nəticəyə görə, bələdiyyə seçkilərində qalib gələn siyasi qüvvə prezident və parlament seçkilərində də anoloji göstəriciyə imza atır. Bu ilin avqust ayında Türkiyədə prezident seçkiləridir. Biz artıq proqnozumuzu verdik...

Elman Nəsirov

Siyasi elmlər doktoru, professor



Paylaş



Bölmə: Siyasət / Şəkilçarx / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!