İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 27-08-2021, 16:30
Qarabağda və Şərqi Zəngəzurda görülən işlər bu torpaqlarımızın iqtisadi potensialından da bəhrələnməyimizə imkan yaradacaq


Avqust ayının 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzilin, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim edilməsi mərasimində iştirak etdilər. Bu, şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahürü olmaqla bərabər sosial-mənəvi kontekstdə mühüm bir hadisədir. Dövlətimizin başçısının tədbirdəki çıxışı və verdiyi mesajlar isə tarixi strateji müstəvi baxımından son dərəcə əhəmiyyətlidir.

Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti tarixi yada salaraq əsirlər boyu xalqımıza qarşı necə məkrli siyasətin həyata keçirildiyinin və son 101 ildə baş verən hadisələrin üstündə xüsusi dayandı. Dövlətimizin başçısı ilk dəfə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxundu: “Prezident İlham Əliyev qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirib. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qalıblar. 1923-cü il iyul ayının 7-də isə bizim ərazimizdə süni bir qurum - Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Hazırki reallıq isə ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandanımız tərəfindən bu acı gerçəklik dəyişdirildi. Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı Sərəncamla tarixi ədalət bərpa edildi. Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipulyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevrilən “Dağlıq Qarabağ” termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı var”.

H.Babaoğlu qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da önəmli məsələdir. Qərbi Zəngəzur isə ermənilərin nəzarətindədir. “Aranlı-dağlı vahid Qarabağ kimi gələcəkdə şərqli-qərbli Zəngəzuru da bütöv görəcəyik”, - deyə deputat vurğulayıb. Hazırki tarixi mərhələdə isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağı və Şərqi Zəngəzuru sözün həqiqi mənasında cənnətə çevrilməkdədir. Hər iki iqtisadi rayonda görülən böyük logistika və kommunikasiya işləri, yol–nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan iqtisadi potensialdan da bəhrələnməyimizə imkan yaradacaq. Tezliklə insanlarımız öz ana yurdlarına qayıdacaqlar. Nəhayət ki, illərdir həsrəti ilə yaşadığımız “Böyük qayıdış” arzusu reallığa artıq çevriləcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!