Nigar Fərhadın verilişi bağlandı .....                        Yük maşınının sürücüsünü tok vurub öldürdü .....                        Qalmaqallı şirkətdə bu mənzillərin satışı dayandırıldı .....                        Tehranın məktubu Vaşinqtona çatdı .....                        Sertifikasiya imtahanında iştirak edənlərin sayı .....                        Kılıçdaroğlu CHP-yə yenidən sədr gəlir - Partiyadan AÇIQLAMA .....                        Hava yenidən soyuyacaq - Sulu qar yağacaq .....                        9 milyonluq yeyintiyə görə tutulan polkovniklə bağlı qərar .....                        ADY stansiyalarda yeni turniketlər istifadəyə verdi - FOTO .....                       
Tarix : 22-04-2019, 12:36
Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü

Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə görüş keçirilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Siyəzən rayonunda ikimərtəbəli bina və fərdi evlər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Daha sonra Milli Məclisin deputatı Tahir Süleymanov çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ən əsası da ulu öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstəridiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir.
Siyəzən rayonunda da Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə hər cür qayğı göstərilir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaq.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov görüşə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib və Qarabağ qazilərinə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!