"Qarabağ"dan Juninyo ilə bağlı rəsmi açıqlama .....                        Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı .....                        Prezidentlər Əbu-Dabidə bir araya gəldilər .....                        Qobustanda məşhur restorana hücum edənlər tutuldu .....                        İtkin düşən tibb bacısının meyiti tapıldı .....                        Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin məbləği .....                        Bələdiyyə seçkisinin ən gənc namizədi bu partiyanın üzvüdür .....                        Yardan sarı .....                        Abşeronda pakistanlıların üzərinə divar aşdı: araşdırma aparılır .....                       
Tarix : 2-06-2016, 15:54
Mübariz Əhmədoğlu: “Ermənistanın davranışları yeni müharibənin labüdlüyünü göstərir”


“Ermənistan işğalçılığından əl çəkmək niyyətində deyil, həm də beynəlxalq ictimaiyyətin rəyini nəzərə almaq barədə zərrə qədər düşünmür”.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu iyunun 2-də keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirib.

Politoloq Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesinin indiki mərhələsində Ermənistanın yenə də destruktiv mövqe tutduğunu bildirib:

“Həmsədr ölkə Xarici İşlər Nazirləri Vyanada prezidentlərin görüşünü təşkil etdilər.

Ermənistan Vyana görüşünə üç şərtlə getmişdi:

- qoşunların təmas xəttindəki vəziyyət 1aprel vəziyyətinə qaytarılsın;

- Azərbaycan yenidən atəşkəsi pozmayacağı ilə bağlı öhdəlik götürsün;

- Qoşunların təmas xəttində monitorinq mexanizmləri qurulsun.

Lakin Minsk qrupu bunları nəzərə ala bilməzdi, almadı. Amma vurğu Ermənistanın üç şərt irəli sürməsinin üzərindədir.

İyunun əvvəllərində prezidentlər yeni görüşün vaxtını və yerini müəyyənləşdirməlidir. Yeni görüşdən Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli və ya birdəfəlik həllinə əsas yaradan hərtərəfli sülh sazişinin hazırlanması nəzərdə tutulur.

Ermənistan bu dörd tezisdən yalnız birinci ikisini qəbul edir, üçüncü, dördüncü tezislərin adını çəkmir. Hərtərəfli sülh sazişinin hazırlanmasının vaxtının çatmadığını bildirir”.

Politoloq əlavə edib ki, Ermənistan münaqişə nəticəsində itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsində də pozucu mövqeyindən əl çəkməyib:

“İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi 2014-cü ilin noyabrında Parisdə prezidentlərin görüşü zamanı razılaşdırılmışdır. Lakin Sərkisyan Yerevana qayıdan kimi bu variantdan imtina etdi və Azərbaycan ərazisində ən böyük hərbi təlimlərə start verdi.

İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi Dağlıq Qarabağ müharibəsi regionunda kütləvi məzarlıqların aşkarlanması və bu məzarlıqlarda basdırılan meyitlərin eskumasiya olunaraq DNT analizləri vasitələri ilə şəxsiyyətini və beləliklə də milliyyətinin müəyyən olunması anlamındadır.

Kütləvi məzarlıqları müəyyənləşdirmək üçün həmin ərazilərdə yaşamış əhalinin təmsilçiləri müvəqqəti də olsa bu ərazilərə qayıtmalıdır. Eləcə də DNT analizinin aparılması üçün azərbaycanlı ekspertlərin həmin ərazilərdə olması vacibi şərtdir.

Ona görə, azərbaycanlıların müvəqqəti də olsa həmin regionlara qayıtması ermənilərdə xof yaradır. Bu səbəbdən də onlar həmsədrlərin Vyana görüşündən sonra yaydığı sənəddə öz əksini tapsa da Ermənistan buna razılıq vermir”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!