“Çalxanqalaya köç” .....                        Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı .....                        Aktyor və arvadının ölümü ilə bağlı cinayət işi açıldı .....                        Saakaşvili ermənilərə çağırış etdi .....                        Milli Məclis Avropa Parlamentinə etiraz etdi .....                        578 milyon manatlıq qaçaqmalçılıq: həbs edilənlər var .....                        Fransa Livana 100 milyon avro ayıracaq .....                        Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq .....                        Blinken terror aktını pislədi .....                       
Tarix : 2-12-2021, 13:42
Britaniya Cavanşir Feyziyevin 15 milyon funt-sterlinqlik vəsaitinə əl qoymağa hazırlaşır

"Korrupsiya, oğurluq, saxtakarlıq və çirkli pulların yuyulması bu məsələnin izahı ola bilər"

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (National Crime Agency – NCA) azərbaycanlı siyasətçi Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğlunun bank hesablarında olan 15 milyon funt-sterlinqə (20,5 milyon dollar) əl qoymağa hazırlaşır. Agentlik inanır ki, həmin vəsait 2017-ci ildə OCCRP tərəfindən üzə çıxarılan geniş pulköçürmə sistemindən istifadə edərək yuyulan çirkli puldur.

Feyziyevə və onun ailə üzvlərinə qarşı heç bir cinayət işi açılmayıb. Lakin bazar ertəsi günü keçirilən məhkəmə işində Milli Cinayət Agentliyinin hüquqşünası pulların Azərbaycanın pulyuyan maşını vasitəsilə axıdılması ilə bağlı agentliyin iddialarını ortaya qoyaraq bu barədəki təhlilləri ətraflı şərh edib.

Agentlik iddia edirdi ki, pulun mənbəyi “qanunsuzdur”, çünki pulun mənbəyini gizlətmək üçün saxta sənədlərdən istifadə edərək bir neçə ofşor şirkətlər vasitəsilə Azərbaycandan çıxarılıb.

“Korrupsiya, oğurluq, saxtakarlıq və çirkli pulların yuyulması bu məsələnin izahı ola bilər” – deyə agentlik qeyd edir.

Feyziyev parlamentin üzvüdür və Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin əməkdaşı hesab olunur. O, Azərbaycanın Avropa Birliyində lobbiçilik üçün göstərdiyi səylərdə mühüm vasitəçilik edib.

15 milyon funt-sterlinqdən 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə aiddir. Hər ikisi bu pulun bir miqdarımı İngiltərədə yaşamağa imkan yaratması üçün investisiya vizası proqramına yatırıb.

Həmin məbləğin bir hissəsi, bir milyon funt-sterlinqdən çox vəsait Feyziyevin qardaşı oğlu Elman Cavanşirə məxsusdur.

Lakin Britanya Cinayət Agentliyindən qeyd olunub ki, əsas məsələ Feyziyevin özü ilə bağlıdır, çünki “müsadirə üçün vəsait əsasən onun nəzarəti altında olan bank hesablarından daxil olub”.

Feyziyevlər ailəsinin sözçüsü tərəfindən mediaya deylib ki, onlar Britanya Cinayət Agentliyi tərəfindən açılan cinayət işini qəti şəkildə rədd edirlər və onu “kökdən xətalı” kimi qiymətləndiriblər.

Sözçü, agentliyin “sözügedən vəsaitlərin cinayətlə əlaqəli hər hansı mənbədən gəldiyinə dair əsaslı sübut təqdim etmədiyini” əlavə edərək, “ailənin Britaniya ədliyyə sisteminə tam etibar etdiyini və agentliyin müraciətinin əsassız olduğunun açıqlanmasını səbirsizliklə gözlədiklərini” əlavə edib.

Bu halda BCA dəfələrlə Feyziyevlə bağlı OCCRP-nin əvvəlki hesabatlarına istinad edib. 2017-ci ildə aparılmış araşdırma nəticəsində məlum olub ki, Feyziyevin təsis etdiyi Azərbaycana məxsus böyük əczaçılıq şirkətilə eyni adı daşıyan iki şirkət Azərbaycanın pulyuyan maşınından 138 milyon dollar alıb.

Bu araşdırma Feyziyevin böhtan iddiasının predmetinə çevrilib və məsələ razılaşdırılmış şərtlərlə həll edilib. Feyziyev çirkli pulların yuyulması və ya hər hansı digər qanunsuz fəaliyyətdə iştirak etməsi ilə bağlı iddiaları qəti şəkildə inkar edib. (meydan tv)

Bütöv.az


Paylaş



Bölmə: Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!