İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 23-10-2020, 14:46
Auditorlar Palatası beynəlxalq videokonfransda təmsil olunub
Rusiyanın “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən videokonfrans formatında Avrasiya regionunun audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması”na və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunun artırılmasının əsas istiqamətlərinin işlənib hazırlanması üzrə peşəkar auditor və mühasibatlıq təşkilatlarının birgə səylərinin koordinasiyası üzrə işçi qrupu”nun iclası keçirilib. İclasda Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, palata sədrinin müşaviri Fəqan Qarayev, palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və işçi qrupunun üzvü, “Azel-Audit” MMC-nin direktor-auditoru Elzadə Süleymanova iştirak ediblər.
Butov.az xəbər verir ki, Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videokonfransın keçirilməsində məqsəd cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması”na və kölgə iqtisadiyyatına qarşı mübarizədə peşəkar audit və mühasibatlıq qurumlarının birgə səylərinin əlaqələndirilməsi və müstəqil auditin rolunun bu sahədə artırılması, PL/TMM (Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə) və audit xidmətlərinin keyfiyyətinə nəzarətin hüquqi əsaslarının təkmilləşdirilməsi olub.
Latviyanın Mühasiblər Assosiasiyasının prezidenti, bu ölkənin Audit üzrə Məsləhət Şurasının sədri Andrey Ponomaryov çirkli pulların “yuyulması” və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması ilə mübarizə sahəsində beynəlxalq mühasiblər və auditor birliklərinin köməyinin əhəmiyyətindən danışıb.
Qırğızıstanın Mühasiblər və Auditorlar Birliyi Şurasının üzvü, “V.Jacobs-Audit" QSC-nin direktoru Qalina Rostokinanın ölkəsinin auditor cəmiyyətinin cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması”na qarşı mübarizə tədbirləri sistemindəki rolu haqqında olan çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qazaxıstanın Auditorlar Palatasının üzvü, auditoru, peşəkar mühasibi, mühasiblər və sahibkarlar üçün portalın layihə rəhbəri Elena Rozinkina ölkəsində cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması” və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri sisteminin səmərəli tətbiq edilməsi yollarını açıqlayıb.
Daha sonra Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Minovar Maxkamovna çıxış edərək ölkənin cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması” və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarının auditi və maliyyə monitorinqi barədə danışıb.
Sonda iclas iştirakçıları tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə müvafiq regional qrupların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!