İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 15-03-2019, 14:22
Hesablama Palatasının nümayəndə heyəti İsraildə konfransda iştirak edib

Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və Dövlət investisiyalarının auditi şöbəsinin müdir müavini Elvin Hacıyev Qüds şəhərində "Fövqəladə hallar və yaranan problemlər" mövzusunda keçirilən III EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı)-ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı) birgə konfransında (EIES-2019) iştirak ediblər. Konfrans Van Leer İnstitutunda keçirilib, 44 ölkə və müxtəlif təşkilatlardan 125-dən çox nümayəndə təmsil olunub.
Butov.az xəbər verir ki, Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda iki əsas mövzu müzakirə edilib, "Fövqəladə hallar" mövzusu təbii fəlakətlərə hazırlıq, fəlakətin idarə edilməsi, terror hücumları ilə mübarizə, kibertəhlükəsizliyə qarşı təhdidlər və bir çox başqa məsələləri, "Yaranan problemlər" mövzusu isə miqrasiya və qaçqın problemlərinin həlli, yaşlı əhali, pensiyalar, BMT-nin dayanıqlı inkişaf məqsədləri, rəqəmsallaşma, blokçeyn, böyük məlumat bazası və digər bu kimi sahələri əhatə edib.
Plenar sessiyanın açılışında İsrail Ali Audit Qurumunun Dövlət Müfəttişi və Ombudsmanı hakim Yosef Şapira konfransın əhəmiyyətini qeyd edib, açılış mərasimi EUROSAI-ın 1-ci vitse-prezidenti Çexiya Respublikası ali audit qurumlarının prezidenti Miloslav Kalanın və ASOSAI-ın sədri, Vyetnam ali audit qurumunun baş auditorunun müavini Doan Xuan Tienin çıxışları ilə davam edib.
Nümayəndə heyəti "Fövqəladə hallarda real vaxt auditi - ikiqat çağırış", "İşçi qüvvəsi 2030 - Sizin ölkə hazırdırmı?" və "Kiberfövqəladə hallara hazırlıq" mövzuları üzrə işçi sessiyalarda iştirak edib.
Bununla yanaşı, konfrans "Qlobal texnologiya ilə idarə edilən iqtisadiyyatda çağırışlar", "Kibertəcili vəziyyətə hazırlıq", "Yaranan problemlərin həlli-innovasiyaların təşviq edilməsi üçün hökumətin təşəbbüsləri", "XXI əsrin əsas cərəyanları" və işçi sessiyalarda müxtəlif digər mövzular üzrə təqdimatlarla davam edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!