Papa sülh bəyannaməsini ALQIŞLADI .....                        Mahmud Abbas BMT-də Fələstin dövlətini elan etmək istəyir .....                        Qəzzada insanlıq dramı - 217 nəfər aclıqdan öldü .....                        İranda polis idarəsinə hücum: Ölən və yaralanan var .....                        Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir .....                        Rezidenturaya qəbul imtahanı keçirilib .....                        Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası .....                        Zibil yandırırdı - Yanğına səbəb oldu .....                        Ərdoğan İlham Əliyevi təbrik etdi .....                       
Tarix : 22-04-2016, 12:47
“Dövlət qurumları leş ət alverinə göz yumur” - Sifarişçilər tapılmır


Necə gündür ki, Bakının bazar və dükanlarında leş ətlərin satılması və onlardan hazırlanan kolbasa məhsullarının əhaliyə satılması ilə bağlı məsələ diqqət mərkəzindədir.

Butov.az xəbər verir ki, Musavat.com saytının yazdığına görə, leş ətlərdən istifadə edən şirkətlərdən biri “1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkətidir.

Bəs bu iddia nə dərəcədə doğrudur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a-a açıqlamasında “Şəhliyalı” şirkətinin bu işlə leş ətdən istifadəsinin inandırıcı olmadığını deyib: “Beynəlxalq təşkilatların dəstəyilə Azad İstehlakçılar Birliyi həmin şirkətdə müəyyən iş aparıb və qida təhlükəsizliyi sistemi yaradıb. Onlar əti Hindistandan alırlar, ona görə kolbasaların qiyməti Azərbaycan bazarında ətdən ucuz başa gəlir”.

E.Hüseynov leş ətlərlə bağlı 15 ildən yuxarıdır ki, mübarizə aparıldığını bildirib: “Kolbasalarda leş ətlərdən istifadə edənlərin bizdə əlaqə telefonları və leşi hara gətirdikləri ilə bağlı ünvan var. Biz bununla bağlı dövlət orqanlarına məlumat vermişik. Məsələyə ilk münasibət Daxili İşlər Nazirliyindən gəlib. Deyiblər ki, biz yalnız təhlükəsizliyi qoruya bilərik. Mən istəyirəm ki, dövlət orqanları bu cinayəti ifşa etsinlər. Lakin bu vaxta kimi mümkün olmayıb. Son zamanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu məsələ ilə bağlı yaxşı işlər görür. Təəccüblüdür ki, dövlət orqanlarının nümayəndələri rayonlarda bu işi görür, lakin bələdiyyələr və yerli icra nümayəndələri leş alverinə göz yumur. Hamı bilir ki, leş alveri insanların gözü qarşısında baş verir”.

Ekspert leş ətlərinin insan orqanizmi üçün ciddi təhlükə yarada biləcəyini vurğulayıb: “Leş ət ölmüş heyvan ətidir. Özü də həmin heyvanlar çox vaxt xəstəlikdən ölürlər. Onlar xəstəlik, mikrob daşıyıcılarıdır. İnsan ən təhlükəli xəstəliklərə o leş ətlərdən yoluxa bilər. Mədə-bağırsaq, sağalmaz və əlacı olmayan viruslar o ətlərdən yoluxur”.

E.Hüseynov leş əti alveri ilə məşğul olanlara qarşı dəfələrlə cinayət işinin qaldırıldığını deyib: “Lakin onun sifarişçisi müəyyən olunmayıb. Məqsədimiz onları ifşa etməkdir. Deməli tələb var ki, sifariş olunur da”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!