"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 2-06-2021, 11:33
Elm Tarixi İnstitutu fəaliyyətinin 5-ci ildönümünə həsr olunmuş hesabat tədbiri keçirib - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) elmi müəssisənin yaranmasının və fəaliyyətinin 5-ci ildönümünə həsr olunmuş hesabat tədbiri keçirib. Tədbir akademiya və elmi-ictimaiyyət, eləcə də cəmiyyət qarşısında hesabat formatında hazırlanıb.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. ETİ-nin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, aparılan tədqiqat işləri və beynəlxalq əlaqələrindən, həyata keçirdiyi xüsusi layihə və nəşrlərdən söz açan akademik qeyd edib ki, 2014-cü ildən təsis olunan, 2016-cı ildən fəaliyyətə başlayan İnstitut qısa müddətdə kiçik kollektivlə bir çox uğurlara imza atıb, ölkədə və beynəlxalq miqyasda tanınıb, dünyanın bir sıra elmi mərkəzləri ilə əlaqələr qurub.
İ.Həbibbəyli bildirib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb və İnstitut bu istiqamətdə fərqli nəşr layihələri və tədbirlər həyata keçirib. Təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər, AMEA-nın tarixini əks etdirən külliyyat, Azərbaycançılıq ideologiyasının tarixi köklərinin araşdırıldığı, eləcə də bir çox elm sahələrinin tarixşünaslığına, elmi qurumların tarixinə həsr olunmuş nəşr layihələri İnstitutun uğurlu göstəriciləri olmaqla yanaşı, eyni zamanda akademiyanın tarixində də yenilikdir.
Bütün bunların İnstitut rəhbərliyinin peşəkar yanaşması və seçimi ilə reallaşdığını vurğulayan akademik Elm Tarixi İnstitutunda mövcud səmərəli və səmimi işgüzar mühitin formalaşmasında düzgün kadr siyasətinin böyük rol oynadığını bildirib. İnstitut əməkdaşlarının yalnız elmi tədqiqat sahələrində deyil, ictimai həyatda da aktiv olduqlarını, milli məsələlərin təbliğində mediada xüsusi fəalllıqları ilə seçildiklərini qeyd edib.
Elmi müəssisənin bütün göstəricilər üzrə inkişaf etdiyini, müasir tələblərə və çağırışlara cavab verdiyini vurğulayan vitse-prezident çıxışının sonunda İnstitut kollektivini yubiley münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.
Sonra ETI-nin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli çıxış edərək Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan İnstitutun 5 illik fəaliyyətinin qısa hesabatını təqdim edib.
M.Seyidbəylinin 2016-2020-ci illərdə ETİ-nin fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan çıxışında elm tarixinin müstəqil bir elm sahəsi kimi formalaşması, Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, elmi müəssisənin yaranma zərurəti, profili, əsas fəaliyyət istiqamətləri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib.
Elmi müəssisənin keçdiyi yola nəzər salan direktor qeyd edib ki, ötən 5 ildə İnstitut bir çox yeniliklərə və “ilk”lərə imza atdı, spesifik profili, yeni tədqiqat sahələri, fərqli layihə və nəşrləri, intensiv və uğurlu beynəlxalq əlaqələri, respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarları ilə daim gündəmdə oldu.
Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən İnstitutlarla fəal əlaqələr qurmuş, bir neçə xarici elmi qurum ilə əməkdaşlıq barədə razılıq əldə etmiş, müqavilələr imzalamışdır. 2016-cı ildə Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbii Elmlər və Texnika Tarixi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutu, 2017-ci ildə Rusiya Elmlər Akademiyasının Arxivi, İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyi (Florensiya), Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu, 2019-cu ildə Polşa Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə imzalanmış müqavilələr və həmin ildə İnstitutun Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqa (IUHPS) assosiativ üzv qəbul edilməsi bu qəbildəndir. M.Seyidbəyli bildirib ki, 2018-ci ildə İnstitutun təşkilatçılığıyla Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dan çox tanınmış alimin qatıldığı, elm tarixi və elmşünaslığa, fənlərarası əlaqələrə həsr olunmuş beynəlxalq elmi konfrans elmi müəssisənin nail olduğu ilk böyük uğurlardan biridir. Qeyd olunub ki, 2016-2020-ci illər ərzində İnstitutun təşkilatçılığıyla 1 beynəlxalq səviyyəli konfrans, 1 beynəlxalq elmi seminar, 4 respublika səviyyəli konfrans, 10 elmi seminar və ümumilikdə müxtəlif mövzulara həsr olunmuş 100-dən çox tədbir həyata keçirilib. Kiçik elmi heyətlə təmsil olunan İnstitutun əməkdaşları 50-dən çox beynəlxalq və lokal konfranslarda iştirak etmiş, müvafiq olaraq tezis və məqalələr təqdim etmişlər. 2016-cı ildən bu günədək ETİ elmi heyətinin 40-dan çox kitabı, 170-dən çox məqalə və tezisi, o cümlədən indeksləşmiş və referativ bazalara daxil olan beynəlxalq elmi jurnallarda 50-ə yaxın məqaləsi çap edilib, beynəlxalq və yerli tədbirlərdə iştiraka, səmərəli fəaliyyətə görə İnstitutun əməkdaşlarına orden və medallar, sertifikatlar, təşəkkürnamələr təqdim edilib.
M.Seyidbəyli bildirib ki, 2020-ci ildə Elm Tarixi İnstitutunun mühüm yeniliklərindən biri də “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalının AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınaraq fəaliyyətə başlaması və Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilməsi və rəsmi müqavilə əldə etməsidir. Qeyd olunub ki, elmi məcmuə bu bazada Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir.
Çıxışının sonunda İnstitut direktoru sözügedən fəaliyyətin reallaşdırılması üçün şərait yaratdığına görə akademiya rəhbərliyinə, Elm Tarixi İnstitunun tərəfdaşlarına, media qurumlarına, eləcə də rəhbərlik etdiyi kollektivin hər bir üzvünə təşəkkürünü bildirib və yubiley təbriklərini ifadə edib.
İnstitutun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək, rəhbərlik etdikləri elmi şöbələrin tədqiqat istiqamətləri, fəaliyyət dinamikası, əsas elmi nəticələri barədə qısa məlumat təqdim edib və qarşıda planlaşdırılmış işlərdən danışıblar.
Sonra Elm Tarixi İnstitutunun fəal xarici tərəfdaşlarından Rusiya Elmlər Akademiyasının(REA) S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun direktoru, biologiya elmləri doktoru Roman Alekseyeviç Fandonun və REA S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın 5 illik yubiley münasibəti ilə İnstituta ünvanlanmış onlayn təbrik çıxışları dinlənilib.
Daha sonra AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova çıxış edərək, Elm Tarixi İnstitutunun Azərbaycan elmi ictimaiyyəti üçün xusisi əhəmiyyətindən bəhs edib və elmi müəssisənin kollektivini 5 illik yubiley, parlaq fəaliyyət, zəngin statistik hesabat münasibətilə təbrik ediblər.
Sonda İnstitut əməkdaşları fəxri fərmanlarla təltif olunub.




Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!