Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək? .....                        Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır .....                        30 ukraynalı uşaq Azərbaycana əmanət edildi .....                        Saray körpüsü yaxınlığındakı obyektlər sökülür .....                        Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər... .....                        Zelenski Putinin təklifinə YOX dedi .....                        Mirzoyan iranlı həmkarı ilə görüşdü .....                        Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq .....                        Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan təklif .....                       
Tarix : 3-08-2022, 12:26
DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahan qiymətlərindəki güzəştlərlə bağlı qərarına aydınlıq gətirib.
DİM-dən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar güzəştli tariflərlə keçiriləcək. Yaranan fərq dövlət büdcəsi hesabına qarşılanacaq. Belə ki, abituriyentlərə 2023-2024-cü illərdə keçiriləcək imtahanlarda aşağıdakı məbləğdə güzəştlər müəyyən edilib:

1. ali təhsil müəssisələrinin qabiliyyət imtahanı üzrə 10 manat;
2. kolleclərin qabiliyyət imtahanı üzrə 20 manat;
3. Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə 20 manat;
4. ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı üzrə 25 manat;
5. tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı və I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi üzrə 25 manat;
6. I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə 10 manat;
7. əlavə fənn (lər) imtahanı üzrə 20 manat.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!