Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 5-03-2019, 08:51
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 11-dək internet vasitəsilə aparılır.
Butov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə martın 11-dək DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər tələb edilən sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 30-da keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Cari ilin məzunları üçün buraxılış imtahanının I mərhələsi martın 3-də keçirilib. Bölgələr üzrə martın 10-da və 17-də aparılacaq. İkinci mərhələsi isə iyunun 2-si, 9-u və 16-da keçiriləcək.
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən də imtahan verməli və “məqbul” qiymət almalıdırlar. Azərbaycan dili fənni üzrə birinci imtahan mayın 5-də, ikinci imtahan isə mayın 26-da keçiriləcək. Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan 2018-ci ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.
İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra iyulun 24–dən avqustun 5-dək keçiriləcək. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat iyulun 8–dən 16-dək, qabiliyyət imtahanları iyulun 18–də və 22-də keçiriləcək.
Tələbə qəbulu elanının tam mətni ilə DİM-in rəsmi saytında tanış olmaq mümkündür.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!