Astarada faciə: iki azyaşlı yanaraq öldü .....                        Hazırda qar yağan rayonlar .....                        Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi .....                        Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması .....                        Yük maşınları yeni qaydada yoxlanılacaq .....                        Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar .....                        Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub .....                        Prezident Artur Rasizadəyə: "Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz" .....                        Tərtərdə binada yanğın oldu .....                       
15-06-2024, 12:52
Pulsuz oxumaq istəyənlər üçün şad xəbər! - Dövlət sifarişli yerlər artırılıb


Pulsuz oxumaq istəyənlər üçün şad xəbər! - Dövlət sifarişli yerlər artırılıb

"Bu ilki buraxılış imtahanlarının nəticələri daha yaxşıdır, amma hələ istədiyimiz səviyyədə deyil".
Bu barədə ASAN TV-yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində 60 minə yaxın tələbə qəbulu gözlənilir:
"Cari ilin qəbul planı keçən illə müqayisədə təxminən 5% artıb. Eyni zamanda dövlət sifarişli yerlərin də sayı artıb. Keçən illə müqayisədə təxminən 1300 yer dövlət sifarişli təhsil üçün artırılıb. Ümumi dövlət sifarişli yerlərin sayı təxminən 28 mindir", - sədr əlavə edib.
M.Abbaszadə qeyd edib ki, dövlət hesabına təhsil alan sosial həssas şəxslərin əhatə dairəsi genişlənib:
"Bu da o deməkdir ki, təkcə 28 min yox, daha çox insan dövlət hesabına təhsil alacaq. Əvvəllər valideynlərini itirmiş şəxslərin ödənişsiz təhsil alması üçün olan yaş həddi götürülüb. Əvvəllər bu, dövlət və bələdiyyə məktəblərinə aid idisə, artıq özəl məktəblərə də aid edilir. İndiyə qədər hansısa özəl məktəblər qeyd edilən kateqoriyada olan uşaqları ödənişdən azad edirdi, hansısa etmirdi. Artıq onların təhsil haqqını dövlət öz üzərinə götürür".
14-06-2024, 22:03
IV qrupun lideri olan Nəzrin


IV qrupun lideri olan Nəzrin

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Əhmədova Nəzrin Ramil qızı göstərib.
O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.
Nəzrin V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunudur.
14-06-2024, 21:50
I və IV qrupda nəticəsindən narazı olanların nəzərinə


I və IV qrupda nəticəsindən narazı olanların nəzərinə

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci cəhdinin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya komissiyası fəaliyyət göstərəcək.
DİM-dən bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 20-si saat 10:00-dan iyunun 22-si saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. İmtahanda I ixtisas qrupu Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 19-dək davam edəcək.
14-06-2024, 18:47
İnternat məktəbləri ilə bağlı yeni qaydalar qəbul olundu


İnternat məktəbləri ilə bağlı yeni qaydalar qəbul olundu

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsil müəssisələrində saxlanılma şərtləri müəyyənləşib.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərarla “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 15-ci hissə əlavə olunub.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində və internat tipli ümumi təhsil müəssisələrində şagirdlər tam və ya qismən (yataqxana və qida ilə təminat) dövlət təminatında saxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.

- İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümi paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş məbləğdə birdəfəlik pul vəsaiti verilir.

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək, qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində qala bilərlər.

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin məzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 (altı) ay, xroniki xəstəlikləri olanlar isə yaşayış sahəsi olmadıqda 1 (bir) il müddətinə həmin məktəbdə saxlanıla bilərlər. Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.

- Yay tətili müddətində bu və ya digər səbəblərlə əlaqədar evə aparılmayan uşaqlar üçün həmin müəssisələrdə yay-istirahət düşərgəsi təşkil olunur. Uşaqların yay istirahətinin təşkilində yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri tərəfindən internat tipli ümumi təhsil müəssisələrinin rəhbərliyinə müvafiq kömək göstərilir.

15.6. Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə əsasən evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların valideynin (yaxud digər qanuni nümayəndənin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.

- İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdləri həmin müəssisələrin yataqxanasında qalırlar. Uşaqların ailədə yaşamaq hüququnun təmin olunması məqsədilə (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması mümkündürsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərizəsinə əsasən müəssisənin bəzi şagirdlərinə dərslər bitdikdən və ya axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedibgəlməsinə icazə verilmir.

- İnternat tipli sanator ümumi təhsil müəssisələrində təlimtərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirləri də həyata keçirilir.

- İnternat tipli sanator ümumtəhsil məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqları ümumi təhsil müəssisəsinə qayıdırlar. Burada onlar internat tipli sanator ümumtəhsil məktəblərinin verdiyi sənədlərə əsasən əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.
14-06-2024, 18:36
Baş nazirdən məktəblərlə bağlı qərar


Baş nazirdən məktəblərlə bağlı qərar

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ləğv edilib.
14-06-2024, 18:08
Ən yüksək balları bu məktəblərin şagirdləri topladı


Ən yüksək balları bu məktəblərin şagirdləri topladı

I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
14-06-2024, 17:45
Bu il BDU-da 8 yeni ixtisas açılacaq - SİYAHI


Bu il BDU-da 8 yeni ixtisas açılacaq - SİYAHI

Bakı Dövlət Universitetində (BDU) bir sıra yeni ixtisaslar açılacaq.
Bildirilib ki, 2024-2025-ci tədris ilində BDU-da açılacaq ixtisaslar aşağıdakılardı:
Bakalavriat üzrə:

- ekologiya mühəndisliyi;

Magistratura üzrə:

- korreksiyaedici təlimin metodika və metodologiyası;
- ölkəşünaslıq (Qazaxıstan üzrə);
- ölkəşünaslıq (Özbəkistan üzrə);
- ərzaq məhsullarının ekspertizası və marketinqi;
- şəhər kadastrı;
- akvabitkilər;
- mədəniyyət hüququ.
14-06-2024, 16:55
Bakı məktəblərində "Son zəng" çalındı


Bakı məktəblərində "Son zəng" çalındı

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müvafiq qurumların struktur bölmə rəhbərləri, məzunlar, valideyn icmalarının nümayəndələri, ziyalılar və müəllimlər iştirak ediblər.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və diplomlarla təltif olunublar.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 43 min 664, XI siniflərini isə 28 min 993 şagird başa vurub.
14-06-2024, 14:12
Laçında 32 il sonra ilk "Son zəng" - FOTO


Laçında 32 il sonra ilk "Son zəng" - FOTO

Laçında 32 il sonra ilk "Son zəng" tədbiri keçirilib.
Butov.az Laçın şəhəri 2 nömrəli və Zabux kənd tam orta məktəblərindən görüntüləri təqdim edir:








13-06-2024, 23:44
Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi


Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini mayın 17-də elan edib.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
Bəs ixtisas seçimi nə vaxt başlayacaq?
DİM-dən bildirilib ki, ixtisas seçimi iyunun 21-i başlayacaq.
Seçim prosesi iyunun 30-dək davam edəcək. Qurum proses barədə növbəti həftə ətraflı məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, ixtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir, həmin cədvəl “Magistr” jurnalında dərc edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!